“Vicdanın nə tərifi
var, nə də ölçüsü...”
Nadir Əzməmmədov 3 fevral
1953-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində
anadan olub. 1972-1977-ci illərdə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunda dram və kino aktyorluğu ixtisası üzrə
təhsil alıb. 1980-cı ildə Moskvada Gənc
Kinematoqrafçıların Ali Kursunu bitirib.
Yaradıcılığa 1978-ci ildə "Azərbaycanfilm"
kinostudiyasında bədii filmlərdə rejissor assistenti kimi
başlayıb. Bir sıra filmlərdə ikinci rejissor, aktyor,
rejissor assistenti olub. 31 iyul 2017-ci ildə Azərbaycan
kinematoqrafiyasının inkişafında xidmətlərinə
görə Azərbaycanın əməkdar mədəniyyət
işçisi fəxri adına layiq görülüb.
Nadir Əzməmmədovla söhbətə elə
fəxri ad alması mövzusu ilə başladıq...
-20 ildir kinoda deyiləm, buna baxmayaraq fəxri ad
üçün məni də siyahıya əlavə ediblər,
sağ olsunlar. Bu gün özümü fəxrlə təqdim
edib deyirəm ki, mən Prezident tərəfindən “Əməkdar
mədəniyyət işçisi” adına layiq
görülmüşəm. Bu, mənim üçün
çox gözlənilməz oldu.
Axı uzun müddətdir, kinodan uzaq idim. Düzdür,
filmlərə, seriallara dəvətlər var...
-Nadir müəllim, gəlin
yaradıcılığınıza qısa nəzər salaq.
Nə vaxt, necə və nədən
başladınız?
- Indiyədək 20-dən şox filmdə
işləmişəm. Aktyor, rejissor köməkçisi və
ikinci rejissor olaraq. Kinoda ilk işim 1978-ci ildə mərhum Şamil Mahmudbəyovun
çəkdiyi “Od içində içində” filmində rejissor köməkçi
olub. Deyim ki, Şamil müəllimlə işləmək
böyük bir məktəb keçmək deməkdir. Kinonun sirlərini məhz ondan öyrənirdim.
Sonra çoxlu filmlərdə işlədim-Oqtay
Mirqasımovla, Əjdər İbrahimovla, Əbdül Mahmudovla
və başqaları ilə. Məhz bu sənətkarların
dəstəyi ilə Azərbaycan kinosunda kiçik də olsa
bir iz qoya bilmişəm. 1980-ci ildə məni
Moskvaya- Ali Kursa göndərdilər. Təhsilimi
tamamlayıb qayıtdım kinostudiyaya, Oqtay Mirqasımovun “Şeytan
göz qabağında” filmində ikinci rejissor kimi işə
başladım.Onun da mənə çox böyük köməyi
olub. Ümumiyyətlə, sovet dönəmində film çəkilişləri
olduqca məsuliyyətli, əhəmiyyətli və fəxr
ediləcək bir iş idi. Hər adama film
etibar etmirdilər. Artıq öz
sözünü demiş, bu aləmdə nüfuzu, mövqeyi
olan sənətkarlardan biri gərək mütləq sənə
dəstək olaydı, hamı da fikirləşəydi ki, məsələn,
Nadirə filankəs zaminlik edir. Baxın, Oqtay
Mirqasımov bu mənada mənə güvəndi, öz
filmində məni kinci rejissor olaraq heyətə saldı...
-Taleyiniz
elə gətirib ki, əksər filmlərdə həm
rejissorluqla məşğul olmusunuz, həm də aktyor olaraq
rol almısınız.
Bunlardan hansı daha çətindir?
-Bir
cümlə ilə desəm, təsəvvür edin ki, rejissor
işin sahibidir, aktyor asılıdır. Amma bu
da var ki, aktyor olmaq müəyyən mənada rahatdır.
