İslam sülh, anlaşma,
mədəniyyət, elm,
bilik dinidir
Azərbaycanda müsəlman kimliyi
və dünyəvilik
arasında heç bir ziddiyyət yoxdur
Azərbaycan həm müsəlman
ölkələri arasında
dialoqa, həm də İslam dünyasının Qərb
ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və
dinlərin nümayəndələrinin
dinc yanaşı yaşamasını təmin
edən müsbət multikulturalizm nümunəsi olduğu ölkədir. Bu barədə İtaliyanın
"Notizie Geopolitiche"
portalında yayımlanan
"Azərbaycan. İslam
Həmrəyliyi Oyunları.
Multikulturalizmin gücü"
məqaləsində bildirilir.
Məqalədə “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının siyasi
analitiki Fortunato Materazzonun fikirlərinə
istinadə bildirilir ki, əhalisinin böyük əksəriyyəti
müsəlman olan ölkəmizdə müxtəlif
etnik və dini azlıqlar dinc yanaşı yaşayırlar və dövlət onlara bərabər hüquqlar təmin edir. Paytaxt Bakıda
beş məscid, üç sinaqoq, bir katolik və
bir protestant kilsəsinin mövcudluğuna
diqqəti çəkən
müəllif Azərbaycanın
dini tolerantliq sahəsində də dünyaya nümunə olduğunu diqqətə çatdırır.
İndoneziyanın Bakıdakı səfirliyinin
birinci katibi Angela Soevono isə deyib ki, İslamiada sayəsində beynəlxalq
ictimaiyyət Azərbaycan
barədə daha çox biləcək. Bu yarışlar həmçinin, Azərbaycanın
iqtisadi və turizm potensialının inkişafına da müsbət təsir göstərəcək və
onun tolerant bir ölkə oldyğunu dünyaya döstərəcək.
Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə
Əbdülhəkim bin
Müsaid Al Səud qeyd edib ki,
Səudiyyə Ərəbistanı
Krallığı IV İslam
Həmrəyliyi Oyunlarında
200 nəfərdən ibarət
böyük nümayəndə
heyəti ilə təmsil olunur. IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə
təşkil etdiyini söyləyən Şahzadə
İslam həmrəyliyinə
böyük töhfə
verən bu addıma görə ölkəmizə minnətdarlığını
bildirib. O deyib ki, Oyunlarda əsas
məqsəd müsəlman
xalqları arasında
həmrəyliyin və
yaxınlığın əldə
edilməsidir. Ona görə də bu Oyunlar İslam
həmrəyliyini müxtəlif
sahələrdə olduğu
kimi, idman sahəsində də gücləndirəcək. Prezident İlham
Əliyevin İslam Oyunlarının keçirildiyi
bu ili Azərbaycanda
“İslam Həmrəyliyi
İli” elan etməsini dövlət başçısının bu
məsələyə göstərdiyi
diqqəti əks etdirdiyini deyən Əbdülhəkim bin Müsaid Al Səud bunun təqdirəlayiq təşəbbüs
olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin bu
təşəbbüsünün İslam ölkələrinin
birliyində mühüm
rol oynayacağını
bildirən Səudiyyə
Ərəbistanı Olimpiya
Komitəsinin vitse-prezidenti
bu Oyunların müsəlman ölkələri
arasında qardaşlıq
tellərinin gücləndirilməsinə
böyük töhfə
verəcəyini vurğulayıb.
Milli Məclisin deputatı
Fuad Muradov da İslam oyunları
ilə bağlı danışarkən bildirdi
ki, Azərbaycan müxtəlif millətlərə
və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə
Qərb, Qərblə
İslam dünyası
arasında bir körpüdür. Bu tarixən
belə olub, bu gün də
belədir. Ölkəmizdə
bütün tarixi dövrlərdə etnik və dini icmalar
arasında möhkəm
dözümlülük əlaqələri
formalaşmış, milli,
irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı
qeydə alınmayıb.
O bildirib ki, bu oyunlar Azərbaycanın
nüfuzunun göstəriçisisdir.
