“Qarabağ
SSRİ-nin dağılması
üçün sınaq
meydanı idi”
Vladislav
Safonov:” Orada hökumətin buna tab gətirib-gətirməyəcəyi
təcrübədən keçirilib”.
“Report” xəbər
verir ki, bunu Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi
vəziyyət rayonunun
sabiq komendantı, general-mayor Vladislav Safonov 30 il əvvəlki
hadisələrə həsr
olunmuş tədbirdə
deyib.
V.Safonov DQMV-də
xüsusi vəziyyət
rayonunun ilk komendantı olub. O, bu vəzifəni 1988-ci ilin mayından 1990-cı ilin dekabrına qədər icra edib.
“Hər şey
təkcə SSRİ yox,
həm də İttifaq səviyyəsində
rəhbərliyin gücsüzlüyündən
baş verdi”, – V.Safonov bildirib.
O xatırladır ki, Dağlıq Qarabağdakı azərbaycanlı
əhali ermənilərlə
müqayisədə çox
pis yaşayıb, lap daxmalarda qalıblar.
“Dağlıq Qarabağın erməni mənşəli xalq deputatları mövcud qaydalar üzrə parçalanma üzərində
işləyirdilər. Mənə
şikayətlər, məktublar
gəlirdi, onların əsasında hesabatlar hazırlayır və kimin millətçilik və ekstremizm toxumları səpdiyini göstərirdim”, – o bildirib.
V.Safonovun sözlərinə
görə, narahatlıq
və təxribatlar Ermənistandan olan SSRİ
xalq deputatı Qalina Starovoytovanın xəbərdarlıq etmədən
Yerevandan Qarabağa gəlməsindən dərhal
sonra başlayıb: “Onun yanıma gətirilməsini əmr etdim. Məni xeyli acıladı, Pinoçetlə müqayisəmi
etdi. Bura xüsusi vəziyyət zonası idi. Lukyanov onun dərhal
oradan getməsini tələb etdi. Səhər tezdən onu Moskvaya yola
saldım”.
Tədbirdə çıxış edən
Azərbaycanın daxili
işlər nazirinin sabiq müavini, polis general-mayoru Kamil Məmmədov bildirib ki, bu
məsələni həll
etmədikcə Dağlıq
Qarabağ ağrısı
qalacaq. Onun sözlərinə görə,
Qarabağda həmin dövrdə yaranmış
vəziyyət onun üçün gözlənilməz
olub: “Biz birlikdə sülh şəraitində yaşayırdıq.
Ermənilər Bakıda
yaşayırdı. Burada
həmçinin gürcülər,
yəhudilər, ruslar
yaşayırdı. Biz
heç kimi milliyyətinə görə
bölmürdük”.
K.Məmmədov bunun qarşılığında
ermənilərin üzərlərində
“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasını
əks etdirən “xəritə” gəzdirdiyini
və dəfələrlə
“xəritələri” onların
əllərindən aldıqlarını
xatırladıb: “Ermənilərdə
təbliğat işi
yaxşı qurulub. Hətta danışıqdakı
leksikon baxımından
belə. Onlar Yerevanda Qərbi Ermənistan, Qarabağda isə Şərqi Ermənistan barədə danışırdılar”.
Samir
Üç nöqtə.- 2018.- 5
fevral.- S.3.