İslam həmrəyliyi sülh əməkdaşlığa çağırışdır

 

Sentyabrın 29-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Xaçmaz Rayon İcra Hakimiyyətinin, "Azərbaycan" qəzetinin Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində "İslam Həmrəyliyi: sülh əməkdaşlığa çağırış" mövzusunda konfrans keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Milli Məclisin deputatı Eldəniz Səlimov, eləcə rayon ziyalıları, dini milli icmaların nümayəndələri, yerli respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Xaçmazda multikultural tolerant mühitin hər zaman yüksək səviyyədə olduğunu, burada müxtəlif azsaylı xalqların dinc şəraitdə yaşadıqlarını diqqətə çatdırıb.V.Səfərli qeyd edib ki, dünyada milli dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh barışa çağıran mütərəqqi təşəbbüsdür. V.Səfərli bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində yüksək səviyyədə təşkilini ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti sanballı töhfəsi kimi dəyərləndirib: "Bu yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi. Azərbaycan mediası ilk Avropa Oyunlarında "Formula-1" yarışlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yerli beynəlxalq ictimaiyyətə çatdırılmasında əsl vətənpərvərlik nümayiş etdirdi üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəldi".V.Səfərli qeyd edib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması respublikamızın multikulturalizm tolerantlıq sahəsində əldə etdiyi tarixi uğurların geniş təbliğini zəruri edir. İcraçı direktor bu məqsədlə Fondun təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Lənkəran şəhərində "İslam həmrəyliyinin təbliği təşviqində medianın rolu" mövzusunda ilk regional konfransın keçirildiyini xatırladıb.Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 əsas istiqamətdən biri "Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi"dir. İcraçı direktor bildirib ki, 2016-cı il 2017-ci ilin 9 ayında Fondun maliyyə yardımı ilə 3 qəzet bu istiqamət üzrə layihə icra edib, həmin qəzetlərdə 400 səhifəyədək yazı dərc olunub. Fondun 2016-cı il 2017-ci ilin birinci yarısında keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində həmin istiqamət üzrə 50-dək yazı təqdim edilib, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılıb.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, multikulturalizmin Azərbaycan modelinin tətbiqi qlobal təhdidlərə rasional səmərəli cavabdır. Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasəti kimi elan olunan multikulturalizmin təbliği bu istiqamətdə maarifləndirmə işlərinin aparılması xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. E.Səlimov ötən illərdə ölkəmizdə dini münasibətlərin tənzimlənməsi məqsədilə mükəmməl qanunvericilk bazasının formalaşdırıldığını da xüsusi qeyd edib.Tədbirdə çıxış edən Xaçmaz rayon Rus icmasının rəhbəri Navi Azər, Xudat şəhəri 3 saylı tam orta məktəbin direktoru Ofelya Sərkərova ölkəmizin İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrildiyini, milli dini tolerantlıq sahəsində ciddi uğurlara imza atdığını vurğulayıblar. Çıxışlarda birgə konfransın əhəmiyyətindən söz açılıb, Azərbaycandakı mövcud dövlət-din münasibətlərinin, eləcə məzhəblərarası əməkdaşlıq etimad mühitinin İslam ölkələri üçün uğurlu nümunə olduğu qeyd edilib.

 

Tədbiri yekunlaşdıran Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev belə konfransların təşkilinin təbliğati siyasi baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın bundan sonra da dünyada sülh həmrəylik təşəbbüskarlarından biri kimi çıxış edəcəyini vurğulayıb.

Üç nöqtə.- 2017.- 3oktyabr.- S.7