Azərbaycanda din-dövlət münasibətləri
ölkənin milli maraqlarına uyğun tənzimlənir
Dini və dünyəvi
dünyagörüşünün uzlaşdığı müasir
Azərbaycan cəmiyəti
formalaşıb
Azərbaycanda əsrlərdən bəri tolerantlıq hakimdir, müxtəlif etnik, dini mənsubiyyətə
malik olan toplumların mehriban birgəyaşayışı mövcuddur.
Əsas səbəblərindən
biri odur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı,
fərqli mədəniyyətlərin
bir arada yaşadığı və
inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu
bir məkandır. «Uzun əsrlər
boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi
dəyərlərinə bağlılığını
qoruyub saxlayıb, eyni zamanda, başqa
dinlərin və etnik qrupların nümayəndələri ilə
tolerant, mehriban birgəyaşayış mühitində
sahib olduğu yüksək mənəvi
keyfiyyətlərini
inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin
mövcud olduğu, dini və dünyəvi
dünyagörüşünün uzlaşdığı müasir
Azərbaycan cəmiyəti
formalaşıb. Bütövlükdə,
Azərbaycan dövlətinin
hüquqi əsasları,
müxtəlif sahələr
üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət
üçün ən
münasib seçim hesab olunan müsbət
dünyəvilik və
ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq
edən ölkələrdən
biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı
və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir». Bunu Milli Məclisin
deputatı Kamilə Əliyeva deyib.
Onun sözlərinə
görə, Azərbaycan
bu gün dünyaya istər tolerantlıq, istərsə
də iqtisadi inkişaf baxımından
yeni model bəxş edib. «Hazırda dünyanın
bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli
mədəniyyətlərin toqquşmasının nəticəsində
xoşagəlməz tendensiyalar
meydana çıxır.
İslamofobiya, irqçilik,
ksenofobiya kimi təhlükəli meyillərin
bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir,
nəticədə, insan
haqlarının pozulması
halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən
gələn multikulturalizm,
dözümlülük və
qarşılıqlı hörmət
mühitində sabitlik,
təhlükəsizlik, insan
haqlarının müdafiəsi
təmin edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması haqqında
Azərbaycan Prezidentinin
2014-cü il mayın
15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin
və təcrübəsinin
dünyada təbliği
istiqamətində atılan
mühüm addımdır.
Bütün bunlar digər ölkələr
üçün də
ola bilər".
Kamilə Əliyeva bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri
ölkənin milli maraqlarına uyğun tənzimlənir. Onun sözlərinə
görə, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin
mühafizə edildiyi
və vətəndaşlara
konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə
etməyə əlverişli
şəraitin yaradıldığı
ölkələr sırasında
yer almaqdadır.
Ümumiyyətlə. mədəni mübadilə
və qarşılıqlı
zənginləşmə, xalqların
sosial-mədəni inkişaf
təcrübəsini, dünya
mədəniyyətinin tarixi
qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə
istifadə etmə qloballaşma şəraitində
Azərbaycanın davamlı,
rəqabət qabiliyyətli
və təhlükəsiz
inkişafı üçün mühüm
nəzəri və praktik əhəmiyyət kəsb edir. Tolerantlıq, multikulturalizm mədəniyyətlərin
və sivilizasiyaların
dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini,
tarixini və nailiyyətlərini öyrənmədən,
onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə
hörmət, qarşılıqlı
anlaşma, mədəniyyətlərin
və sivilizasiyaların
dialoqonu qurmaq mümkün deyil. Azərbaycanda buna önəm verilir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm
əsaslarından biri
olaraq qalır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə,
islam dünyasının
yüksək iqtisadi sürətlə inkişaf
edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və
ənənələri ilə
sıx çulğalaşdığı
inkişaf mayakıdır.
Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni
olub və olacaq. Qədim Azərbaycan torpağında
yəhudilik və islam, atəşpərəstlik
və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə
misli görünməmiş
cəhdlər göstərir.
Ölkənin yəhudi
icmasına səmimi qardaşlıq münasibəti
Azərbaycan tolerantlığının
parlaq nümunəsidir.
Azərbaycanda heç
vaxt antisemitizmin olmayıb və müxtəlif millətlərin
nümayəndələri heç
vaxt özlərini əcnəbi hiss etməyiblər. "Azərbaycan
bir sıra dinlərin və xalqların nümayəndələrinin
vətəni olub və bu gün
də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və
xristianlıq yanaşı
mövcud olub. , “Cəmiyyət üçün
beynəlxalq layihələr”
qeyri-hökumət təşkilatının
rəhbəri Arye Qut deyib: “Bu
diyar bu gün də dini dözümlülüyə
hədsiz səy göstərməkdə davam
edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi
münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi
kimi hiss etməyiblər, Azərbaycanda
heç vaxt antisemitizm olmayıb”.
Onun sözlərinə
görə, Azərbaycandakı
yəhudi icması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Tarix göstərir ki, azərbaycanlılar heç vaxt yəhudilərə, yəhudilər
də azərbaycanlılara xəyanət
etməyiblər.
Azərbaycan rəhbərliyi
həmişə ölkənin
yəhudi icmasına dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibət göstərir.
Prezidentin himayəsi ilə
iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Əgər kimdəsə əhalisinin
əksəriyyəti müsəlman
olan Azərbaycan kimi ölkənin İsraillə yüksək
səviyyədə dialoq,
əməkdaşlıq və
tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur
Qırmızı Qəsəbəsinə
baxmaq kifayət edər. Qırmızı
Qəsəbə dünyada
yəhudilərin yığcam
yaşadığı yeganə
unikal yerdir, Qırmızı Qəsəbə
həqiqətən Azərbaycan
fəxridir.
Qırmızı Qəsəbə
Azərbaycanda dini konfessiyaların - müsəlmanlarla
yəhudilərin sıx
əməkdaşlığının və tərəfdaşlığının
nəticəsidir. Bu gün müxtəlif dinlərə məxsus insanların dinc yanaşı yaşaya və bir birinə
hörmət edə bilməsinin real və həqiqi nümunəsi var.
İsrail Dövləti
də Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan
Prezidentinin yəhudilərə
dünyada nümunəsi
olmayan səmimi və bənzərsiz münasibətini yüksək
qiymətləndirir. Azərbaycan
əslində islam dünyasının bir çox ölkələrinə
həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər.
“ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel isə öz növbəsində Azərbaycandakı
qonaqpərvərlikdən və
tolerantlıqdan məmnunluğunu
ifadə edib. O bildirib: “Hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudlərə qarşı
ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda
müsəlman ölkəsi
olan Azərbaycanda yəhudilərə göstərilən
xoş münasibət
təqdirəlayiqdir”. A.H.Frankel
azərbaycanlılarla yəhudilər
arasında dostluq münasibətlərinin bundan
sonra da inkişaf edəcəyinə
ümidvar olduğunu deyib: “Yəhudi icması ilə görüşdə bizə
dedilər ki, Azərbaycandan İsrailə
köçən bəzi
yəhudilər geri qayıdır. Bu o deməkdir ki, onlar burda
özlərini çox
rahat hiss edirlər.”
A.H.Frankel dünyada ikili standartlara məruz qalmış xalqın nümayəndələri kimi
Azərbaycanın hazırda
üzləşdiyi vəziyyəti
çox yaxşı anladığı bildirib. O, bu yanaşmada ikili mövqenin aradan qaldırılması məqsədilə
təşkilatla öl.
Üç
nöqtə.- 2017.- 18 may.- S.5