Nəriman Nərimanov 99 nəfər
məşhur azərbaycanlı
ziyalını necə
xilas etdi?
Qırmızı imperiyanın Azərbaycanı
işğal eləməsi
yüz minlarlə azarbaycanlı ailalərinə
də acı tale yaşatdı. Daşnak Stepan Şaumyanın millətimizi
Vladimr Leninə “vəhşi”, kommunist partiyasının qatı qüşməni kimi taqdim etdiyinə görə onun da azərbaycanlılara qarşı münasibəti
çox pis idi. Ümumiyyətlə elə lap cavanlığından türkdilli
xalqlara münasibəti
pis olan Lenin, qırmızı imperiya hakimiyyətə gələn kimi, onun qeyri azərbaycanlılardan
Azərbaycana rəhbər
təyin etməsinin nəticəsində təkcə
1920-22-ci illərdə minlərlə
azərbaycanlı oğulları,
tanınmış ziyalılar,
alimlər, zabitlər, generallar məhkəməsiz
güllələndi, həbsxanalara
salındı. Təkcə
onu vurğulayaq ki, X1 qızıl ordunun matrosu olmuş və Bakı şəhərinə
xüsusi şöbənin
rəisi təyin olunmuş keçmiş ağqavardiyaçı Semyon
Aleksandroviç Ponkratov
cəmi üç ay ərzində Levon Mirzoyanın, Anastas Mikoyanın, Sərkis Danilyanın, Serqo Oncanikidzenin və onlara havadar olan Mirzə Davud Hüseynovun, Əlheydər Qarayevin fitvası ilə 79 nəfər hərbiçimizi
həbs etdirib, 1920-ci il iyun ayının
6-da Nargin adasında güllələtdirib. Onların arasında
Gəncə şəhərinin
general-qubernatoru Xudadat
bəy Rəfibəyov,
general Əbdül Həmid bəy Qaytabaşı, podpolkovnik
İsmayıl bəy Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər Polis idarəsinin rəisi, general Quda Qudiyev,
milyonçu Musa Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məhəmməd
bəy Şulkeviç,
generallar Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və çoxlu Azərbaycan ziyalıları vardı. Əfsus ki, bizim tarixçilərimiz bu insanlar haqqında
çox az tədqidat işi aparıb və xalqımızın belə
övladları haqqında
bizim demək olar ki, məlumatımız da azdır. Və bu insanların güllələnməsinin əmrini
də məhz Serqo Orcanikidze və Anastas Mikoyanın verdiyini də çoxumuz bilmirik...
Nəriman Nərimanovun
1920-ci ilin iyul ayından doğma yurda gəlməsi və Azərbaycan Xalq Komissarı Sovetinin sədri seçilməsi ilə işlər bir qədər dəyişdi.
Azərbaycanlılara qarşı səlib yürüşü bir qədər səngidi. Çox müdrik insan və öz
xalqını dəlicəsinə
sevən Nəriman Nərimanov. Semyon Ponkratovun güllələnmək
üçün 99 məşhur
azərbaycanlı ziyalılarının,
generallarının, zabitlərinin
adları yazılmış
yeni protokollarını,
siyahısını Nərimanovun
yanına gətirdi. Həmin siyahıda Hacı Zeynalabdin Tağıyevin, Üzeyir Hacıbəyovun,
generallar Səməd bəy Mehmandarovun, Əliaga Şıxlinskinin,
Xosrov bəy Sultanovun, Mahmudbəyov qardaşlarının, alimlərin,
bir neçə milyonçunun və başqa məşhurların
da adı vardı. Ponkratov tam əmin idi
ki, Nərimanov bu siyahıya qol çəkəcək
və bu adamlar güllələnəcəklər.
Amma onun fikirləşdiyi kimi olmadı. Çünki bu insanların çoxunu yaxından tanıyan Nəriman Nərimanov siyahını
vərəqləyərək, Ponkratova belə dedi:
- Bu nə
siyahıdır?
- Bunlar fəhlə
və kəndlilərin
düşmənləridirlər. Tanış ola bilərsiniz. Hamısını
da həbs elmişik. Hər biri də dindirilib.
Onlardan izahat da alınıb. Sübut olunub ki, bunların hamısı Sovet ölkəsinin düşmənləridir
və hamısı da güllələnməlidirlər.
