Urmiya gölündən Aral gölünədək uzanan yaxın və uzaq tariximiz

Qırx ədədi türk mifik sistemində çoxluq anlamına gəlir

 

Azərbaycanda folklorunda amazon qadınlarla bağlı kifayət qədər məlumatlar var. Yeri gəlmişkən qeyd edək ki, bənzər əfsanə günümüzədək Azərbaycanın Zaqatala rayonunda da, həm türk, həm də avar əhali içərisində yaşamaqdadır və oradakı xalq rayon ərazisində əlçatmaz qayada yerləşən Pəri qalasını həmin bahadır qadın və amazonkalar ilə əlaqələndirirlər.

L. S. Tolstova “Qırx qız” dastanının süjeti ilə nart eposunun osetin variantının, daha doğrusu bu variantın “Noza oğlu Barxunun ölümü” adlı bölümünün süjeti arasında daha çox uyğunluq olduğunu yazır: “Noza oğlu Barxunun ölümü” adlı bölümdə eynən qaraqalpaq dastanında olduğu kimi, öz yandırılmış yurd yerininöldürülmüş qohumlarının qisasını alan qadın döyüşçülərin təsviri verilir».

“Qırx qız” dastanında Gülayım Surtayşanın kalmık ordusunun onların şəhərlərinə basqın etməsindən sonra öz “amazonkalarına”  belə müraciət edir:

Bu zaman Gülayım ayağa qalxaraq,

Qəzəblənmiş qızlara belə məsləhət etdi:

Ey mənim kiçik bacılarım, qohumlarım,

Yetər kədərlənib, ağladıq” – söylədi.

“Gəlin qolçaqlarımızı taxıb, sıxaq kəmərləri,

Ölkəmizi tari-mar edən zalım düşmənləri,

Yorulmadan, gecə gündüz təqib edək,

Qılınclarımızı qınından çıxarıb, çəkək.

Atlarımızı minib yel kimi şığıyaq,

Zalım düşmənə çatıb, haqlayaq.

Soyumuzu əsir edən Suroyşa ilə döyüşüb,

Ya ölək millət üçün, ya da ki zəfər çalaq.

Bənzər halı osetin eposunda da görmək mümkündür:

Həmin zaman o məhəllənin yanında ki,

Barxunun adamları darmadağın etmişdi,

Darqavsarın qızı bütün qızları topladı,

O yerdə ki hər yan yanıb külə çevrilmişdi:

Ağlamaqdan, sızlamaqdan bir şey düşməz ələ,

Ölüləri ağlamaqdansa verib biz əl-ələ,

Heç olmazsa küllərini qoyaq qəbirlərə.

Qızlar ölmüş qohumlarını basdırdıqdan sonra qisas almağa söz verirlər:

Qəzəb-hiddətlə and içdi onlar,

Ki, düşməni bağışlamayacaqlar,

Qan bahasını mütləq alacaqlar .

Qeyd edək ki. Qafqaz Albaniyası Roma ordusuna qarşı vuruşarkən amazon qadınlardan da bəhs edilir. Oxşar cəhətlər kifayət qədər çoxdur. Osetin qaraqalpaq eposlarının başqa bir yaxın tərəfi qızların hərbi təlim keçməsi səhnəsidir. Digər bənzərlik isə hər iki eposda əkizlərin iştirak etməsidir. Osetin eposunda Xamıp Uruzmaq adlı iki əkiz qardaşdan söhbət açılır. Onların atası Axsarın da Axsartaq adlı əkiz qardaşı vardı. Bu qardaşlardan Uruzmaq öz bacısı Satana ilə evlənir. Qaraqalpaq dastanında isə Arıslan Altınay adlı əkiz bacı-qardaşdan onların şərlənərək zina etdiklərinin iddia edilməsindən danışılır

Qırx qızdastanı ilə bu tip səsləşmələrə nart eposunun abxaz variantında nartlar barədə qumuq əfsanələrində rast gəlmək mümkündür. Bu variant əfsanələrdə Satana 100, bəzənsə 40 oğul anası kimi təqdim edilir.  Qaraqalpaq dastanında isə yüz (bəzi variantlarda qırx) oğul anası rolunda Jupar-kempir çıxış edir.

Azərbaycanda da «Qırx qız» adlı əfsanə qeydə alınmışdır. Bu əfsanədə düşmənlərdən qaçan qızların duaları ilə dağ, qaya ayrılır. Qızların qırxı da bu qayanın içinə girir. Qırx qızla bağlı motivəDədə Qorquddastanında da rast gəlinir.Söhbət burla xatunun qırx incəbelli qızla birlikdə qıpçaqlara əsir düşməsindən gedir. Buradakı qırx sayı ilə bağlı qeyd etməliyik ki, istənilən say (kəmiyyət) bəşər  övladının dünyanı qavramasında, ətraf aləmin real mifoloji dərkolunmasında xüsusi önəmə sahib olmuşdur. Say bütün mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplularından biridir ölçü  daşıyıcısı kimi çıxış edir. Konkret olaraq qırx ədədinə gəlincə, bu türk mifik sistemində çoxluq anlamına gəlməkdədir. bu təfəkkür bütün türk Qafqaz xalqlarında, o cümlədən Azərbaycanda belədir. R. Qafarov yazır ki, “Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx otaq», «qırx dəvəli yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. Lakin düymələr açılıb axıra çatan kimi təzədən bağlananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi aşkarlanır. Azərbaycan türklərinin «Əsli Kərəm» eposunun mifoloji qaynaqlarında qırx düyməli xalat gerçək aləmin bitməsiömür yolunun bağlanması, o biri dünyanın qapısının isə açılması kimi mənalandırılır”.

