Bakıda “Erməni soyqırımı”
real tarix, yaxud tarixin yalanı”
mövzusunda konfrans keçirilib
Bakı. 24 aprel.
REPORT.AZ/ Əsir və
itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası
təşkilaçılığı ilə “Erməni soyqırımı” real tarix, yaxud tarixin
yalanı” mövzusunda
elmi-praktik konfrans keçirilib.
“Report”un xəbərinə görə,
tədbirin məqsədi
qondrama “erməni soyqırımı” ilə
bağlı əsassız
iddiaların tarixi və elmi faktlar
əsasında təhlili
və əsl məqsədinin üzə
çıxarılması, əslində soyqırıma
ermənilərin deyil,
türk-müsəlman əhalisinin
məruz qaldığını
sübut edən
mənbələr əsasında
elmi araşdırmaların
nəticələrinin diqqətə
çatdırılmasından ibarət olub.
Tədbiri giriş
sözü ilə Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
sədri İsmayıl
Axundov açıb.
O, tədbirlə bağlı
ümumi məlumat verib.
Sonra çıxış
edən “Tələt Paşa” Komitəsinin sədri Ali Erdinç çıxış
edərək deyib ki, Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmalıdırlar:
“Biz yetərli mübarizə aparmasaq, onlar öz yalanlarını
daha da artıracaqlar.
Ona görə də biz erməni
yalanlarını bütün
dünyaya tanıtmaq üçün bu yola çıxdıq və haqq işimizi
dünyaya çatdıracağıq.
Ermənilər 1915-ci ildə
Vanda 25 min insanı qətlə yetirdilər, Van qətliamı ilə yanaşı İstanbul, Ərzurum və digər şəhərlərdə
10 minlərlə insan
öldürüldü. Onlar
1918-ci ildə Bakıda
10 minlərlə insan
qətlə yetirdi. Biz bütün dünyaya bu qətliamlarla bağlı
məlumatları çatdırmalıyıq.
Biz Dağlıq Qarabağ münaqişəsində
Azərbaycanın haqq
işinə dəstək
veririk”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse
prezidenti, Dövlət
Komissiyasının üzvü
İsa Həbibbəyli
bildirib ki, Azərbaycan və Türkiyə alimlərinin
bu məsələ ilə bağlı faktlarının bir neçə dildə yayımlanması nəticəsini
verir: “Biz bəşəriyyəti erməni
yalanından xilas etməliyik. Bu istiqamətdə iş aparılır. “Böyük
Ermənistan” iddiasından
çıxış edərək
xəritə tərtib
ediblər. Bəs o zaman digər xalqların vətəni hara olub? Onların
iddiası uydurmadan başqa bir şey deyil. Onlar tarixi saxtalaşdırırlar.
Bu məsələyə
ikili standartlarla yanaşanlar da haqsızlığın tərəfindədirlər.
Ermənistanın bu yalanlarına inan bəzi Avropa dövlətləri yanlış
yoldadırlar. Çalışıb
ermənilərin yalanlarını
ifşa etməliyik. Azərbaycana gələn alimlər xalqımızın
mövqeyi ilə həmrəy olduğunu bildirirlər”.
İ.Həbibbəyli deyib ki, ermənistanın
işğalçılıq siyasətinə dünya inanmamaldır: “Bunun üçün də Türkiyə və Azərbaycan alimləri həmrəy olmalıdırlar.
Ermənistan işğalçı
dövlətdir. O dövlət
boş xülyadan başqa bir şey deyil. Haqlı mövqedə olan Azərbaycandır”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident kitabxanasının
şöbə müdiri
Nazim Mustafa çıxış edərək
tarixi faktları açıqlayıb.
Moldova Respublikasının
keçmiş Parlament
Ombudsmanı Aureliya Qriqoriu bu məsələ
ətrafında danışıb.
O bildirib ki, Ermənistan monoetnik dövlətdir və öz ərazisində digər xalqların nümayəndələrini görmək
istəmir: ”Bu, təkcə türklərə
qarşı deyil, bütün dünya xalqlarna qarşı edilir. Onlar iddiaları
ilə bağlı məlumatların tirajlanması
üçün xarici
media qurumlarından istifadə edirlər, aktivlik göstərirlər”.
Digər tədbir iştirakıları da mövzu ətrafında çıxış edərək, fikirlərini ifadə ediblər.
Üç
nöqtə.- 2017.- 25 aprel.- S.6