13 yaşlı azərbaycanlı pianoçu Almaniyada birinci oldu

 

-Almaniyanın Baden-Vüttemberq  şəhərində keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən 13 yaşlı Ayla Kəlbiyeva I yeri qazanıb..

Ayla Kəlbiyeva Ailem.az-a bildirir ki, müsabiqədə çıxışdan əvvəl o, müsabiqənin rəhbəri, Amerika Konservatoriyasının musiqi bölməsinin dekanı Tamara Padobnayanın bir neçə master-klassında iştirak edib: “Azərbaycandan yeganə iştirakçı mən idim 12-14 yaş arası iştirakçılar arasında birinci yeri qazandım. Azərbaycan adını deyəndə qürur fərəh hissi keçirdim. Növbəti master-klasslara, eləcə sentyabrda Bolqarıstanda  keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olundum”.13 yaşlı istedadlı musiqiçinin arzusu dünyanın istənilən nöqtəsində Azərbaycanın adını ucaltmaqdır. Onun arzularından biri növbəti beynəlxalq müsabiqədə Qran-pri mükafatını Azərbaycana gətirməkdir.

Ayla Kəlbiyeva 5 yaşından fortepianoda ifa edir Azərbaycan Konservatoriyası nəzdində Milli Gimnaziyada təhsil alır. Bununla yanaşı, artıq bir neçə müddətdir ki, xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində piano vokal dərsləri keçir. 6 yaşından etibarən Ayla Kəlbiyeva beynəlxalq müsabiqələrə tədbirlərə qatılır. Bu zamana kimi Malta, İspaniya, İtaliya, Fransa, Almaniya Amerika səhnələrində çıxış edib.Ayla Kəlbiyevanın istedadından söz açan Fidan Hacıyeva, onun gün ərzində 7 saat fortepiano arxasında ifa etdiyini bildirir: “Ayla çox zəhmətkeş, qeyri-adi istedada malik olan Azərbaycan övladıdır. Mən Aylaya uğurlar arzu edirəm. Bu sənəti sevir Azərbaycanın adını uca edir. Azərbaycan övladıdır istedadlı qızımızdır. Azərbaycan gəncliyinin klassik musiqiylə məşğul olması, bu sahənin inkişafı ilə dünyaya səs salmaları məni çox sevindirir. Ayla hər ifası ilə bu sənətə necə bağlı olduğunu nümayiş etdirir. Onun gələcəyi həqiqətən çox parlaqdır. Çox nadir olur ki, həm fortepianoda peşəkar ifa etməyi bacarasan, həm vokal ifa edəsən. Ayla bunların hər ikisini bacarır. Aylanın bu uğuru bütün Azərbaycan adına fəxrdir”.  Onu da bildirək ki, Amerika Konservatoriyasında ödənişsiz təhsil almaq üçün Aylaya təklif gəlib. O, bu təklifi dəyərləndirmək niyyətindədir.

Ruslan

Üç nöqtə.- 2018.- 5 aprel.- S.7.