Yunus Oğuz Qırğızıstanda fəxri
fərmanla təltif olunacaq
Yazıçı-publisist, tarixi
romanlar müəllifi Yunus
Oğuz Qırğızıstan Prezidenti yanında Dövlәt dili komissiyasının fәxri
fәrmanı ilә tәltif olunacaq. Movqe.az Trend-ə
istinadən xəbər verir ki, Qırğızıstanda fəaliyyət
göstərən Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, təltifetmə
yazıçının müəllifi olduğu
"Əmir Teymur” kitabının bu ölkədə təqdimat mərasimi
zamanı baş tutacaq.
N.Məmmədov deyib ki,
Prezident iqamətgahında baş
tutacaq tәqdimatda bu
ölkədə fəaliyyət göstərən xarici ölkәlәrin sәfirlәri,
Qırğızıstanın dövlәt
nümayәndәlәri iştirak
edәcәklər: "Təqdimat mərasimində 10-a
yaxın nazir, Qırğızıstan
Respublikası Joqorku Keneşin
(parlament) spikeri
vә deputatlarının iştirakı
gözlәnilir”.Qeyd edək ki, Y.Oğuzun müəllifi olduğu
"Əmir Teymur - dünyanın hakimi” və "Əmir Teymur
- zirvəyə doğru” tarixi
romanları Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun dəstəyi
ilə qırğız dilinə tərcümə edilib.
Üç
nöqtə.- 2016.- 6 yanvar.- S.4