Dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik
bazası normalaşıb
Ölkə ərazisində yaşayan
çoxmillətli və
çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə
xüsusi diqqət yetirilib
Azərbaycanda etnik-mədəni müxtəlifliyin,
multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin
başlıca istiqamətlərindən
biridir. Bu gün dövlət-din münasibətləri zəngin
milli-tarixi ənənəyə
əsaslanır və
beynəlxalq hüquqi
normalarla tənzimlənir.
Bunlar həyata keçirilən din siyasətinin uğurlu təminatı kimi qəbul edilir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin,
nümunəvi dözümlülük
mühitinin vacib amili kimi dəyərləndirilir.
Bunun nəticəsidir
ki, bu gün
Azərbaucanda tolerant mühit hakimdir. "Tolerantlıq yalnız dinlə bağlı deyil. Tolerantlıq müxtəlif məsələləri
özündə ehtiva
edir. Eyni zamanda, tolerantlıq yalnız Azərbaycanın
timsalında dünyaya
nümayiş etdirilərkən,
İslam ölkəsi
olduğumuza görə
yox, bütövlükdə
Azərbaycan cəmiyyəti
tolerantlığından danışmalıyıq".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Həqiqətən də son illər sivilizasiyalararası
dialoq, multikultural dəyərlərin qorunması,
dini tolerantlığın
inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə
məkanına çevrilən
Azərbaycanda etnik-mədəni
müxtəlifliyin, multikultural,
tolerant mühitin qorunması və təşviqi dövlət
siyasətinin başlıca
istiqamətlərindən
biridir. Bu təcrübə həyata
keçirilən din siyasətinin uğurlu təminatı kimi qəbul edilir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin,
nümunəvi dözümlülük
mühitinin vacib amili kimi dəyərləndirilir.
Onun sözlərinə
görə, Azərbaycan
həm də İslam ölkələri
üçün multikultural
və tolerant bir ölkə nümunəsidir. "Həqiqətən də biz bugünkü dünyaya nəzər salsaq, dünyada çoxsaylı münaqişlər
var. İndi aparılan hesablamalara görə, bu münaqişələrdən ən
azı 15-i artıq qan tökülən, odlu münaqişələr
hesab olunur. Bu münaqişələrin
də bir çoxu məhz dini xarakterli məsələlərdən irəli
gəlir. Deməli, ortada bir sual
var. Nə etməli? Bunun cavabı budur ki, mütləq ölkələr, xalqlar tolerant mültikultural mühit yaratmalıdır.
Əks təqdirdə
daha böyük müharibələr qaçılmaz
olar. 20-ci əsrin – I.
II dünya müharibələri
və onların təhlili məhz bunu göstərir. Harda ki, bir-birinə
qarşı inamsızlıq
və inkar var, burda mütləq
toqquşma var. Azərbaycanda olan bu nümunəvi modeli biz dünyaya
hərtərəfli şəkildə
yaymaqdayıq. Bu istiqamətdə əlbəttə
qısa bir zaman kəsiyində çox məsələləri
sıralayaraq söyləmək
o qədər də asan məsələ deyil", -komitə sədri deyib. Onun sözlərinə görə, Azərbaycanın
tolerant mühiti həqiqətən nümunəvidir.
"Hətta Amerika Birləşmiş Ştatlarının
Azərbaycandakı keçmiş
səfiri xanım Enn Dersi müsahibələrinin
birində bildirmişdir
ki,"Azərbaycan dünyaya neft-qaz ixrac edən ölkə kimi tanınır. Lakin mən Azərbaycanda fəaliyyət göstərdiyim
dövrdə gördüyüm
mühiti nəzərə
alaraq deyə bilərəm ki, Azərbaycan tolerantlıq mühitini dünyaya ixrac edə bilər".
Komitə sədri
qeyd edib ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə
dövlət-din münasibətləri
zəngin milli tarixi ənənəyə
əsaslanır. Komitə sədri
dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin
artdığını, bəzi
qüvvələrin İslamı
siyasiləşdirərək daxildə qarışıqlıq
yaratmaqla onu gözdən salmağa çalışdığını terrorla əlaqələndirilmək
istəklərinin olduğunu
vurğulayıb. Dini maarifləndirmə
işinin vacibliyini vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, gənclərimizi
dini və mənəvi-əxlaqi dəyərlərimizə
yad olan radikal təriqətlərin
təsirindən qorumaq
məsuliyyəti bütün
cəmiyyətin üzərinə
düşür.
Mübariz Qurbanlı
vurğulayıb ki, Azərbaycanda dövlət
səviyyəsində böyük
bir siyasət həyata keçirilir.
"Heydər Əliyev
Fondunun xətti ilə burada çox böyük işlər görülür.
