Avstriyada “Uçan xalça”
sərgisi açılıb
Vyanada fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyət Mərkəzində
Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan
xalça” sərgisinin
açılışı olub. Sərginin təşkilatçıları
ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan
Mədəniyyət Mərkəzi
və Vyana Tətbiqi Sənət Universitetidir.Açılış mərasimində Vyanada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın
Avstriyadakı səfirliyinin
təmsilçiləri, Azərbaycan
Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rəhbərləri,
incəsənət xadimləri,
ekspertlər və sənətsevərlər iştirak
ediblərlər.Tədbiri giriş
sözü ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Leyla Qasımova iki ölkənin ali təhsil müəssisələri
arasındakı məhsuldar
əməkdaşlığı, tələbə mübadiləsini,
birgə layihə və sərgilərin təşkilini yüksək
qiymətləndirib. Rəhbərlik etdiyi qurumun Avstriyada təkcə Azərbaycan mədəniyyət
və incəsənətini
təbliğ etməklə
kifayətlənmədiyini vurğulayan
mərkəzin rəhbəri
hər iki ölkənin incəsənət
xadimləri, xüsusilə
də gənc sənətçilər və
tələbələr
arasında əməkdaşlıq
əlaqələrinin gücləndirilməsinin
diqqət mərkəzində
dayandığını bildirib.
Məhz bunları nəzərə
alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi
böyük məmnuniyyətlə
“Crossing” (“Kəsişmə
nöqtəsi”) kreativ
incəsənət layihəsini
dəstəkləyib.L.Qasımova qeyd edib ki,
rəhbərlik etdiyi mərkəz gələcəkdə
də Azərbaycan
və Avstriya arasında mədəni körpünü möhkəmləndirməyə
xidmət edən bu kimi layihələrdə
yaxından iştirak edəcək.
Layihə haqqında danışan
Azərbaycan Xalça
Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Şirin Məlikova bildirib ki, muzey
tərəfindən keçən
ilin oktyabr ayında Bakıda “Ənənələr və
innovasiyalar” mövzusunda
Azərbaycan xalçası
üzrə V Beynəlxalq Simpozium təşkil olunub. “Bu tədbir ölkəmizin mədəni
həyatında böyük
və əlamətdar
hadisə olaraq tarixə yazıldı. Simpozium Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 14
noyabr 2016-cı il tarixli Sərəncamına
əsasən keçirilib.
Mötəbər tədbirə
qatılmaq üçün
dünyanın qabaqcıl
xalça və tekstil üzrə ekspertləri, rəssamlar,
kolleksiyaçılar, jurnalistlər
və s. Azərbaycana
təşrif buyurublar.
Simpozium Azərbaycan xalça sənətinin ölkəmizin
Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmasından sonra keçirilən ən mühüm hadisələrdən
biri oldu. Beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Xalça Muzeyi “Ənənələr
və innovasiyalar” mövzusunda bir sıra layihələr hazırlamışdır. Onların
sırasında “Uçan
xalça” sərgisi xüsusi olaraq təqdirəlayiqdir”.Muzeyin
direktoru layihənin əhəmiyyətli dərəcədə
böyük marağa
səbəb olduğunu
da deyib. “Kəsişmə nöqtəsi”
adlandırdığımız bu layihədə ən əhəmiyyətli
cəhət tələbələrin
birgə işdən,
ənənələrlə tanışlıqdan əldə
etdikləri təcrübədir.
Onlar ornament sənətinin tarixi ilə yaxından tanış olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr aparır,
kəsişmə nöqtələri
axtarır və tamamilə gözlənilməz
qərarlara gəlirdilər.
Eksperiment inkişafın
əsasıdır və
məsuliyyət hissi ilə demək olar ki, biz
məqsədimizə nail
olduq. Bu eksperiment nəticəsi
olan “Uçan xalça” sərgisi
2018-ci ilin yanvar ayınadək Azərbaycan
Xalça Muzeyində
böyük uğurla
nümayiş edildi. Üç ay ərzində sərgi ilə ümumilikdə 20 mindən çox qonaq tanış olub”, – deyə Şirin Məlikova bildirib.Vyana Tətbiqi Sənət Universitetinin prorektoru, Tekstil kafedrasının rəhbəri,
doktor Barbara Putz-Pleçko qeyd edib ki, təmsil
etdiyi ali təhsil müəssisəsi
beynəlxalq tərəfdaşlarla
mədəniyyətlərarası əməkdaşlıq və
birgə layihələrin
həyata keçirilməsində
hər zaman maraqlıdır. O, mədəniyyətlərarası dialoqun incəsənətə
çevrilişini əks
etdirən və beş ay ərzində
tələbələrin birgə
fəaliyyəti nəticəsində
ərsəyə gələn
“Uçan xalça” sərgisinin Bakıda olduğu kimi, Vyanada da sənətsevərlər
tərəfindən böyük maraqla qarşılanacağına əminliyini
ifadə edib. Həmçinin qeyd edilib ki, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası ilə Vyana Tətbiqi Sənət Universiteti arasında incəsənət
layihələri bundan
sonra da davam etdiriləcəkdir.Sonra
hər bir layihə iştirakçısı
tədbir iştirakçılarına
öz əsəri barədə məlumat
verib, onları maraqlandıran sualları cavablandırıb.Qeyd edək
ki, sərgi mayın 10-dək Vyanada fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzində davam
edəcək.
Üç
nöqtə.- 2018.- 14 aprel.- S.12.