Həyatımda hər şey vardı, sevgim ...

 Necə tanıdım onu sizə, öz soyadı Həsənovadır, Ağasıbəyli doğulub boya-başa çatdığı kəndin adıdır.  Milli Dram Teatrının akrisasıdır.  Ömrünün 35 ili səhnədə keçib, indi səhnədədir. Yaxşısı budur özü danışsın, əvvəldən bu günə qədər:

Evin 6 ildən sonra dünyaya gəlmiş ilk, ərkəsöyün uşağı olmuşam. Adıma qurbanlar kəsilib. Gəncədə doğulmuşam, atam yol idarəsində mühəndis, anam doğum evində mamaça işləyirdi. Sonra atamın işi ilə əlaqədar Gəncənin kəndinə köçmüşük.  Orda birinci sinfə getmişəm. Uşaq vaxtı məni Çalıquşu çağırırdılar. Bütün günü ağaclarda gəzərdim, anamın acığı tuturdu ki, qız uşağı ağaclarda, barıların üstündə gəzməz. Xeyri olmurdu, yerlə işim yox idi, göylərdə gəzirdim. Narı çox sevirdim, ağacdan dərib elə ağacın altında narın işinə baxırdım. O qədər yeyirdim ürəyim qanıq olmurdu, suyunu çıxıb içinə duz töküb içirdim.  İndiyə qədər narı çox sevirəm.

Rəhmətlik Xuraman Hacıyeva Gəncə teatrında işləyirdi. Bizim kəndə - Ağasıbəyliyə tez-tez tamaşa verməyə gələrdilər. Bu kənddə o vaxtdan hamam, mədəniyyət evi olub, mədəni kənddir. Xuraman Hacıyevanın oynadığı tamaşalara, onun ifasına, gözəlliyinə heyran olub  aktrisa olmaq həvəsinə düşmüşəm. Anam istəyirdi ki, həkim olum, amma mən bir dəfə aktrisa olacam dedim oldum.

Adil İskəndərovun kursunda oxumuşam. Onun bir adəti vardı, ikinci kursdan sonra tələbələrinə həqiqəti deyirdi. Qada, səndən aktyor olacaq, yaxud deyirdi sən get qədər ki, gec deyil, özünə sənət tap. Kursumuzdan bir qıza demişdi

ki, sən aktrisa ola bilməyəcəksən, bu istedad səndə yoxdur. O, qız Sumqayıt teatrında əməkdar artist oldu, amma bir gün anladı ki, Adil İsgəndərov yanılmır, bu həqiqətən aktrisa ola bilmir çıxıb getdi.

77-ci ildən 89-cu ilə qədər təkər üstündə olmuşam. Sumqayıt teatrında işlədiyim o illər gəzmədiyim bölgəmiz, rayonumuz qalmayıb. Altı qız, iki oğlan idik, Rahim müəllim bizi  institutun tədris teatrında saxlamaq istəyirdi, amma o vaxt adı bir az qalmaqallara düşdüyündən bizə dedi ki, sizi Sumqayıta göndərirəm, sonra ordan geri alacam.Salman Dadaşov teatrın direktoru, Mərahim Fərzəlibəyov baş rejissor idi.

Sumqayıt teatrında işləyərkən iki çağırış Sumqayıt Şəhər Sovetinin deputatı olmuşam,  30-cu qurultayın nümayəndəsi seçilmişəm, komsomolun katibi, yerli həmkarlar ittifaqının sədri işləmişəm.

Həsənağa Turabovun dəvəti ilə Milli Dram Teatrına gəldim, amma bura gələndən irəli deyil, geri getdim. Bütün işlərim geri atıldı. Düzdür, gözəl tamaşalarımız oldu. 

Sumqayıtda həyatım da, sənətim yüksəkdə idi. Hər şey ürəyimcə idi. Bacım da vardı, sevgim (gözləri dolur, dəsmalını çıxardıb göz yaşlarını silib davam edir söhbətinə).  O qədər hər şey gözəl idi ki, heç ağlıma da gəlməzdi  düşünüm  ki,  mən niyə bu sənətə gəldim? Bunu indi düşünməyə vaxtım var, indi tez-tez bu sual qarşısında oluram, özüm özümə verirəm. O vaxt hərtərəfli dolanışığımız da vardı, sənətimizə hörmət qədərincə idi. Gedirdik rayonlara o qədər hörmət edirdilər ki, bizə. Mənim ayrıca hörmətim vardı, çünki həm deputat idim.  Tamaşalarda isə əsasən baş rollar oynayırdım.

Hər şey vardı həyatımda. İki bacı, bir qardaş idik, hamımız sağ-salamat.  Düzdü, mən səkkizinci sinifdə oxuyanda atam rəhmətə getmişdi, bacı-qardaş bir-birimizə dayaq olduğumuz üçün o qədər ağrı yaşamadıq.  Bacımı itirməyimlə həyatımda da hər şey alt-üst oldu. Bacım  iqtisadçı idi. 93-cü ildə Gəncəyə novruz bayramını keçirməyə getmişdik. Martın 22-i bayramdan sonra Sumqayıta qayıtmaq üçün yola çıxdıq, maşınımıza atəş açdılar bacıma dəydi. Atəş açan Bələdiyyə Polisindən idi. Biz tanıdıq, bildik kimdir, amma şikayətçi olmadıq. Gəncədə vəziyyət pis idi. Dedi ki, guya xəbərdarlıq edib saxlamamışıq, amma bizə heç bir xəbərdarlıq edilmədən birbaşa atəş açılmışdı. Zamanın, dövrün qurbanı idi o, cavan oğlan da, ona görə şikayətçi olmadıq.   Guya təkərə atəş açmışdı, amma bacıma başından dəymişdi. İki övladı-bir oğlan, bir qız qaldı mənim himayəmdə. Bacımla birgə sevgim getdi, ömrümü  o iki uşağı böyüdüb tərbiyə etməyə həsr etdim. Bacımla onu da dəfn etdim ki,  ərə gedib bacımın övladlarını ortalıqda qoya bilmərəm. Ailə qurmadım, amma uşaqlı ana oldum. Elə bildim artıq qanadlarım qırılıb, uça bilmərəm.  İndi artıq  nəvəm var.

