Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyib
Malkolm Honlayn: Azərbaycan
dünyanın tolerantlıq
mərkəzidir
Azərbaycan həqiqətən dünyanın
tolerantlıq mərkəzidir.
Biz bunu yalnız sözdə deyil, gündəlik həyatda da müşahidə edirik. Bu sözləri mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə
ilə görüşündə
Əsas Amerika Yəhudi Təşkilatlarının
Prezidentləri Konfransının
icraçı sədr
müavini Malkolm Honlayn deyib. Rəhbərlik etdiyi nümayəndə heyəti
ilə Azərbaycana səfərinin məqsədinə
toxunan qonaq Amerika yəhudi icmasının Azərbaycanda
yəhudi məktəbinin
inşasına investisiya
qoymağı planlaşdırdığını
diqqətə çatdırıb.
“Bu diyar bu gün də
dini dözümlülüyə
hədsiz səy göstərməkdə davam
edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi
münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi
kimi hiss etməyiblər, Azərbaycanda
heç vaxt antisemitizm olmayıb”.
Həqiqətən də bu gün
azərbaycanlı yəhudilər
dinindən və etnik mənsubiyyətindən
asılı olmayaraq ölkənin sosial-iqtisadi
həyatında tam şəkildə iştirak
edir.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadə bildirib
ki, Azərbaycan tarixən çoxmədəniyyətli
ölkə olub. Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin
siyasi banisidir. Müxtəlif sivilizasiyalar arasında
tarixən oynadığı
mənəvi körpü
rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan bütün dünyaya göstərir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına
əsaslanan cəmiyyət
yaratmaq mümkündür
və bu məfkurə yaşamağa
qadirdir. Məhz bu
möhkəm mənəvi
bünövrə üzərində
təşəkkül tapmış
Azərbaycan uğurlu
ideyalarını dünyaya
yaymaq qüdrətinə
malik dövlətə
çevrilib. Əsası
Ümummilli Lider tərəfindən qoyulmuş
multikulturalizm siyasəti
müasir dövrdə
Prezident İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir. Dini və milli zəmində
ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin
tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir
dövrdə Azərbaycan
Prezidenti İlham Əliyev xalqımızın
ənənəvi milli,
tarixi irsinə söykənərək qlobal
miqyasda ümumbəşəri
ideyaların carçısı
kimi çıxış
edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan
QMİ sədri deyib ki, uzun illər
davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın
20 faizi işğal edilib, bir milyondan
artıq soydaşımız
qaçqın və məcburi köçkünə çevrilib.
Bakı və Azərbaycan arxiyeskopu Aleksandr, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri
Milix Yevdayev və digərləri bildiriblər ki, Azərbaycandakı tolerantlıq
və multikulturalizm modeli indiki gərgin
dünyada digər ölkələr üçün
nümunədir. Azərbaycan
tarixi prosesin bütün mərhələlərində
multikultural dəyərlərin
yaşandığı bir
coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası
dialoq, çoxəsrlik
ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət
və etimada əsaslanan əməkdaşlıq
münasibətləri hökm
sürür.O, Azərbaycanda
dövlət-din, konfessiyalararası
münasibətlərin yüksək
səviyyədə inkişaf
etdiyini bildirib. Onun sözlərinə görə, ölkədə
mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi
tarixi ənənələrdən
bəhrələnən uğurlu
siyasətin məntiqi
nəticəsidir. Bu onu göstərir ki. Azərbaycan tarixən tolerant münasibət sərgiləyən
bir ölkə olub. Azərbaycanın özünəməxsus dini
və milli ənənələri var,
lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə
yanaşılır. Bu
gün Azərbaycanın
dövlət strukturlarında,
hətta rəhbər
orqanlarda, parlamentdə
kifayət qədər
başqa millətlərə
və dinlərə aid olan şəxslər
çalışır.
