Heydər Əliyev Azərbaycanın multikulturalizm tolerantlıq modelinin banisidir

 

Ümummilli lider xalqı vahid məram ətrafında səfərbər etdi, onu Azərbaycan bayrağı altında birləşdirdi

"Bu gün bütün dünyada geniş miqyas alan qlobal maliyyə-iqtisadi problemlərlə yanaşı, beynəlxalq terrorizm, siyasi təbəddülatlar, ictimai kataklizmlər əksər ölkələri ağır məhrumiyyətlərə düçar edib. Xüsusən dövlətlərarası ziddiyyətlərin güclənməsi, ksenofobiyanın ekstremizmin baş alıb getməsi, milli zəmində yeni münaqişə ocaqlarının yaranması kimi məsələlər bəşəriyyətin qarşısında ən aktual qayğılar kimi durur. Təqdirəlayiq haldır ki, Azərbaycan özünü bütün bu mənfi tendensiyalardan sığortala bilib belə çətin şəraitdə özünəməxsus inkişaf modelini icra etməyə müvəffəq olur.

Bu nailiyyətlər alternativsizliyi tam təsbit olunmuş Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyevin müdrik, düşünlmüş siyasətinin məntiqi nəticələridir. Əslində, bu gün qonşu dövlətlərimizdən Yaxın Şərqə Avropaya qədər uzanan siyasi xaos, iqtisadi səfalət, miqrant axını, dövlətin parçalanması kimi ağrılı prosesləri Azərbaycan da yaşayıb. Ötən əsrin 1988-1993-cü illəri ərzində ölkəmizdə tüğyan edən böhran separatizm dalğası məhz dünyanın ən böyük azərbaycanlısı hesab edilən Heydər Əliyev şəxsiyyətinin fədakarlığı mübarizliyi sayəsində aradan qaldırıldı, Azərbaycan sabitliyə, tərəqqiyə qədəm qoydu.

Bu gün dünyanın onlarla dövlətinin yaşadığı təlatümləri televiziya ekranlarında, qəzet səhifələrində ürək ağrısı ilə izləyərkən, onların sırasında olmadığımıza görə ulu öndərimizin əbədiyaşar ruhu qarşısında bir daha minnətdarlığımızı bildirir, bu dahi şəxsiyyətin ən böyük əsəri olan müstəqil Azərbaycan idyeası ətrafında daha sıx birləşirik".  Bu sözləri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev deyib. Onun sözlərinə görə, ümummilli Liderimizin ən böyük uğurlarından biri o idi ki, xalqımızın ən dəyərli keyfiyyətlərindən olan digər millətlərin hüquq mədəniyyətlərinə hörmətlə yanaşma xüsusiyyətini milli ideologiyaazərbaycançılıq səviyyəsinə qədər yüksəltdi rəsmiləşdirdi. Bu böyük şəxsiyyət Azərbaycanı separatizm parçalanma bəlasından xilas edərkən tarixən bu torpaqlarda yaşayan xalqların təmsilçilərini vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirdi. Bu baxımdan tam əminliklə demək olar ki, bu gün dünyanın böyük maraqla öyrəndiyi Azərbaycanın multikulturalizm tolerantlıq modelinin banisi məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur.

"Ümumiyyətlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tarixən heç vaxt milli dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli mədəni dini münasibətlər hökm sürmüşdür. Ona görə bu gün sürətli inkişaf yolunda olan respublikamız həm müxtəlif mədəniyyət dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı multikultural, tolerant məkandır. Çox ölkə xalqlardan fərqli olaraq Azərbaycan onları özününkülərə yadlara ayırmamış, hamıya eyni qayğı, məhəbbətlə yanaşmışdır",- Abdin Fərzəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda, dünyaya özünəməxsus multikulturalizm təcrübəsi çoxmədəniyyətlilik ənənələri təqdim edə bilib.: " Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Ona görə ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir".

Abdin Fərzəliyev bildirib ki, Heydər Əliyevin dövlətçilik dühası nəticəsində Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri qəbul edilib. "Ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olmuşdur. Müstəqillik illərində isə bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycanda əsrlər boyu bu ənənə mövcud olsa da, cəmiyyətin multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik dühası nəticəsində siyasi hüquqi prinsiplər cərgəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir. Azərbaycan xalqının yüksək milli şüurunun təfəkkürünün göstəricisi olan bu dəyər ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində dövlət quruculuğu prosesində mühüm rol oynamışdır.

Ümummilli Liderin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli idi. İctimai-siyasi sabitliyi sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirirdi. Tariximizin yuxarıda xatırlatdığımız çətin dövrlərində – 1993-cü ildə Heydər Əliyev bu ərazidə yaşayan digər millətlərin nümayəndələri ilə intensiv görüşlər keçirir, onların yaşayış məntəqələrini ziyarət edir, onların tamhüquqlu Azərbaycan vətəndaşı olduqlarını anladırdı. Ölkəmizdə yaşayan bütün xalqların birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırdıqlarını ümummilli məram kimi müəyyənləşdirən dahi şəxsiyyət bu insanların yeni müstəqil dövlətin möhkəmlənməsinə töhfə vermələrinə hər cür şərait yaratdı",- sözləri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev deyib. O bildirib ki, ümummilliëider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur. "Bu prosesin ideoloji əsaslarını təmin edən isə məhz barəsində bəhs etdiyimiz azərbaycançılıq ideologiyası idi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiya unitar, hüquqi, demokratik müxtəlif xalqların dinc, mehriban dostluq şəraitində yaşadığı dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə inki¬şafına uğurla xidmət etdi. Çünki azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur onların müstəqil Azərbaycan qayəsi ətrafında vəhdətini təmin edir".

 Onun sözlərinə görə, Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçiribdir. Ümummilli lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm elementlərindən biri hesab edirdi

Üç  nöqtə.- 2016.- 17 may.- S.5