Diaspora Azərbaycan mədəniyyətinin
təbliğində rol
oynayır
Bu, Azərbaycan
xörəklərini, musiqisini
özününküləşdirməyə
cəhdin qarşısının
alınması üçün
yaxşı vasitədir
Azərbaycan diasporasının fəaliyyət
istiqamətlərindən biri
də Azərbaycan mədəniyyətinin təbliğıdir.
Bu istiqamətdə dünyanın müxtəlif
ölkələrində bir
sıra tədbirlər
həyata keçirilir.
Belə tədbirlərdən
biri də Gürcüstanın paytaxtı
Tbilisidə keçirilib.
İyunun 28-də Gürcüstanın
paytaxtı Tbilisidə
Beynəlxalq Xalça
Festivalının açılışı
olub. Festival çərçivəsində ilk tədbir Tbilisi Xalq Tətbiqi
Sənəti Muzeyində
keçirilib. Daspora.az xəbər
verir ki, Azərbaycan Dövlət Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan xalçaları
da festivalda nümayiş olunub. Bildirilir ki, Azərbaycan xalçalarının
təbliğində bu
ölkədə yaşayan
Azərbaycan diaspora təşkilatlarının da
böyük rolu olub. Azərbaycanlıların
Mədəniyyət Mərkəzi
fəalığı ilə
seçilib. Gütcüstanda
Azərbaycan dilində
çıxan qəzetlərdə
tədbir barədə
geniş məqalələr
dərc olunub, yerli radioda məlumatlar
verilib. Beynəlxalq Xalça Festivalının
iki ölkə arasında mədəniyyət
əlaqələrinin inkişafında
rolundan danışılıb.
Gürcüstandakı Azərbaycan
diaspora təşkilatlarının
məlumatına görə
tədbiri Tibilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İrina Koşoridze açıb.
O, çıxışında festivalın əhəmiyyətindən
danışıb, bu cür tədbirlərin mədəniyyətin inkişafında,
mədəni əlaqələrin
daha da genişlənməsində
mühüm rol oynadığını bildirib.
Azərbaycan Dövlət
Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova festival çərçivəsində Azərbaycan xalçalarının
da nümayiş olunduğunu və xarici qonaqların incəsənət nümunələrinə
maraq göstərdiyini
bildirib.
Gürcüstandakı Azərbaycan dilində
çıxan mətbuat
orqanları xəbər
verib ki, Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova jurnalistlərə müsahibəsində
deyib ki, Xalça Muzeyi bu festivalda 24 xalça nümunəsi ilə iştirak edir. O deyib: “Eksponatların hamısı
Azərbaycanın müxtəlif
bölgələrini və
XIX əsrin sonu XX əsrin əvvələrini
əhatə edir. Azərbaycan pavilyonuna ziyarətçilər arasında
böyük maraq var”.
Ş. Məlikova qeyd edib ki,
Azərbaycan xalçaları
və zəngin xalça sənəti ölkənin ən böyük sərvətidir.
“Azərbaycanın xalçaçılıq
sənəti dünyada
özünün müxtəlif
kompozisiya və ornamentləri ilə fərqlənir və onlar Azərbaycanın tarixi və fəlsəfəsi ilə
sıx bağlıdır”,
– deyə o əlavə
edib.
Azərbaycanlıların Mədəniyyət Mərkəzi
nəzdində çıxan
qəzetlərin məlumatında
bildirilir ki. Tbilisi Xalq Tətbiqi
Sənəti Muzeyinin direktor müavini Nino Kepşidze, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək
Beynəlxalq Xalça
Festivalının əhəmiyyətindən
danışıblar. Leyla
Əliyeva bildirib ki, keçən il Gürcüstanda təşkil olunan festivalda muzeyin əməkdaşları fəal
iştirak ediblər. Axaltsixedəki Rabat qalasında
təşkil olunan festivalda biz, təkcə Azərbaycanda
toxunan xalçaları
deyil, həm də Gürcüstanda yaşayan azərbaycanlıların,
eyni zamanda, muzeyin nəzdində fəaliyyət göstərən
xalça dərnəyinin
üzvlərinin toxuduqları
55 xalça nümunəsi
nümayiş etdirmişdik.
Bu festivalda Qarabağ, Naxçıvan,
Borçalı, Qazax,
Qaraçöp və
digər bölgələrdən
olan ustaların toxuduğu xalça nümunələrini nümayiş
etdirdik. Onun sözlərinə görə, Borçalı
xalçalarının təbliğində
fəaliyyətimizi genləndirmişik.
"Bu gün bizim xalçalar dünyanın ən müxtəlif muzeylərində
saxlanılır. Onların
təbliği bizim əsas fəaliyyət sahəmizdir. Bu istiqamətdə işlərimiz
uğurludur".
Festival çərçivəsində
Türkiyədən gələn
xalça ustası Dəniz Coşqun ustad dərsi keçib. Festivalda ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin
hazırlanması texnikası,
boyama, dizayn və digər müxtəlif maarifləndirici
proqramlar da təşkil olunub. Xalça festivalı iyunun 30-dan iyulun 2-dək Axaltsixedəki Rabat qalasında davam edib.
