Bu gün "Əli və Nino"nun təqdimatı olacaq

 

Bu gün ABŞ-ın "Sundance” beynəlxalq film festivalı çərçivəsində "Əli və Ninofilminin premyerası keçiriləcək. Movqe.az-ın Axşam.az-a istinadən  məlumatına görə, filmin nümayişi 3 gün - yanvarın 27-də, 28-də və 31-də olacaq.  "Əli və Nino” ötən il yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib."Əli və Ninofilminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTAmükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və  başqa ərazilərdə aparılıb.Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, xalq artisti Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Üç nöqtə.- 2016.- 27 yanvar.- S 6