Gəlirsən çəkiliş
meydançasına, hamı sənin qulluğunda dayanır,
yaradıcı heyət ətrafında fırlanır,
qayğına qalırlar və çəkilirsən. Səhnə bitdi və sərbəstsən. Rejissorun işi bu mənada çətindir, lap
başlanğıcdan sonadək hər şeyi hesablamalıdır.
Hamını düşünməlidir, hər şeyi nəzərə
almalıdır, çətinliklıri aradan
qaldırmalıdır, bütün işləri yoluna
qoymalıdır və s...
-Oynadığınız
rollardan ürəyinizə ən çox yatanı...
-Düzü,
deməkdə çətinlik çəkirəm. Onların
hamısını mən yaratmışam, hamısına zəhmət
çəkmişəm, bir-bir onların həyatını
yaşamışam... Amma “Qara Volqa” da da,
Rövşən İsaxın “Sonuncu fəsil” serialında da
müstəntiq və hüquqşünas rollarını
yaratmışam. Bu rollarda daha ağayana,
ağsaqqal, tədbirli idim. Bax bu, çox
ürəyimcə olub.
-Rol
demişkən, çəkiliş bitəndən sonra uzun
müddət, aylar ərzində yaşatmağa və
yaşamağa çalışdığınız o
rollardan çıxmaq, real Nadir Əzməmmədov olmaq
çoxmu çətindir?
-Aktyorun
işi budur. Aktyor odur ki, obrazdan obraza keçə bilsin...
-Onda gəlin,
elə sonuncu filminizdən danışaq: “Vicdan haqqı”
-Bəli,
çox uğurlu filmdir. Reytinqləri yüksəkdir.
Heyətin peşəkarlığı, işini
bilən insanların bir arada çalışması, təbii
ki, öz nəticəsini göstərir. Sentyabrdan
növbəti mövsümü başlayacaq. Bu serialdakı rolum tam fərqlidir. Sakit ata, bəxtsiz,
talesiz bir kişi, mədəni həyat
yoldaşı, tərbiyəli kiçik qardaş... Mənim övladım olmur, böyütdüyüm
qız böyük qardaşımın qızıdır.
Ərköyündür. Onunla
bağlı qərar verə bilmirəm, mütləq
qardaşımla məsləhətləşməliyəm və
bu, əslində mənim faciəmdir. Şünki məndə
həm atalıq hiss var, həm də yoxdur. Həm
atayam, həm də deyiləm. Qısası,
ortada qalmış bir insan. Guya
qızım var, amma onunla bağlı heç bir müstəqil
fikir yürüdə bilmirəm. Yəni əsl
ata olaraq haqqı olmayan biriyəm.
-Deyəsən,
serialın izləyicilərini yeni sürprizlər gözləyir...
-Yeni
mövsümdə gözlənilməz hadisələr olacaq,
təbii ki. Ancaq bunları açıqlamaq
olmur. Çünki bu gün ssenaridə dəqiqləşmiş
bir səhnə ola bilsin ki, 1 gün sonra
tamamilə dəyişdirilsin. Təkcə onu
deyə bilərəm ki, serialdakı qızımla aramızda
əməlli insident yaşanacaq. O gəncdir, hər
şeyi istədiyi kimi görmək, istədiyi kimi yaşamaq
istəyir. Baş verənlərə adi bir hal
kimi yanaşır. Onun düşüncəsi,
təfəkkürü tam başqadır. Amma
biz yaşlı nəsil üçün əxlaq, dəyər
başqadır axı. Bir qızın evinə
oğlan gətirməsi bizim cəmiyyətdə nə dərəcədə
qəbul oluna bilər ki? Bax, beləcə, Dilbəri
başa salmaq cəhdlərim boşa çıxır deyə,
mən də məcbur qalıb...onu cəzalandırıram, yəni
vururam...
