Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur
Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların
təmiri və tikintisini dövlət öz
üzərinə götürür və bu
sahədə heç bir
ayrı-seçkilik yoxdur
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycan tarixən islam dininə, islam mədəniyyətinə mənsub bir ölkədir. Islam bu ölkəyə 1400 il bundan öncə gəlib, burada dərin kök salıb, insanların davranışına, düşücəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib. Bu təsir o qədər güclü olub ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməyib, dövlət müstəqilliyini qazanıb, ölkə yenidən islama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutub. Bundan başqa, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib. Hazırda Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Məsələn, Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunur. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası rus pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksey bu məbədə baş kafedral kilsə statusu verib. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycanda həmçinin 12 molokan icması fəaliyyət göstərir.
Xristianlığın digər qolu Bakıda Roma Katolik icması ilə təmsil olunub. Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən Bakirə Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilib. Bildirək ki, Sovet dövründə,1934-cü ildə kilsə dağıdılıb və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət Evi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dini icmalara şərait yaradıldığı kimi Katolik icmasına da qayğı göstərilib və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılıb. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Bir il sonra isə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilib, digər dini icmaların rəhbərləri ilə görüşüb və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək öz xeyir-dualarını verib. Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçiribr. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər.
Göründüyü kimi bu gün
Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir.
Ölkəmizdə bütün
xalqların, bütün dinlərin, bütün
etnik qrupların nümayəndələri
eyni hüquqlara
malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası
ilə təsbit olunub.
Azərbaycan
xalqında olan dözümlülük,
əsrlər boyu
formalaşan bu mühit ona gətirib
çatdırıb ki, bizim
üçün bu, normal yaşayış, həyat tərzidir.
Ümumiyyətlə, dövlət-din münasibətləri Azərbaycanda
xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub
saxlamaq dövlət
siyasətinin əsas prioritetlərindən biridir.
Ölkəmizdə məscidlərin,
katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini
dövlət öz üzərinə götürür
və bu sahədə heç
bir ayrı-seçkilik yoxdur.
Hər bir insanın digər
dinə hörməti öz
dinindən
başlayır və
hər bir cəmiyyətin gücü
onun dini və milli
müxtəlifliyindədir. Bu
uğurlar isə
erməniləri
qıçıqlandırır. Onılar dəfələrlə təxribata cəhd
ediblər, lakin uğursuzluğa düçar olublar." Dünyada, o cümlədən Avropada etnik, irqi və dini
zəmində münaqişələrin artmasının qeyd
olunduğu zaman mən ölkəmizin bu
sahədə əldə
etdiyi böyük
nailiyyətləri göstərdikdə dinləyicilər mənim məruzəmi böyük
maraqla qarşıladılar və mənə
çoxlu suallar verdilər. Təxminən 10 ölkənin nümayəndəsi məruzəmlə bağlı çıxış
etmək üçün iclasa sədrlik norveçli
diplomat Robert Kvilledən söz
istədilər. Onlar
çıxışlarında məruzəmin informativ
və maraqlı olduğunu qeyd etməklə yanaşı ölkəmizin tolerantlıq və
qeyri-ayrıseçkilik sahəsində qazandığı
uğurlarını alqışladılar, dövlətimizin multikulturalizm siyasətini
dəstəklədilər".
Bunu fəlsəfə elmləri
doktoru, professor Etibar Əli oğlu Nəcəfov
beynəlxalq tədbirlərin birində "Tolerantlıq və
qeyri-ayrıseçkilik: Azərbaycan
təcrübəsi" mövzusunda təqdimala
bağlı deyib. O bildirib:
"Lakin Ermənistanın
nümayəndəsi həmişə olduğu
kimi, təqdimatımla
bağlı çıxışında ölkəmiz haqqında yalan məlumatları
yaymaqla məşğul
idi. ATƏT-in
sözügedən
iclasının gündəliyindən Azərbaycan
Respublikasının dövlət
nümayəndəsinin
çıxışının olduğunu
bilən Ermənistanın nümayəndəsi tədbirdən əvvəl
böyük bir mətn
hazırlamışdır. Bu, onun
çıxışında açıq- aydın görünürdü. O, mənim təqdimatımla
bağlı digər
çıxış edənlərdən fərqli
olaraq ölkəmizə qarşı yalanlarla dolu əvvəlcədən
hazırladığı mətni
oxuyurdu və
çıxışı olduqca böyük idi. Ermənistanın
nümayəndəsi
çıxışında mənim
təqdimatımdan
irəli gələn məsələlər
əvəzinə bir
tərəfdən ölkəmiz
haqqında qərəzli fikirləri səsləndirirdi, digər
tərəfdən isə
Ermənistanın tolerant ölkə
olduğunu göstərmək istəyirdi. Məsələn,
onun dediyinə
görə Yerevanda müxtəlif
etnik qruplara mənsub olan
böyük müsəlman icması vardır. Mənim təqdimatımda göstərdiyim Azərbaycan
Respublikasının Şəki
rayonunda və
Dağlıq Qarabağ ərazisində
yerləşən Alban
kilsələrini isə o,
utanmadan erməni-qroqorian
kilsələri kimi
təqdim edirdi. Sözsüz ki, cavab
çıxışımda mən
Ermənistanın
nümayəndəsinin dediklərinin həqiqətə uyğun
olmadığını konkret faktlarla göstərdim.
Ermənistan
ordusu tərəfindən işğal
olunmuş Azərbaycan
ərazilərində
dağıdılmış məscidlərin, mədəniyyət
abidələrinin
foroslaylarını və
Bakının mərkəzində yerləşən və qorunan
erməni kilsəsinin şəkilini dinləyicilərə göstərərək mən
onlara kimin haqlı olduğunu sübut etdim. Bundan başqa
mən cavab çıxışımda Qafqaz Albaniyasının tarixinin
əsas mərhələlərini, xüsusilə ermənilərin Albaniyanın maddi mədəniyyətinin abidələrini mənimsəmələrini
dinləyicilərin nəzərinə
çatdırdım. Fikrimcə,
Qafqaz Albaniyası ilə bağlı verdiyim
məlumat
iştirakçı dövlətlərin nümayəndələrinə maraqlı göründü. Bu məlumat erməni diplomatının
yalanlarını ifşa etməkdə mühüm rol oynadı".
Üç
nöqtə.- 2017.- 5 aprel.- S.5