Azərbaycanda din və etiqad azadlığı tam təmin edilib
Bütün vətəndaşlar dini
və milli mənsubiyyətindən asılı
olmayaraq eyni hüquqa malikdirlər
Tarixən müxtəlif
etno-mədəni qrupların
və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə
tolerantlıq siyasətinin
banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci
dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından
sonra Azərbaycanı
nəinki vətəndaş
müharibəsindən qurtardı,
eyni zamanda ölkəmizdə mövcud
olan bütün milli azlıqları vahid azərbaycançılıq
ideologiyası ətrafında
birləşdirdi. 1993-cü ildə prezident seçildikdən sonra, oktyabrın
10-da andiçmə mərasimindəki
nitqində Azərbaycanda
mövcud olan dinlərin həmişə
bərabər hüquqa
malik olduğunu vurğuladı, dinlər və mədəniyyətlər
arasındakı bu münasibətləri daim
qoruyacağına and içdi. Ümummilli lider bildirdi ki, Azərbaycan çoxmillətli respublikadır.
"Bu, respublikanın
səciyyəvi cəhətidir.
Bunun böyük tarixi var və
bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi
ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar
dini və milli mənsubiyyətindən
asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da
bütün vətəndaşların
bərabər hüquqla
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında
iştirak etməsi üçün imkanlar yaradılacaqdır". Bu imkan da yaradıldı. Bu bölgədə yaşayan
insanlar arasında sülh və əmin-amanlıq şəraiti
yaradıldı. Dözümlük,
başqa dinin nümayəndələri ilə
dinc yanaşı yaşamaq milli mentalitetin əsas xüsusiyyətlərindən birinə
çevrildi. Ölkəmizdə
tarixən islam dini ilə yanaşı
xristianlıq, yəhudilik dininə məxsus insanlar qarşılıqlı
anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində
yaşamağa başladı.
Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada
din və etiqad azadlığı tam təmin edildı, milli-mənəvi
dəyərlərə münasibət
kökündən dəyişmiş,
dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün
dinlərə mənsub
olan insanlara bərabər şərait
yaradıldı.
Ölkə vətəndaşları
öz dini və milli bayramlarını
sərbəst şəkildə
qeyd etdi
Ümummilli lider milli-dini
dəyərlərimizin qorunmasında,
İslama ehtiram göstərilməsində, xalqımızın
dini əqidəsinin daha da möhkəmləndirilməsində
öz əməli fəaliyyətilə böyük
rol oynadı. Bunun sayəsində müstəqilliyimizin ilk dövrlərindən xalqımız
öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdi, insanlar əvvəlki kimi çəkinə-çəkinə, qorxa-qorxa deyil, ürəklə, gözəl
ovqatla məscidlərə,
kilsələrə, sinaqoqlara
üz tutub ibadət edə bildilər. Respublikanın
rayon, şəhər
və kəndlərində
məscidlər tikildi,
minarələrdən azan
səsi eşidildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə
görə, illər boyu yolu-izi itmiş,
baxımsızlıqdan uçub
dağılmış müqəddəs
ocaqlar, pirlər və ziyarətgahlar yenidən canlandı. Onun sözlərinə görə, Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından
sonra milli-mənəvi
dəyərlərimizə münasibətdə
yeni mərhələ
başladı. Bu, milli-mənəvi dəyərlərə
qayıdışın geniş
vüsət alması
və xalqımızın
mənəvi mədəniyyətində
yeni dövrün başlanğıc nöqtəsi
idi. Gənclərin
milli ruhda tərbiyə olunmasına
xüsusi diqqət və qayğı ilə yanaşmağı
vacib sayan Ulu Öndər Azərbaycan Gənclərinin
I Forumundakı çıxışında
bu məqamı önə çəkərək
demişdir: “…Gənclərimiz
dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə
etməlidirlər. Biz heç
vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı
qüvvələr öz
şəxsi mənafelərini
güdərək, İslam
dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin
və mənəviyyatının
zədələnməsinə gətirib çıxartsınlar”.
