Albanların dili və əlifbası

Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü

Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskunlaşmış və bu ərazilərdə yaşayan digər soyları öz ətrafında birləşdirərək, tarixi mənbələrdə “Albaniya” adı altında yad edilən dövlət qurmuşdular. “Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır: “Dədəm Qorqud” kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, “gözlənilməz” bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: “Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar”. “Alpanlaretnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: “Ağ-boz atlar çapdırur alpanlar gördüm, işıqlı alpları yanıma saldum. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən “alpanlarsözünüalplarkimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olanvityazi” şəklində çevrilmişdir. Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı “alpanlarsözünüalplarsözü ilə əvəz etmişdir. Lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki haldaalpanlar” yazıldığını bildirmişdir. Kitabdaalpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Qədim albanların adı bu gün Qubanın “Alpan” kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür”. Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə etdiyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq – aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu gün qazaxların “alban” adlandırılan qolu məhz Çindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi TürküstandaMonqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar. Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun, eləcə də V. V. Vostrov və M. S. Mukanovun, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun əsərlərindən tapmaq olar. Karmışevanın “Tacikistanın özbək-lokay xalqı” kitabında isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir. Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub.Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər haldaKitabi- Dədə Qorqudda oğuzlarla yanaşı qıpçaqlardan da genbol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diktə edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manasda əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Abramzonun yazdığına görə isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir. Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar QoşunAlban salnaməsi” adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rusingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən, bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var. 1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir. 2.Qarqarların dili xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə “akxazuretnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil” ifadəsi işlədilmişdir. Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların ( xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir. Bu isə o deməkdir ki, “Alban yazılı ədəbiyyatı” adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, “erməni qıpçaqcası” adı altında daxil edilmişdir. Moisey XorenatsiMusa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri ArtomonovPletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən-ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir. Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəlVII əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Məlumat üçün bildirək ki, Ət-Təbərinin yazdığına görə, onun dövründə “Azərbaycan və ondan asılı olan ölkələr xəzərlər ölkəsi” kimi tanınırdı. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, HadrutFüzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.

 

Bəxtiyar Tuncay

(ardı var)

Üç nöqtə.- 2016.- 20 sentyabr.- S.5