Dmitri Kiselyov: "İlham
Əliyev kimi bir liderləri olduğu üçün
azərbaycanlılar çox
xoşbəxtdirlər"
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident
seçkiləri ərəfəsində
"Rossiya seqodnya"
Beynəlxalq İnformasiya
Agentliyinin baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov
Sputnik Azərbaycan-a müsahibə
verib.
- Siz dəfələrlə
prezident İlham Əliyevlə görüşmüsünüz,
ondan müsahibə götürmüsünüz. Azərbaycan lideri
sizdə hansı təəssüratı oyadıb?
- Sözlərimin təbliğat
kimi qəbul olunmasını istəməzdim.
Mən, həqiqətən, İlham
Əliyevlə görüşmüşəm
və o, məndə öz ölkəsinin tarixini bilən və böyük perspektivi görə bilmə qabiliyyətinə
malik məsuliyyətli
dövlət lideri təəssüratını oyadıb.
Məndə belə bir təəssürat yarandı
ki, onda çinlilərə xas hansısa cəhətlər
var, çünki yalnız çinlilərdə
gələcəyə belə
bir sakit və inamlı baxış mövcuddur.2000-ci illərin
əvvəllərində Kiyevdə
qəbullardan birində
mənim Çin səfiri ilə söhbətim oldu. Söhbət
zamanı mən Çini sürətlə
inkişaf edən güclü dövlət adlandırdım. O, mənə
etiraz etdi: "Xeyr, güclü deyil. Biz əlli
ildən sonra güclü olacağıq".
Bu təlaşa qapılmama çinlilərə
sistemli addımlar atmağa imkan verir.Bu mənada İlham Əliyev çinlilərə bənzəyir.
O tələsmir. O, öz
ölkəsinə inanır,
infrastrukturla, uzunmüddətli
layihələrlə məşğul
olur - həm
"hardware", həm də
"software" sahəsində. O, azərbaycanlı xarakterini
yaradır. Azərbaycan
gənc dövlət olduğu üçün
bu tip formalaşdırıcı
təsirə ehtiyacı
var.Azərbaycan üçün
lider mütləqdir. Hesab edirəm ki, belə bir liderləri
olduğu üçün
azərbaycanlılar çox
xoşbəxtdirlər - o tələsmir,
lakin vaxtı da əldən vermir, bu isə çox
əhəmiyyətlidir. O, öz ölkəsini, öz gəmisini çox əmin bir kursla aparır,
çətinlik və
maneələrdən keçirir.
Heç də bütün gənc dövlətlər bu maneələri Azərbaycan
kimi ağrısız
keçə bilmir.İlham
Əliyevə can sağlığı
diləyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı öz liderinə qarşılıqla - sevgiyə
sevgi ilə cavab versin.
- Azərbaycan həqiqətən
son 25 ildə böyük
quruculuq yolu keçib. Buna əmin
olmaq üçün
Bakıya gəlmək
kifayətdir. Sizin
fikrinizcə, nəyin
hesabına Azərbaycan
belə möhtəşəm
nəticələr əldə
edə bilib? Burada yalnız karbohidratlar rol oynayıb?
- Birincisi, karbohidratları
da idarə etməyi bacarmaq lazımdır. İkincisi, indi karbohidratlardan istifadə üçün
yüksək texnologiyalar
lazımdır. Neftin çıxması
üçün sadəcə
yeri qazmaq kifayət deyil. Bundan əlavə, inkişafın
əsas amili kimi siyasi sabitlik
lazımdır. İlham Əliyev
isə bunu gözəl başa düşür. Bu, onun üçün xüsusi diqqət predmetidir.
Qarabağ münaqişəsi Azərbaycan,
həm də Ermənistan üçün
adi məsələ deyil. Hər bir ölkədə
məsələnin radikal
həllərini təklif
edən çoxlu sayda insanlar var. İlham Əliyevin ölkə prezidenti kimi problemin sürətli həllinə
dair hər cür ağılsız çağırışlara məhəl
qoymaması təqdirəlayiqdir.
Onsuz da münaqişənin sürətli
həlli mümkün
deyil.
Onun mövqeyində
dövlət xadiminin məntiqi, gücü və mənim fikrimcə, həm də yaxşı menecerlik qabiliyyəti mövcuddur. Müxtəlif dövlət liderliyi
tipləri var. Yalnız
təbliğçi olmaq
azdır, biz bunu Qorbaçovun misalından
bilirik. İnkişaf edən ölkənin
yalnız təbliğçiyə
ehtiyacı yoxdur.
Düzdür, İlham Əliyev
həm də təbliğçi olmağa
məcburdur. İdarəetmə qabiliyyətini nitq bacarığı, aydın
fikirlər, aydın göstərilmiş məqsədlə
uzlaşdırmaq lazımdır.
Aydın
məqsəd, effektiv idarəetmə və dünya quruluşunu, yəni bunun dünyada necə edildiyini bilmək - bu aspektlərin ahəngi Azərbaycanın
son 25 ildəki uğurunun
sirridir.
- Prezident Əliyev Rusiyanı yaxın ölkə, Azərbaycanın
əsas tərəfdaşlarından
biri adlandırıb. Sizin fikrinizcə, hazırkı regional və
qlobal çağırışlar
şəraitində Rusiya-Azərbaycan
münasibətləri necə
inkişaf edə bilər?
