Ramiz Rövşənlə Yafəs Türksəsin oxşarlığı

Keçən ilin sonlarında Yafəs TürksəsKardioqram sətirlər”, “Baycanın Simfoniyası”, “Ögey Tale”, “Dördüncü Məkanın Simfoniyası”, “Ultra suallarCanlı yayım”dan sonra yeddinci şeir kitabını – “Əllərimin sualı”nı oxuculara təqdim etdi.

O qədər də böyük həcmli olmayan, altmışdan bir az çox şeirin toplandığı bu kitabda elə bir misra tapmaq çətindir ki, arxasında Həyat, onun çoxspektrli hissləri, duyğu-düşüncə mənzərələri və bu mənzərələrin təbii relyefi dayanmasın...

Bir sevgi uydurmuşam

 

Uşaq evcik quran kimi.

 

Köçəcəyəm o evciyə

 

ürəyini alan kimi...

 

...Hazırdır sevgi məktubum da,

 

Təkcə nöqtəsi qoyulmayıb

 

...oxuyub doymaq olar

 

Nöqtəyə var

 

Göz yaşıyla da qoymaq olar.

 

şair uydurduğu bu sevgi - evciyini Tanrının bəxşi sayır...

Qoy dünya gülməsin

 

Bu yaşdakı cocuğuna.

 

bilim, bəlkə Tanrım verib

Mənə bu əzabı

günahkarı olduğum

bir sevginin acığına.

Məsələ burasındadır ki, kitabdakı şeirlər ideya-ovqatca bir-birilə o qədər səsləşir ki, bütöv bir lirik poema təsiri bağışlayır.

bupoema”nın başlanğıcı var, sonu... Daha doğrusu, “süjetolduqca mütəhərrikdir. Hərçənd, kitabın müxtəlif yerlərində elə şeirlərə rast gəlinir ki, başlanğıc kimi qəbul edilə bilər... Məsələn, “Hələ bu dünyanın göyçək vaxtıdır”...

 Nizami Cəfərov

Şərq.- 2018.- 26 aprel.- S.12