Tolerantlıq çoxmədənilik, fərqli mədəniyyətlərin birgə
yaşamasıdır
Bu etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir
Tolerantlıq, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, bütövlükdə, xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qəbul etdiyi sənəddə deyilir ki, “...tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıbdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilibdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki ölkəmizdə mədəni müxtəlifliyin qorunub daha da inkişafına yönəlmiş multikulturalizm ideologiyasını ən yüksək səviyyədə önəm verilməsi insanlara verilən dəyərdir. Onun sözlərinə görə. ümummilli Lider Heydər Əliyev də multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. "Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası Heydər Əliyevin qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmalarını təmin etdi. Buna uyğun olaraq Konstitusiyda yeni bəndləri üzə çıxdı. Prezident İlham Əliyev dediyi kimi, “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Göründüyü kimi, hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi tolerant, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirİ Kamal Abdullayev bildirib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirib. Bu müstəvi siyasət müstəvisi idi. Beləliklə, “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” tezisini irəli sürmək mümkündür: “Ümummilli lider Heydər Əliyev haqlı olaraq tolerantlığı, multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etdi. Onun sözlərinə görə, XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələrinin obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdikləri, bunun nəticəsi olaraq bəzi ölkələrin (Almaniya, Fransa, Böyük Britaniya) başçılarının multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını əsas gətirərək bu siyasətin iflasa uğradığını rəsmi bəyan etdikləri bir məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi milli birliyə, milli və dini müxtəlifliyin birgə, mehriban yaşayışına böyük dəyər verdiyini ortaya qoyur.
Multikultural təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən dövlət müşaviri bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaq, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam
Allahşükür Paşazadə isə Azərbaycanı “bütün səmavi
dinlərin qovuşduğu” məkan
kimi dəyərləndirib. QMİ sədri qeyd edib ki,
Azərbaycanda dini icmalar arasında milli, dini
ayrı-seçkiliyə
yol verilmədiyini,
bütün icmaların əmin-amanlıq
içində fəaliyyət göstərirlər. A.Paşazadə dini
konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq olduğunu deyib.“Ölkəmizdəki islam,
pravoslav, yəhudi,
katolik icması rəhbərləri hər
zaman olduğu kimi, bu gün
də bir yerdədir.
Bunlar tolerant. multikulturalizm
ideyalarına sadiq Azərbaycanın
mövcud dini-mənəvi reallığıdır.
Müasir dövrün kəskin reallıqlarını izlərkən bu qənaətə gəlmək olar ki, milli və dini zəmində baş verən münaqişələrə
qarşı biz ənənəvi
dinlərin
sülh, ədalət
və
mənəviyyat prinsiplərindən geniş istifadə edə
bilərik.
Bəşər ailəsinin
üzvləri
kimi bizləri birləşdirən, bağlayan dəyərlər, bizi fərqləndirən və
ayıran amillərdən qat-qat möhkəm,
dərin
və
mühümdür”, deyə QMİ sədri
ölkədəki dini mühitə dəyər verib.
A.Paşazadənin fkirincə,
müasir dövrdə bəşəriyyəti narahat edən
probemlərin
əksəriyyəti daha çox mənəvi mahiyyət
daşıyır. “Bəzən belə münasibət
dinlərarası
münasibətlərə gərginlik gətirir,
terror əməllərinə dini ideologiya donu geyindirilməsi ikrah doğurur”, - deyəA.Paşazadə terror aktlarını dinlə eyniləşdirməyin əleyhinə çıxıb. QMİ sədri
ad çəkmədən bəzi ölkələrdə islam dini haqqında yanlış təsəvvürlər
yaradılmasına, hətta islamla
terrorun eyniləşdirilməsi cəhdləri olmasına diqqət çəkib.
Bütün bu cəhdləri əsassız
sayan A.Paşazadə kin, nifrət,
zorakılıq və təcavüzün
islamın hökmlərinə zidd olduğunu xatırladıb.
Qarabağ münaqişəsinin
20 ildən
artıq davam etdiyini deyən QMİ sədri Azərbaycanın
Ermnənistan
tərəfdən etnik və
milli zəmində
təmizlənməyə
məruz
qaldığını söyləyib. Ermənilərin işğal etdikləri ərazilərdə müsəlman, yəhudi
və
xristian dini abidələrinin dağıdıldığına diqqət
çəkilib.
Onun firkincə,
belə
münasibət
dinlərarası
qarşıdurma təhlküəsinə yol aça bilər.
O, dünyada sülhün, əmin-amanlığın, cəmiyyətlərdə sağlam
mənəvi-əxlaqi mühitin bərqərar
olması, dini-mənəvi dəyərlərin
qorunması üçün
din xadimlərinin
səylərinin birləşdirilməsini vacib sayıb. “Bəşərin qlobal bəlalardan
xilası insanlığın
rifahı naminə birlik və
tolerantlığın qorunub
saxlanmasında, fəal təşviq
olunmasındadır”, - deyə A.Paşazadə
bildirib.
Üç nöqtə.- 2017.- 8 mart.- S.5