- İkitərəfli münasibətlər mövcuddur
və onlar etibara, iki prezidentin
verdikləri və əməl etdikləri sözə söykənir. Əliyev sözünə
əməl edir, bu, onu fərqləndirən
xüsusiyyətdir. Bu mənada, o, tam olaraq avropalı deyil. Bu yerdə, fevralda
istefa vermiş və 12 ildir Putinin bağ evində olduğunu deyən Hollandiyanın xarici işlər naziri yada düşür.
Rusiyaya səfəri ərəfəsində o, səfərdən
imtina edərək istefa verdi.
Yəqin
ki, o, Lavrovun özünə yönəlik
baxışını bəri
başdan əsəvvür
edib və başa düşüb ki, bu baxışlara
tab gətirməyəcək. Bəlkə də indi Avropada
belə qəbul edilib - öz vədinə xilaf çıxmaq və sözünün arxasında
durmamaq.
Bu mənada, Əliyev
Azərbaycanın tərəfdaşlarına
qarşı sərt və tələbkardır. Bizim münasibətlərimizdə
dəfələrlə təsdiq
olunmuş bu sözübütövlük çox
etibarlı əlaqədir
və bizim münasibətlərimizin rasional,
lazımi qədər
emosional və bölgənin bütün
dövlətlərinin rifahına
uyğun qurulacağının
zəmanətidir.
Lakin Azərbaycan
sadəcə Rusiya ilə ikitərəfli münasibətlərə malik
olmaqla kifayətlənə
bilməz. Bakı Rusiya-Azərbaycan-İran
üçbucağında, Xəzəryanı layihələrin
nizamlanması, müzakirəsi
və inkişafında
böyük rol oynayır. İlham Əliyev bu
məqsədi özü
üçün gözəl
formalaşdırır, düşünür
və qarşıya vəzifə qoyur. Bununla da bu üçlük bütövlükdə bölgə
üçün böyük
sabitləşdirici təsir
göstərir. Sürətli dəyişikliklər və
amerikalıların oyunu
şəraitində maraqlar
balansını qorumaq
asan olmasa da, Əliyev bu məsafələri, maneələr
zolağını itkisiz,
ideal surətdə qət
edir.
- Yəni Siz hesab edirsiniz ki, Rusiya-Azərbaycan-İran
üçbucağını artıq sabit siyasi konstruksiya adlandırmaq olar?
- Bu format
artıq illərdir ki, mövcuddur və biz həmişə
orada hər hansı problem olmadan ümumi dil tapırıq. Xəzərin zonaları və
yaxud təhlükəsizlik
məsələləri üzrə
hansısa suallar ortaya çıxanda ya qərar verilib,
ya da məsələ
təxirə salınıb.
Buna baxmayaraq, hesab edirəm ki, bu, artıq
sabit siyasi regional konstruksiyadır və o, sülhün qarantıdır.
- Cənubi Qafqaz
üçün regional təhlükəsizlik
əvvəlki kimi ən ağrılı problemlərdəndir. Bu məsələdə
Azərbaycan hansı rol oynayır? Bakını
bölgədə sabitlik
amili adlandırmaq olar?
- Ümumilikdə, hə. Azərbaycanın maliyyə, iqtisadi
və hərbi cəhətdən hazırda
malik olduğu güclə çoxlu problemlər yaratmaq olardı. Buna baxmayaraq, Azərbaycan özünü çox təmkinli aparır və uzunmüddətli oynayır. Əlbəttə, Azərbaycan və
Ermənistan qoşunlarının
təmas xəttindəki
münaqişələr heç
kimin ürəyincə
deyil, lakin heç olmasa, ən pis ssenaridən
qaçmaq mümkün
olur. Burada həlli axtarmaq
lazımdır və
o tapılmalıdır. Onu heç kim kənardan
tapmayacaq.
Yadımdadır, Suriya prezidenti Bəşər Əsəddən
müsahibə alanda ondan soruşdum ki, onun vəziyyətində
olan liderə nə məsləhət verərdi? Söhbət
ABŞ, Rusiya, İran, İsrail
və Çinin,
terror təşkilatlarının və digərlərinin maraq dairəsində olan və müharibə
odunda alovlanan ölkədən gedir. O dedi: "Mənim məsləhətim - həll
yolunu ölkənin daxilindən tapmaqdır. Yalnız ölkənin daxilindən
əmələ gəlmiş,
kimsə tərəfindən
təklif edilməmiş
həll variantı işləyir".
Qarabağ münaqişəsinin
həllinin mənbəyi
Ermənistan və Azərbaycan arasında razılaşmadır. Mənim
fikrimcə, bu razılaşmaya imza atacaq liderlər özlərinin çoxlu sayda vətəndaşlarının
həyatlarını qoruduqlarına
və münasibətlərdə
inkişaf etdirilə biləcək balansı tapdıqlarına görə
tarixdə sülh yaradan kimi qalacaqlar.
Bu məsələnin
müsbət nəticələri
mənfidən, ilk baxışda göründüyündən
dəfələrlə çox
olacağ.
Üç
nöqtə.- 2018.- 4 aprel.- S.7.