Azərbaycanda yəhudilərə tolerant
münasibətin olduğunu
müxtəlif vaxtlarda
tanınımış yəhudilər
də deyib. Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov hesab
edir ki, doğrudan da tolerantlığın bir Azərbaycan modeli var: “Bu, tamamilə
doğru deyilən bir fikirdir. Mən
yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşamından
deyə bilərəm
ki, Azərbaycan dövləti qədər
nə MDB məkanında,
nə də bütövlükdə dünya
miqyasında tolerantlıq
nümunəsi ola biləcək dövlət
yoxdur. Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri
ilə bütün millətlərə bir dözümlülük nümayiş
etdirilir. Bütün millətlərin nümayəndəsi
Azərbaycanda özünü
doğma hesab edə bilir. Bundan başqa, müsəlman
ölkələri içərisində
Azərbaycanın həm
tolerantlığı, həm
multikultural vəziyyətinin
normal olması, həm də burada başqa ölkələrin millətçilərinə
pis münasibətin olmaması yəhudilərin
ölkəmizə ciddi
önəm verməsinə
səbəb olur.
Azərbaycandakı yəhudilər
İsraillə əlaqələrimizə
böyük töhfələr
verirlər.
Azərbaycan tarixən tolerant münasibət sərgiləyən
bir ölkə olub.
Beynəlxalq münaqişələr üzrə
ekspert Arye Qut da Azərbaycanda
tolerant mühiti yüksək qiymətləndirir.
O müsahibələrinin birində
deyib: " Azərbaycan
Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli
və çoxkonfessiyalı
ölkədə yaşamağımızla,
bir çox xalqların və millətlərin nümayəndələrinin
Azərbaycanda sülh
və əmin-amanlıq
şəraitində yaşamaları
ilə qürur duyuruq. Biz əslən
Azərbaycandan olan yəhudilərlə fəxr
edirik. Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq,
Azərbaycan Cənubi
Qafqazın şəksiz
regional lideri, əsl sivilizasiyalararası
və konfessiyalararası
dialoq örnəyidir.
Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm
əsaslarıdır. Bu
baxımdan Azərbaycan
İslam dünyasının
inkişaf mayakı, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi
və ənənələri
ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni
olub və indi də belədir.
Azərbaycan, sözün əsl
mənasında, sivilizasiyalararası
dialoqun bariz nümunəsidir. İnsanların
təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv
edildiyi bu zalım və qanlı-qadalı dünyamızda
biz İsraildə müasir, sivil və güclü, İslam dünyası ölkələrinin
çoxuna bir növ tərəqqi və inkişaf mayakı olan Azərbaycanın həqiqi
və keyfiyyətli nümunəsini müşahidə
edir və dəyərləndiririk. Burada
İsrail Baş nazirinin sözləri yadıma düşür : “İsrail bir yəhudi dövlətidir. Azərbaycan
müsəlman ölkəsidir
və əhalisinin əksəriyyəti müsəlmandır.
Burada hər iki ölkənin daha parlaq gələcəyini
təmin etmək üçün yəhudilərlə
müsəlmanların birgə
işləməsinin şahidi
oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı
hörmətin olmaması
fonunda çox parlaq bir nümunədir.
İsraildə Azərbaycandan
olan 70 min yəhudi, “insan körpüsü” yaşayır.
Bundan başqa, dünyaya göstərə
biləcəyimiz başqa
bir şey var. Dünya çoxlu dözümsüzlük,
çoxlu zülmət
görür. Burada isə
müsəlmanlar ilə
yəhudilərin arasında
əlaqələrin necə
ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı
göstərmiş olduğunuz
qarşılıqlı hörmət,
gözəl yanaşma
bu əlaqələri,
Azərbaycana olan
rəğbətimizi və
heyranlığımızı daha da gücləndirir.”
Bunlar göstərir
ki, tolerantlığın
Azərbaycanda çox
möhkəm təməl
sütunları, zəngin
ənənələri, dərin
tarixi və mədəni kökləri
var. Bu gün
Azərbaycan millətinin
xarakteri başqa millətlərə xoş
münasibət göstərməklə
zəngindir. Onlar görürlər ki, azərbaycanlılar başqa
xalqlara münasibətdə
həmişə humanizmlə
yanaşırlar. Bir sözlə Azərbaycanda
tarixən insanlar arasında dini inanc, milli maraqlar
baxımından nümunəvi
tolerantlıq mədəniyyəti
var. Bu, bizim islami inancımızdan
irəli gəlir, onun köklərindən qaynaqlanır. Bu dini dözümlülük
mühitini axıradək
qoruyub-saxlamalıyıq.
Üç
nöqtə.- 2017.- 20 may.- S.5