Belə ki, Azərbaycanda son illərdə Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və
iştirakı ilə
çoxlu sayda həm İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində, həm sivlizasiyalararası
dialoqla əlaqədar
beynəlxalq tədbirlər
keçirilib. Azərbaycan
bu tədbirlərə
ev sahibliyi edib. Eyni zamanda,
Azərbaycandan kənarda,
xaricdə Heydər Əliyev Fondunun birbaşa himayəsi altında Avropa və Asiya ölkələrində
çoxsaylı tədbirlər
keçirilib. Bu tədbirlərdə həm
Azərbaycan, həm də xarici mütəxəssislər iştirak
edib. Azərbaycanda olan tolerant mühitin
dünyaya çatdırılması
üçün çox
böyük tədbirlər
görülüb".
Komitə sədri
bildirib ki, Azərbaycanda olan dövlət-din münasibətləri
bütün dünyaya
nümunədir Onun sözlərinə görə,
dövlət-din münasibətləri
Konstitusiya və “Dini etiqad azadlığı
haqqında” qanunu ilə tənzimlənir. Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, bu
gün adət-ənələrimizin
hamısı dindən
qaynaqlanmır. Onun sözlərinə görə,
adət-ənələrimizdə dindən gələn məsələlər müəyyən
rol oynayır. «Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında
iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən
qaynaqlanır? Problem İslam dinində deyil. Onun sözlərinə
görə, tolerantlıq
bizim milli-mənəvi
dəyərimizdir. Azərbaycan
xalqının genetik yaddaşına hopmuş bir dəyərdir. "Biz həmin dəyərləri gənclərin
gözü ilə görməyə çalışırıq.
Mənəvi irsimiz keçmişdən gələcəyə
ötürülür. Bu
ötürücülər də Azərbaycan gəncləridir”.
Sədr müavini qeyd
edib ki, Azərbaycan Respublikasında
dövlət-din münasibətlərini
tənzimləyən və
birbaşa vətəndaşların
vicdan azadlığı
ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən,
eləcə də mövcud qanunvericilikdə
dəyişikliklərin layihəsi
hazırlanarkən ölkə
ərazisində
yaşayan və fəaliyyət
göstərən çoxmillətli
və çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi
diqqət yetirilib.
"Əsas məqsəd
uzun dövrlər ərzində azərbaycanlılarla
birgə harmoniya və qardaşlıq şəraitində yaşayan
xalqların ən böyük nailiyyəti olan dini və
milli dözümlülük
ənənələrinin möhkəmləndirilməsi
və onu yad təsirlərdən qorumaq olub. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasına indiyədək
iki dəfə
(24.08.2002 və 18.03.2009-cu illərdə)
ümumxalq səsverməsi
(referendum) vasitəsilə əlavələr
və dəyişikliklər
edilib. İkinci referendumda dini etiqad azadlığının
normativ əsası olan üç maddəyə mühüm
əlavələr olunub.
Məsələn, 18-ci maddə
dövlət-din münasibətlərinin
əsasını və
hüquqi vəziyyətini
müəyyən edən
mühüm normadır.
Bu normada dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi
göstərilib. Bu müddəa
ilə dövlət dinlərə qarşı
Konstitusiya səviyyəsində
özünün ali niyyətini bəyan edir. İkinci hissədə insan ləyaqətini alçaldan
və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması
və təbliğinin
qadağan olması göstərilir. Yeni
dəyişikliklərdən biri dinlərlə yanaşı, belə fəaliyyətə xidmət
edən dini cərəyanların qadağan
olunmasıdır. Bu yenilik
yeni yaranmış qeyri-ənənəvi cərəyanların
ölkədəki dini
duruma zərərli təsirinin qarşısını
almağa və müxtəlif dinə mənsub olan insanların bərabər
səviyyədə hüquqlarının
təmin edilməsinə
yönəlmiş addım
hesab edilir. Bundan başqa, “Bərabərlik hüququ”
adlanan 25-ci maddəyə
iki yeni – IV və V bəndlər əlavə edilib. Həmin maddənin 3-cü hissəsinə
görə “dövlət,
irqindən, milliyyətindən,
dinindən, dilindən,
cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən,
qulluq mövqeyindən,
əqidəsindən, siyasi
partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə
təminat verir. İnsan və vətəndaş hüquqlarını
və azadlıqlarını
irqi, milli, dini, dil, cinsi,
mənşəyi, əqidə,
siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq
qadağandır”. Bu
bənddə nəzərdə
tutulmuş müddəalar
real həyatda öz əksini tapmışdır və bilavasitə milli və dini azadlıqların
hüquqlarının müdafiəsinə
yönəlmişdir. Buna
baxmayaraq, Konstitusiya səviyyəsində belə
təminatın gücləndirilməsi
məqsədilə yeni
bəndlər qəbul
edilib.
Üç
nöqtə.- 2017.- 16 may.- S.5