“Nar bağı” filmi beynəlxalq festivalda göstərilib
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı”
bədii filmi Vyanada “LET´S CEE” beynəlxalq
film festivalında nümayiş
olunub. Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri
tamaşaçılar və
kinematoqrafçılar tərəfindən
böyük maraq və rəğbətlə
qarşılanıb.Filmin ssenari
müəllifləri Asif
Rüstəmov, İlqar
Nəcəf, Roelof Jan
Minneboo, quruluşçu
rejissoru İlqar Nəcəf, quruluşçu
operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.Bu,
azərbaycanlı rejissorun
“LET´S CEE” festivalında nümayiş olunan ikinci filmidir. 2013-cü ildə festivala onun quruluş verdiyi “Buta” bədii filmi təqdim edilmişdi.Xatırladaq
ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin,
eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu „LET´S CEE“ beynəlxalq
film festivalı, eyni zamanda, film istehsalçıları,
rejissor və aktyorlar üçün təcrübə mübadiləsi
və yeni əməkdaşlıqların qurulması üçün
mühüm platformadır.
Yüzdən çox ekran
əsərinin yer aldığı festival öz
proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz qazana bilib. Təsis olunduğu
2013-cü ildən etibarən
bu festival hər il Azərbaycan
istehsalı olan bədii, sənədli və qısametrajlı filmləri öz proqramına daxil edir. 2015-ci ildə
rejissor Asif Rüstəmovun ekranlaşdırdığı
“Nabat” bədii filminin baş qəhrəmanı Nabat rolunun ifaçısı
Fatima Motamet-Arya festivalda
“Ən yaxşı baş rol ifaçısı”
nominasiyası üzrə
qalib elan olunmuşdu.
Üç nöqtə.- 2018.- 17 aprel.- S.12.