Abidələrimizin hər bir daşı tariximizin bir parçasıdır
Onların üzərində Azərbaycan
tarixinə dair zəngin iri nformasiyalar var
Suyun altından
müxtəlif vəziyyətlərdə
olan səkkiz yüzədək daş çıxarılıb. Onların hündürlüyü
70 sm, eni 25-50 sm, qalınlığı12-15 sm
arasındadır. Relyeflər
çox zərif zövqlə, proporsiya hissinə malik olan və perspektivi
nəzərə alan inşaatçı
ustalar tərəfindən
yerinə yetirilib. Hər bir daşı Azərbaycanın və bütün Şərqin
monumental-dekorativ sənət
şedevrlərinə aid etmək
olar. Bundan əlavə «Bayıl daşı»n üzərində Azərbaycan
tarixinə dair zəngin irinformasiyalar var.
Bunların üzərində
memarların, inşaatçıların
adı, Şirvanşah
Fəriburzun adı və şəcərəsi,
Bakı, Şamaxı
və başqa şəhərlərin adları,
yaxşı oxunur. Aydın olur ki,
Bakı1232-1233-cü illərdə tikilib. 600 ilədək
suyun altında qalmış daşlar üzərində keramika,
miniatür sənətindən
və metal məmulatlarından
bizə tanış
olan simaların relyef təsvirləri ilə yenidən qarşılaşırıq. Onlar Bakı
buxtasının yerində
vaxtilə qədim şəhərin olduğundan
xəbər verir.
Səbail şəhərindən. Nəhayət, aşağı həyətə düşürük.
Aşağı həyətin ərazisində
isə kompleksin 2 tikilisi - türbə və saray məscidi
yerləşir. Onu digərindən
iri dairəvi qapalı divarlar ayırır. Onların hər
ikisi Şirvanşah Xəlilullah tərəfindən
tikdirilib. Türbənin portalı bəzəyən
daş medalyonda isə yalnız güzgü vasitəsi ilə oxunan bir yazı həkk
olunub. Orada, “Allah, memar Məhəmməd
Əli” yazılıb.
Tarixçi bildirdi ki, həmin dövrlərdə
memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan edilmişdi.
Ona görə də sənətkar öz adını bu yolla daş medalyonda şifrləşdirmişdir.
Bu isə memarın
əqlinin kəskinliyini
və ziddiyyətdən
çıxış yolu
tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir.
Bu yazılar 1954-cü ildə görkəmli şərqşünas alim
Ə.Ə.Ələsgərzadə tərəfindən oxunub.
Aşağı həyətdə türbə ilə yanaşı saray məscidi yerləşir.
Kompleksin
ən aşağı
həyətində XV əsr
saray hamamı var. Heydər Ramazanov bildirdi ki, hamam
1939-cu ildə təsadüfən
aşkar olunub. Onun yaxınlığındakı ovdan
isə 1954-cü ildə
təmir-bərpa işləri
aparılarkən ortaya
çıxıb.
Qeyd edim ki, orta əsr
Azərbaycan memarlığının
monumental dekorativ sənətinin
möhtəşəm nümunəsi
olan Saray kompleksində İtaliya şirkətləri (Arte Restauro
və İL Cinacdo) tərəfindən bərpa
və konservasiya işləri də görülüb. Konservasiya işləri əsasən
Divanxana və Şah Məscidində aparılıb. Nəhayət Şirvanşahlar Sarayı
Kompleksini tərk edib Qoşa Qala qapısı istiqamətinə gedirik.
ANDREY
MİRONOVUN YIXILDIĞI VƏ «ÇORT POBERİ»
DEDİYİ YER
Kiçik Qala küçəsində
bizim üçün
maraq doğuran daha bir binanın
yerində müasir bina tikildiyinin şahidi olduq. «Brilyant
əl» filmini kino həvəskarları yaxşı tanıyır
və oradakı səhnələri xatırlayır.
Həmin
filmin bəzi kadrları İçərişəhərdə
çəkilib. Andrey Mironovun
qapısında yıxıldığı
və «çort poberi» dediyi binanı axtarsanız, onu tapa bilməzsiniz.
Çünki o bina sökülüb,
yerində yeni bina tikilib. Bu filmlə bağlı
bir haşiyə çıxmaq istəyirəm.
Qardaşım uşaqları Yekaterinburqdan
Bakıya gələrkən
onları İçərişəhəri
gəzdirməyə aparmışdım.
Filmdə Andrey Mironovun
yıxıldığı yeri göstərib həmin səhnənin burada çəkildiyini dedikdə təəccüb
içində qaldılar.
Onlar elə bilirdilər ki, «Brilyandtəl» filminin bəzi kadrları Misirdə çəkilib. Maraqlıdır ki, sonralar Yekaterinburq
televiziyasında film ilə
bağlı veriliş
verilib və tamaşaçılardan kimin
onun barəsində əlavə məlumata malik olduğu soruşulub. Aydındır ki, qardaşım uşaqları da telefonla verilişə qoşularaq bildiklərini deyib və xüsusi
mükafata layiq görülüblər. Beləliklə, filmin bəzi kadrlarının Bakıda,
İçərişəhərdə çəkildiyi barədə
minlərlə rusiyalı
tamaşaçı məlumatlandırılmış
oldu. Oxuculara daha bir maraqlı məlumat da vermək istəyirəm. Məşhur
sovet filmi «Amfibiyalı adam»ın
də bəzi kadrları İçərişəhərdə
çəkilib.