Deputat qeyd edib ki, Azərbaycana
gələn qonaqlar ölkəmizdəki
tolerantlığı görüb
onu yüksək qiymətləndirirlər. "Azərbaycanın
bu sahədəki nadir təcrübəsi xüsusilə son illərdə beynəlxalq müstəvidə
yüksək qiymətləndirilmiş
və tanınmışdır.
Millət vəkili bildirib ki, son
illər Azərbaycan yalnız İslam Oyunlarına deyil, bir çox mötəbər beynəlxalq
tədbirlərə ev
sahibliyi etməkdədir.
"Bu baxımdan, IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu da
öz miqyasına görə beynəlxalq müstəvidə böyük
nüfuza malikdir. Ümumiyyətlə, bu gün dünyanın müxtəlif yerlərində
siyasi, dini, etnik zəmində müharibələrin çoxalması
mədəniyyətlər və
sivilizasiyalararası
dialoqun təşviqi və inkişafı məsələsinin zəruriliyini
daha da aktuallaşdırır.
Belə bir şəraitdə mədəniyyətlər
və sivilizasiyalararası
dialoq məsələsinin
aktiv müzakirə predmetinə çevrilməsi
bir zərurətdir. Azərbaycanda keçirilən
beynəlxalq tədbirlər
bu baxımdan müstəsna əhəmiyyət
kəsb edir". Onun sözlərinə görə,
bu tədbirlər beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə,
istər etnik-mədəni,
istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə
öz töhfəsini
verəcək. Deputat qeyd
edib ki, ölkədə tolerantlığı,
dini dözümlülüyü
möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən
vicdan və dini etiqad azadlığı
ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.
Qeyd edək
ki, Azərbaycanın uğurlarına bəzən
kölgə salmaq istəyənlər də
olur. Məsələn,
“eurasianet.org” portalında çap
olunan məqalə bunu deməyə əsas verir. J.Kuçeranın məqaləsində
Azərbaycanda mövcud
olan dini vəziyyət, ölkəmizin
dünyəvilik ənənələri
və İslam Oyunları ilə əlaqədar məsələlər
təhrif olunub. Bundan başqa, müəllif guya ölkəmizdə məscidlərin
dağıdıldığını iddia edib. XİN-nin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyevin
"eurasianet.org"da yayımlana
cavab məqaləsində J.Küçeranın
məqaləsində ölkəmizdə
dini vəziyyətin düzgün əks olunmadığını qeyd
edib və müəllifin yanlış
olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə
zidd kontekstdə təqdim etmədiyi bildirilib: "Əsrlər
boyu Azərbaycanda müsəlmanlar, xristianlar
və yəhudilər
sülh şəraitində
və şərəflə
yanaşı yaşayıblar
və bu, Azərbaycan cəmiyyətinin
xarakterik xüsusiyyəti
və xalqımızın
həyat tərzidir".
H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid
olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının
2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd
edib. Müəllifin əsassız iddiasına
cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq,
dünyəviliyin Azərbaycanda
yalnız konstitusional norma deyil, həyat
tərzi olduğunu diqqətə çatdırıb.
O əlavə edib ki, Azərbaycanda
dünyəvilik dini dəyərlərə dərin
hörmətlə müşayiət
olunur və Azərbaycanda dünyəviliyi
başa düşmək
üçün XİX əsrin
sonu XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və
yazıçılarının əsərlərini oxumaq lazımdır. Radikalizm və ekstremizin bütün dünya, o cümlədən
İslam ölkələri
üçün ciddi
narahatlıq doğuran
məsələ olduğunu
yazan H.Hacıyev bu kimi ideologiyaların
Azərbaycandan da uzaq olmadığını
qeyd edib. O, bu qəbildən
olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq
müəllifin yanlış
şəkildə Azərbaycanın
radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması
kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub. XİN rəsmisi
Azərbaycanın uğurlu
milli təcrübəsindən
çıxış edərək
İslam Həmrəylik
Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə
son qoyulması və İslam ölkələri gəncləri
arasında idmanın kütləviləşdirilməsinə
töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı
effektiv vasitə olduğunu bildirərək
İslam Oyunlarının
təntənəli açılış
mərasiminin İslamın
sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu
nümayiş etdirdiyini
vurğulayıb.
Üç
nöqtə.- 2017.- 19 may.- S.5.