Qeyd edim
ki, bundan əvvəl də Azərbaycan xalçaları
Gürcüstanda
sərgilənib. Tibilisidə
Ş.Amiranaşvili adına
Milli Muzeydə Azərbaycan mədəni irsini əks etdirən və əldə toxunan Azərbaycan xalçaçılıq
məktəbinin Borçalı
qolunun nümunələrindən,
saxsı, mis, xalq çalğı alətlərinin sərgisi
açılıb. Sərgi ARDNŞ-in Gürcüstan nümayəndəliyi, Gürcüstan
Mədəniyyət və
Abidələrin Mühafizəsi
Nazirliyi və Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin
təşkilatçılığı ilə «Azərbaycan mədəniyyətinin təbliği»
adlı layihə çərçivəsində təşkil olunub. M.F.Axundov adına Mədəniyyət Muzeyinin
direktoru Leyla Əliyeva bildirib ki, Gürcüstanda Azərbaycan xalçaçılıq
məktəbinin, eyni zamanda milli-musiqi alətlərinin düzəldilməsi,
mis və saxsı qabların hazırlanmasının inkişaf
etdiyini bildirib: «Məqsədimiz Azərbaycanın
mədəni irsini, mədəniyyətini Gürcüstanda
təbliğ etməkdir».
Tədbirdə Gürcüstanda yaşayan
müxtəlif xalqların
nümayəndələri, çoxsaylı qonaqlar, Tiflis və onun ətraf rayonlarından gələn
azərbaycanlılar, gürcü
ictimaiyyətinin nümayəndələri
iştirak ediblər. Sərgidə 50-dək nadir
Borçalı xalçaları,
tar, kaman, saz və digər
alətlər, mis və saxsı nümunələri nümayiş
olunub. Onu da qeyd
edim ki, Qazax-Borçalı xalçalarına
həmişə böyük
maraq olub. " Orta məktəbdə oxuyarkən bir hadisə bu günə kimi yaddaşımın bir küncündə ilişib
qalıb. Hər il kəndimizə köhnə xalça, gümüş xəncər,
kəmər və s. alan səyyar alıcılar gəlirdi. Bir dəfə qonşumuz İsa Həbibovun evindəki taxtın üstündəki
nimdaş xalça onlardan birinin marağına səbəb
oldu. Həyəcanlı olduğu diqqət
çəkirdi, sanki ilk dəfə idi ki, xalça
görürdü. Alıcı
bəzi yerləri sökülmüş və
o qədər də böyük olmayan nimdaş xalçanı təzə fabrik istehsalı olan xalça ilə dəyişməyi təklif
etdi. Amma rədd cavabı aldı. Bundan sonra təkliflər bir-birini əvəz etdi. Sonunda tərəflər
iki təzə xalça ilə nimdaş xalçanı dəyişməyə razılaşdılar.
Əslində dəyişdirilən
maddi dəyəri olan Qazaqx-Borçalı xalçası idi. Uşaq ağlımla bunu dərk edə bilmirdim. Amma alıcı iki fabrik xalçasını
nə ilə dəyişdirdiyini çox
yaxşı bilirdi".
Bu gün
dünyanın müxtəlif
hərraclarında kifayət
qədər yüksək
qiymətə Azərbaycan
xalçaları satılır.
Onlardan biri də "Qaraçöp”
xalçalarıdır. Məsələn,
2011-ci il martın 22-də
almaniyalı kolleksiyaçı
tərəfindən "Nagel”
hərracına
çıxarılan 1.63x2.18 ölçülü "Qaraçöp”
xalçası (XIX əsr)
56.650 ABŞ dollarına satılıb.
O, yerli jurnalistlərə
bildirib ki, 18-ci yüzildə Borçalıda
toxunmuş sənət
örnəklərimizdən biri də Budapeşt
dekorativ inçəsənət
muzeyində göstərilən
“Çobankərə” xalısıdır.
"İfadə lakonikliyiylə
diqqəti çəkən
bu xalıda quyrum xətlərlə və nəbati rəsmlərlə çəmənlik, su, qoyun sürüsü, qoşa tazı təsvirləri var. Gəncədəki Şah
Abbas məscidinin divarını bəzəyən
“Qaraçöp” çeşnili
xalı da 18-ci yüzilə aiddir. Bu xalı yaşıl
yelən, quyrum motivlər, qoçbuynuzu quyrumlar, gəzmə xətlərlə zəngin
quruluş və naxış koloriti oluşdurur". Leyla Əliyeva bildirib ki, xalçalarımızın
təbliğində diaspora
təşkilatları önəmli
rol oynamalıdır.
Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyası
(GATA) isə “Gürcüstanda
Azərbaycan mədəniyyətinin
populyarlaşdırılması” proqramı çərçivəsində
Tbilisi şəhərindəki
Riğe istirahət parkında keçirdiyi tədbirlər də mədəniyyətimizin təbliğində
rol oynayır. Burada hər il maraqlı konsert proqramı ilə müşayiət olunan tədbirlərdə
Azərbaycan mətbəxinin
nümunələri nümayiş
etdirilir. Qonaqlar azərbaycanlı tələbələrin
hazırladıqları milli
xörəklərimizdən dadırlar. Ümumiyyətlə,
xarici turistlər ən çox Riğeyə gəlirlər.
Həm onları, həm də Tbilisidə yaşayan müxtəlif millətlərin
nümayəndələrini milli musiqimiz və mətbəximizlə
daha yaxından tanış etmək məqsədilə belə
bir mədəni tədbir keçirilir. Qonaqlar tar, saz,
kamança və başqa musiqi alətlərimizdə ifaları
dinləyir, tələbələrin
ifasında mahnılara
qulaq asır, rəqslərimizə tamaşa
edirlər. Burada iştirakçılara Azərbaycan
xörəkləri, musiqi
alətləri barədə
məlumatlar verilir, bukletlər paylanılır.
Bu, Azərbaycan xörəklərini, musiqisini
özününküləşdirməyə
cəhdin qarşısının
alınması üçün
yaxşı vasitədir.
Üç
nöqtə.- 2017.- 21 iyul.- S.5.