Qoşa Qala qapısı yaxınlığında isə
daha bir tarixi abidəmiz məhv edilib. Bu, Bakı xan sarayıdır.
80-ci illərdə sarayın divarları dururdu. Onu bərpa etmək
əvəzinə uçurmaqla
tarixi keçmişimizin
bir parçasını
da yox etdilər.
Daha doğrusu, bununla abidəmizi bizə unutdurdular. Halbuki onun hər bir daşı tariximizin bir parçası idi. Bu yaxın ərazidə
VR şirkətinin, Azərbaycan
Ensiklopediyasının və
digər şirkətlərin
müasir binaları ucaldılıb. Onlar İçərişəhərin
qədim görkəmini
tamamilə dəyişir.
Ən məşhur memarlar yiğişsa həmin tikililərin hansı memarlıq üslubuna aid olduğunu müəyyən
edə bilməzlər.
Onlar İçərişəhərə yamaqdan başqa bir şey deyil.
BABA
KUHİ MƏSCİDİ
İÇƏRİŞƏHƏRDƏ
ÜZƏRİNDƏ TİKİLMƏ TARİXİ OLAN
ƏN QƏDİM ABİDƏDİR
Eyni vəziyyətə
Qız qalasına doğru gedən yolda və Qız
qalasının öz
ətrafında da rast gəlmək olar. Karvansaraydan keçdikdən sonra sağ tərəfdə bu cür binalar tikilib. Lakin İçərişəhərdə
binalar tikilərkən
çox vaxt heç bir qaydaya əməl edilməyib. Əksər halda
bünövrə buldozerlə
qazılıb. Aşkar olunan
tarixi əşyalar məhv edilib, yeraltı yollar doldurulub. Halbuki tarixi -mədəniyyət
qatları aşkar edilərkən xüsusi alətlərdən istifadə
edilməli idi. Beləliklə, keçmişimizə, tariximizə ağır zərbə vurulub. Əgər orta əsrlərdə İçərişəhərdən müxtəlif istiqamətlərə
yeraltı yollar var idisə, hazırda bu yollar tamamilə məhv edilib. Bunlara görə az qala İçərişəhər YUNESKO-nun Ümumdünya mədəni
irsi siyahısından
çıxarılacaq idi.
Bütün bunlara baxmayaraq aparılan
qazıntı işlərində çox
nadir abidələr də aşkar
olunur. Bunu Qız
qalasının ətrafında aparılan qazıntı
işləri də sübut edir. Həmin ərazidə qədim şəhərin
divarları, məscid və otaqlar aşkar edilib. Bu vaxtadək
Məhəmməd məscidi (Sınıqqala) Bakıda,
İçərişəhərdə ən qədim
yazılı memarlıq abidəsi sayılırdı. Məscidin
üstündəki daş kitabədə onu tikən ustanın adı və tikilinin tarixi haqqında
(1078-1079-cu illər) məlumat verilib.
Qız qalası ətrafında aparılan arxeoloji tədqiqatlar müəyyən etmişdir ki, İçərişəhər
ərazisində Məhəmməd məscidi qədər qədim
olan başqa bir abidə də var.. Bu ərazidə 1998-ci ildə aparılan
qısa müddətli arxeoloji
qazıntılar 2 otağın da
varlığını aşkar ediblər. Bunlardan
böyük otağın döşəməsində
qazıntı davam edilən zaman qərb divarının cənub-qərb
küncünə yaxın hissədə üstü
tağ formalı taxca
içərisində yerləşdirilmiş mehrab
aşkar olundu.
Mehrabın üstündə iki kəlmədən
ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin
yazını epiqrafçı alim Məşədixanım
Nemət oxumuşdur. Yazının məzmunu
belədir: "Hakimiyyət Allaha məxsusdur".
Tədqiqatçılar müqayisəli təhlilə və xətt
xüsusiyyətinə görə bu
yazını VIII-IX əsrə aid edir. Məscid, onunla
yanaşı tikilmiş otaqlar
və sıratağlı abidə onların vahid
kompleksə daxil olduğu
ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə
alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da
söyləmək olar. Tarixçi-arxeoloq F.İbrahimov bu
məscidin, onun tikildiyi
dövrdə yaşamış görkəmli ruhani
alim və din xadimi, əslən bakılı olan Baba Kuhi
Bakuvinin məscidi olduğunu
ehtimal edir.. Həmin ərazidən
Qız qalasına doğru getmək üçün taxta
körpüdən keçməli olduq.
Amma bu körpü
ətrafdakı tarixi abidələrlə
tamlıq təşkil etmirdi. Onun daşdan və asma körpü
formasında tikilməsi məncə, daha
məqsədəuyğun idi.
Üç
nöqtə.- 2016.- 11 noyabr.- S.5