- Yoldaş xüsusi
şöbə rəisi.
Bir daha soruşuram. Bu 99 adamın günahı nədir?
- Axı mən
sizə dedim ki, onlar burjuydular.
Hacıbəyov öz
felyetonlarında biz rusları lağa qoyur. Deyir ki,
Leninin Nikolaydan heç bir fərqi yoxdur. İkisi da bir
bezin qırağıdır
və mən qəlbən rusun düşməniyəm. O, hətta
Azərbaycanın sadiq
bolşeviki Əliheydər
Qarayev yoldaşı da lağa qoyur.
Generallar Mehmandarov və Şıxlinski Müsavat vaxtı hərbi nazirliyə rəhbərlik edən vaxtı bizə, Rusiyaya qarşı silah qaldırıblar. Hacı Zeynalabdin Tağıyevin bolşeviklərə
qarşı pis münasibəti olub...
- Siz bilirsinizmi
folyeton janrı nədir, necə yazılır?
- Xeyr, bilmirəm.
- Felyeton ona
görə yazılır
ki, insanın qüsurunu üzünə
desin. Səhvi olan adamı düz yola qaytarsın.
Görünür yoldaş
Qarayevin də haradasa səhvi olub. Burada cinayət
tərkibli heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki, qaldı generallara, onlar hərbi nazir və müavin
vəzifəsinə ona
görə qoyulmuşdular
ki, Vətəni qorusunlar. Bu onların vəzifə və vətəndaşlıq
borcları idi. Onlar qaçaq-quldur deyillər. Hacı Zeynalabdin Tağıyev isə Azərbaycanda millət üçün
çox böyük işlər görüb. Gördüyün bu təhsil ocaqları, qəzetlər, teatr onun sayəsində yaranıb. Mənim kimi çoxlu azərbaycanlı övladlarının
təhsil almasında Hacının böyük
xidmətləri olub. Bu siyahıda olan insanların hamısı haqqında mən çoxlu müsbət fikirlər deyə bilərəm. Qoy siyahı qalsın burada. Tam araşdıraq və sonra söhbət
edərik. Gedə bilərsən.
Ponkratov arzusuna
çata bilmədiyinə
görə Nərimanovun
otağından kor-peşman
çıxır. Nərimanov
köməkçisi Nurməmməd
Şahsuvarovu yanına
çağırıb, ona
tapşırıq verir
və deyir:
- Bu namərd,
əqidə dostlarının
yanına çatmamış
mənim adımdan həbxana rəisinin adına bir əmr hazırla. Qoy 99 nəfərin hamısını azadlığa
buraxsın. Məni həbsxana rəisi ilə calaşdır. Habs onunanlardan generallar Səməd bəy Mehmandarovu və Əliağa Şıxlinskini mənim yanıma çağır.
Ponkratova da xəbər verin ki, hər iki
generalın dindirilmə
protokollarını götürüb
gətirsin. Ponkratovun özü haqqında da mənə ətraflı məlumat hazırlayın.
- Oldu yoldaş
Nərimanov.
Nurməmməd Şahsuvarov onun əmrini yerinə yetirmək üçün
otaqdan çıxır.
Nərimanov siyahını
kənara qoyur, Ponkratovun qısa vaxtda törətdiyi cinayətləri araşdırıb
ona taqdim edirlər. Onun Azərbaycan xalqına elədiyi çoxlu cinayətlər üzə
çıxır. Buna
görə də Semyon Ponkratov həbs olunur və onun törətdiyi
cinayətləri sübuta
yetirilərək, o, güllələnir.
Nərimanov bir şeyə çox heyfislənirdi ki, Azərbaycanda Sovet hökumətinin qurulduğu
cəmi üç ayda yüzlərlə Azərbaycan oğulları
məhkəməsiz güllələnmişdi.
Və fikirləşirdi
ki, əgər o Azərbaycana bir qədər də gec gəlsəydi, bu siyahının sayı 10 mini keçə bilərdi. Nərimanov bir şeyə də daha çox heyfislənirdi ki, 12 nəfər azərbaycanlı
generalının dadına
çala bilməyib.
O generallar ki, Nərimanov onların hamısını çox
yaxşı tanıyırdı.
Onlar ordu quruculuğunda böyük
işlər görə
bilərdilər.
Üç
nöqtə.- 2017.- 8 noyabr.- S.16.