Milli Dram Teatrında indi ancaq dublyoram.  Bir ya iki əsərdə rol verirlər, o da dublyor. Xanuma”da Səyidə ilə dublyoram. Arxivim üçün o tamaşadan heç bir şəklim yoxdur. Belə şeylərdən çox təsirlənirəm.

Kinolarda da rollarım olub. Televiziya tamaşalarında da gözəl rollarımız var.  O günQaynanaserialına çəkilmişəm. Cahangir MehdiyevMəxfi plan” filmini televiziyada çəkir orda da baş roldayam.

35 ildir sənətdəyəm, bir fəxri adım var, təqaüdüm. İki dəfə Mədəniyyət Turizm Nazirliyinə müraciət eləmişəm. Nazir özü məni qəbul elədi, dedi ki, niyə indiyə qədər mənə deməmisiniz? Gedin axşam sizə zəng edəcəklər. Axşam zəng eləyib dedilər ki, siyahıya salındı adınız, noolsun üstündən  qədər vaxt keçib ortada heç yoxdur. Belə haqsızlıqları görəndə çox təsirlənirəm.Mənim həyatım bölgələrdə, qastrollarda keçib. Döyüş bölgələrində tamaşalar oynamışam, nazir özü bunun şahididir. Hər fəxri adlar veriləndə qəlbimdən oxlanıram, səhər o oxu öz əllərimlə çıxardıb atıb ayağa qalxıram, sınmıram.  Adım İradədir, dözümlü qadınam.  Hamı elə bilər varlıyam, xoşbəxtəm, çünki sınmamışam.

İndi fikrim var ki, prezidentə müraciət yazıb, daha qədər susacam.  Dünən sənətə gələnlər xalq artistidir. Qaldırsın mənim fəaliyyətimə baxsın. 35 ilin aktrisası niyə yada düşmür?!

Sənətə gəlməyimə peşman deyiləm, mən elə adamdan dərs almışam ki, bu sənəti çox sevdirib bizə, ona xəyanəti öyrətməyib. Elə bir məktəb keçən adam sənətindən narazı olmaz.  İndiki adamlar, sənətə elə adamların münasibəti adamı sındırır.

Əlimdə olsaydı insanın içindən ümid deyilən cihazı çıxardıb atardım ki, boşuna ümid etməklə həyatınızı başa vurmayın, ümiddən əl götürüb işə keçmək lazımdır.

 Bu sənətin sidqi ürəkdən sahibi olan adamlar tamam başqa bir dünyanın adamlarıdır.Başqa qadınlar həyatın ləzzətini qızılda, brilliantda görür, bilim daha nədə, biz  səhnədə oynadığımız tamaşalarda yaşayırıq. Sənət adamını sənətdən uzaqlaşdırmaq ona birbaşa ölüm hökmü verməkdir.

İki balamın ikisi başqa sənət sahibləridir, qız anası kimi iqtisadçı, oğlum polis işçisidir. Nəslimdən, kökümdən, yeddi arxa dönənimdən bir nəfəri İncəsənət Universitetinin qapısından keçməyə qoymaram.”

Qeyd: Çəkildiyi filmlər -  Kişi sözü (film, 1987) ,Unudulan adam (film, 1987), Yurd yeri (film, 1997), Qırmızı qar (film, 1998), gözəldir bu dünya... (film, 1999).

Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində o, Almaz, Səriyyə (C.Cabbarlı "Almaz", "Vəfalı Səriyyə"), Kama (Ə.Əylisli "Bağdada putyovka var"), Məryəm (S.S.Axundov "Tamahkar"), Balaxanım (Anar "Adamın adamı") s. obrazlar yaradıb. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışan İ.Həsənova müxtəlif səpgili obrazlarda - Amella (F.Lorka "Dişi canavar"), Zivər (C.Məmmədquluzadə "Anamın kitabı"), Qaraqoyunlu bibi, Luiza, (Ə.Əmirli "Ağqoyunlular qaraqoyunlular", "Mesenat"), Banuçiçək (B.Vahabzadə "Özümüzü kəsən qılınc"), İnci (C.Cabbarlı "Ədirnə fəthi"), Falçı (X.Qoca "Hərənin öz payı"), Paolina (N.Hikmət "Kəllə"), Kokola (O. İoseliani "Kaş araba aşmamayaydı") kimi obrazlar yaradıb. İ.Həsənova "Kişi sözü", "Ah məhəbbət, məhəbbət" filmlərində "Unudulan adam", "Qu quşunun məhəbbəti" televiziya tamaşalarında da xarakterik obrazlar yaradıb.

Ramilə Qurbanlı

Üç nöqtə.- 2017.- 25 oktyabr.- S.12.