Bir sözlə, Qırx qızdastanının Qafqazla bağlılığı heç bir şübhə oyatmır. Bunu çoxsaylı faktlar təsdiq edir. Həmin faktlar isə L. S. Tolstovadan qabaq B. A. Koloyev, M.Q. Vorobyova, T. A. Jdanko s. kimi tədqiqatçıların da diqqətini çəkmişdir. Bütün bu faktları dərindən təhlil edən L. S. Tolstova bildirir ki, qaraqaıpaqların daha qədim dövrlərə aid folklorunda Kap-tau (Qafqaz), Gürcüstan, Dağıstan, Krım, Xəzər dənizi Qara dənizin adlarına tez-tez rast gəlinirsə, daha sonrakı dövrlərə aid folklor nümunələrində bu toponim oronimləri Edil (İtil-Volqa), Jayık (Yayık – Ural) Türküstan kimi adlar əvəz edir. Bu isə, təbii ki, qaraqalpaqların Qafqazdan Xorəzmə miqrasiyasının aralıq mərhələsinin folklordakı əksindən başqa bir şey deyildir.

Bəri başdan qeyd edək ki, qaraqalpaq türklərinin folklorunun, o cümlədən şəcərə folklorunun öyrənilməsində uzun müddət Xorəzm ekspedisiyasında çalışmış S. P. Tolstov və T. A. Jdankonun, eləcə də atasının işini davam etdirən L. S. Tolstovanın ölçüyəgəlməz xidmətləri olmuşdur. Onlardan S. P. Tolstov  qaraqalpaq türklərinin hazırda məskun olduğu əraziləri vaxtilə belə xarakterizə etmişdi: «Aralətrafı bölgə şimali Avrasiya çölləri ilə Orta Asiyanın dağlıq ön və cənub regionlarını Hindistanın və Cənubi Avrasiyanın orta düzənləri ilə birləşdirən, hind-Avropa elementinin  etnogenezqlotogenezinin baş verdiyi önəmli məkandır» .

Eyni bölgənin adına «Manas» dastanında da rast gəlirik:

...Noqay oğlu bu Cakıb Aral üstdə yaşayıb,

Yaxın olub Altaya, Ağsu adlı bir çaya.

Küçör adlı şəhərdən Sovqat da gəldi hərdən.

Sürüsünün oylağı- Qaraşəhər yaylağı.

Qaraqalpaq qırğız türklərinin çoxəsrlik etnik formalaşma dövrü ərzində bu coğrafiyadan keçən qədim miqrasiya yollarından xeyli qidalanaraq, öz mədəniyyətlərini, o cümlədən folklorlarını nəzərəçarpacaq dərəcədə zənginləşdirə bildiklərini söyləyə bilərik. Bu üzdən qıpçaq xalqlarının, ilk növbədə qaraqalpaqların folklorunun tarixin ayrı-ayrı dövrlərini əks etdirdiyini yazan L. S. Tolstovanın fikrincə, kök etibarilə qıpçaq olan, sonrakı dövrlərdə oğuz peçeneklərə qaynayıb qarışan qaraqalpaqların etnik şüurunda yad təsirlər az rol oynamamışdır. T. A. Jdanko bu xalqın etnik köklərindən birinin sak-massagetlərlə e.ə. Vll-ll əsrlərlə bağlı olduğunu ehtimal etmişdir irəlidə görəcəyimiz kimi, o, qətiyyən səhv etməmişdir. L. S. Tolstova isə bir qədər irəli gedərək, bu köklərin daha qədim əsrlərə Ön Asiya, Qafqaz Azərbaycan ərazilərinə uzandığını təsbit edə bilmişdir. Fəqət o, bu xalqı sonradan türkləşməyə məruz qalan irandilli xalq saymış, bu da ondan qaynaqlanmışdır ki, xanım Tolstova onların rəvayətlərini özbək-sartların mənşəyi barədə Məqdisi (X əsr), Yaqub Həməvi (Xlll əsr) Həmdullah Qəzvininin (Xlll-XlV əsrlər) qələmə aldıqları rəvayətlərlə qarışıq salmışdır. Bununla belə, o, “Qaraqalpaqların tarixi folkloru bu xalqın etnogenezinin etnomədəni əlaqələrinin öyrənilməsinin əsas mənbəyi kimiadlı çox sanballı məqaləsində qaraqalpaq xalqını təşkil edən 6 əsas türk boyundan biri olan myütenlərin bir vaxtlar Şərqi Anadolu ərazisində (Urmiya gölündən qərbdə) mövcud olmuş Matiena  ərazisində yaşadıqlarını təsdiq etmişdir.

Bəxtiyar Tuncay

Səs.- 2016.- 6 sentyabr.- S.5