Milli və dini bayramlar münasibəti ilə xalqa müraciət etməyi, ölkə vətəndaşlarına təbrik
ünvanlamağı unutmayan
böyük dövlət
xadimi bütün dini və milli
bayramlarda insanlar arasında olur, onlarla söhbətlər edirdi. Heydər Əliyevin böyüklüyü
həm də onda idi ki,
müxtəlif dinlərə
mənsub ölkə vətəndaşları arasında
ayrı-seçkilik qoymur,
bütün səmavi
dinlərin nümayəndələrinə
eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək
verirdi".
Tolerantlıq siyasəti ölkənin demokratik inkişafının
tərkib hissəsidir
Tarix üzrə elmlər
doktoru,professor Zəhmət
Şahverdiyev isə bildirib ki, multikulturalizm
və tolerantlıq siyasətini ölkənin
demokratik inkişafının
tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində
yaşayan milli azlıqların etnik-mədəni
və dini dəyərlərinin qorunmasını
demokratiyanın mühüm prinsipi olan insan hüquq
və azadlıqları
kontekstində görürdü.
"Ulu öndər
16 noyabr 1999-cu ildə
Azərbaycandakı dini
konfessiyaların başçıları
ilə görüşündə cəmiyyətdə
tolerantlıq və multikultural dəyərlərin
vəziyyətini şərh
edərək deyibdir: “Azərbaycan Prezidenti
olaraq mən məmnunam ki, ... ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif
millətlərdən, müxtəlif
dinlərdən olan, müxtəlif adətlərə,
müxtəlif mədəniyyətə
mənsub olan insanlar arasında dostluq münasibətlərini
təmin edir. Elə bunun özü tolerantlıqdır,
baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır,
özündə çox
mənaları birləşdirir.
İndi burada başqa sahələr haqqında danışmaq istəmirəm. Tolerantlıq
münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını
tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına
daxildir”. Onun sözlərinə görə,
Heydər Əliyev başqa dinlərə qarşı dözümlülük
və tolerantlıq münasibətini həmişə
öz əməli fəaliyyəti ilə sübut edib. "Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət
və ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb",-o deyib.
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin sədri
Mübariz Qurbanlı ümummilli liderin bu sahədə
fəaliyyətinə toxunarkən
qeyd edib ki, vərtəndaşların
böyük əksəriyyətini
müsəlmanlar təşkil
edən ölkəmizdə
digər dinlərə
də böyük qayğı göstərilir.
"1920-ci ildə
bağlanan Jen Mironosets baş kilsəsinin binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs
elan edib və ona baş
kafedral kilsə statusu verib. Kilsənin açılış
mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin
nümayəndələri və
dini icmaların başçıları iştirak
ediblər. Azərbaycanda dövlət-din münasibətlərinin
düzgün qurulmasında,
respublikada dini əmin-amanlığın və
sabitliyin yaranmasında
ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan
Moskva və Ümumrusiya patriarxı II
Aleksi Azərbaycanın
bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini şərh edərək
deyib: “Azərbaycan qədim dini ənənələrə və
mədəniyyətə malik
bir ölkədir. Bu gün Azərbaycan
dini əmin-amanlığa
və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində
qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti
nəticəsində yaranmış
dövlət-din münasibətlərinin
nadir modeli Azərbaycan Respublikasında
öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə
Azərbaycanda toplanmış
təcrübə diqqətlə
öyrənilməli və
təhlil olunmalıdır”.
1997-ci ildə
ölkəmizdə gürcü
yəhudilərinin sinaqoqu
bərpa edilib. Ümumiyyətlə, Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları
ilə əlaqələrini
möhkəmlətmiş, dini
məktəblərini, mədəniyyət
mərkəzlərini, cəmiyyətlərini,
qəzetlərini yaradıblar.
2003-cü il martın
9-da Bakıda yeni yəhudi sinaqoqu açılıbr. Bu, hazırda Avropada ən böyük sinaqoqdur".
Bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına
bəslənən sevginin
və min illər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətin
təzahürü idi.
Ölkəmizin bu günkü milli-mədəni
müxtəliflik və
etnik-dini dözümlülük
mühiti onu çoxmillətli, çoxkonfessiyalı
diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirilməsində
önəmli rol oynayır.
Üç
nöqtə.- 2017.- 5 may.- S.5