-Nadir
müəllim, olubmu ki, oynadığınız rolun hasısa
bir epizodunda rejissor işinizi bəyənməyib tam fərqli
bir tərz istəsin və siz də düşünəsiz
ki, əslində məhz bu epizodda işinizin öhdəsindən
tam olaraq gəlmisiniz, siz haqlısınız...və rejissora
etiraz edəsiniz?
-Yaradıcı
prosesdə mütləqdir ki, mübahisələr olsun. Bunsuz mümkün deyil. Amma bir
qayda olaraq rejissorla razılaşmalıyıq. Ola bilər
həmin an üçün aktyor özünü haqlı bilsin
və təkid etsin, ancaq rejissor 5 seriya bundan sonranı da fikirləşir
axı. O bilir ki, nədən
sonra nə gələcək, nəyi necə etmək
lazımdır ki, növbəti seriyalarda baş verəcək
hadisələrin təməli qoyulsun.
-Vicdan
haqqı nədir, Nadir müəllim?
-Bu,
olduqca ağır məfhumdur. Vicdanın nə
tərifi var, nə ölçüsü. Bu bir dəyərdir. İnsanın
özünün özündən soruşduğu
hesabatdır. Dövr dəyişib,
münasibətlər dəyişib, insanlara inam itib.
Heç nəyə etibar etmək olmur... Məsələn,
serialda biz yoldaşımla oturub dərdləşəndə nə
zaman ki, mən onun öz övladımız
olmadığı üçün dərd elədiyini hiss edirəm, o
zaman çəkdiyim vicdan əzabının təsviri də
yoxdur.
-Filmlərdə
hərdən oynadığınız rolu basşqaları səsləndirir...
-Bəli,
məsələ belədir, nəyə görə filmlərdə
oynadığın obrazın səsləndirilməsini
başqasına həvalə edirlər? Olur ki,
aktyor müsbət obraz yaradıb, ancaq səs tembri,
diksiyası bu rolu səsləndirməyə imkan vermir. Ya da əksinə, mənfi obrazdayam, yenə səsim
uyğun deyil. Yaxud da, hərdən aktyorun
oyunu zəif alınır və o halda rejissor səsləndirmədə
dublyordan istifadə edir ki, heç olmasa səs ilə gücləndirsin
obrazı.
-Sənətlə
bağlı nə qaldı ürəyinizdə? Nəyi arzulayıb həyata keçirə bilmədiniz?
-Təəssüf, biz sənətdə öz
yerimizi tapmadıq. Çünki elə bir dövrə
düşdük ki, getdik,
Moskvada oxuduq, gəldik, böyük rejissorlarla işlədik.
O dövrdə bu sənətdə
yalnız mərhələ-mərhələ irəliləmək
mümkün idi. Köməkçi olardıq, asistent
olardıq, ikinci rejissor, nəhayət, sonda sənə etibar
edib kiçik bir film verərədilər və beləcə
quruluşçu rejissor ola bilərdin. Mən ikinci
rejissorluğa qədər çatdım...ancaq ondan sonra
dövr dəyişdi, kinostudiya bağlandı, filmlər
çəkilmədi və artıq yaradıcı Nadir Əzməmmədov
yox, ailə
başçısı Nadir müəllim kimi
düşünməyə məcbur oldum. Dövlət
qurumlarında işləməyə başladım. Bir
müddət gömrük komitəsinin mətbuat xidmətində
çalışdım, sonra
Dövlət Dəmir Yolu İdarəsinə gəldim.
Ancaq bu da bir tarixdir. Bu zaman ərzində gördüyüm
işlərlə də yaradıcı yanaşdım. Bədii
filmlər çəkmək
qismət olmasa da, sənədli filmlər çəkdim, yenə
videoçəkilişlər etdim... Beləcə, tarix
yaratmağı və tarixdə qalmağı bacardım... Bu
gün kino çəkilişinə dövlət
qayğısı var və bu, ümidverici faktdır. Dövlətin
diqqəti olan sahədə inkişaf mütləqdir...
Üç
nöqtə.- 2017.- 19 dekabr.- S.12.