Qarabağdakı abidələrimizin
memarlıq quruluşu
dəyişdirilir
Alban dövrü memarlıq abidələri
daha çox zərər görür
Antik
dövrlərdə və erkən orta əsrlərdə indiki
Azərbaycanın bütün bölgələri Qarabağda
daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin
tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri).
Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə
çox yüksək səviyyədə və böyük
sürətlə inkişaf edib.
Alban
dövlətində xristianlıq rəsmi din kimi qəbul
edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun
bu və ya digər dərəcədə xristian
ideologiyasının təsir dairəsində olub.
Alban
dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində
və eləcədə süjet xarakterli oymalarda daha çox
türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi,
hazırkı dövrdə bu abidələrin ermənilər
tərəfindən daha çox zərər görməsinə
səbəb olur. Birmənalı şəkildə ermənilər
Cənubi Qafqazda tarix və mədəniyyət abidələri
üzərində türk ornamentlərinin və
simvollarının olmasını qəbul etmirlər.
Çünki onlar alban dövrü abidələrinin üzərindəki
ornament və simvolları olduğu kimi qəbul etsələr,
onda bu abidələrin erməniləşdirilməsi
mümkün olmazdı.
Təsadüfi
deyildir ki, əsrlərlə dinc yanaşı yaşayan alban və
türk tayfalarının öz bədii
yaradıcılıqlarında da qarşılıqlı şəkildə
bir-birinin mədəni irsindən bəhrələnmələri
hələ o dövrdən Azərbaycanda multikulturalizmin
mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda
hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin
alban–türk memarlıq abidələri kimi də qeyd
olunması təsadüf sayılmamalıdır.
Çünki bu abidələr üzərində varislik
yalnız azərbaycanlılara məxsusdur.
Cənubi
Qafqazda Alban dövrü abidələrinə varisliyin
yalnız azərbaycanlılara məxsusluğu barədə,
rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi
Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi
işində heç bir məhdudiyyət və məcburiyyət
olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin
tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur,
Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan
çox azərbaycanlılar məşğul
olmalıdırlar. Onlar bu sahədə dünya elmi
qarşısında məsuliyyət daşıyırlar,
dünya elminə borcludurlar”.
Albaniyada
xristianlıq memarlığı üslubunda dairəvi məbədlər
deyilən xüsusi memarlıq da yayılmışdı və
bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox
tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi
Qafqazda yalnız albanlara məxsusdur. Çünki
xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin
daş və divarları üzərindəki elementlər
başqa millət və xalqların daş kitabələrində
rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin
ermənilərə məxsus olduğunu iddia etsələr də,
abidələrin memarlıq quruluşu forma və ornamentlərinin
düzülüşü ermənilərin yalan
danışdıqlarını üzə çıxarır.
Albaniyada
dairəvi məbədlərin tikilməsi erkən
xristianlıq dövrünə aiddir və tədqiqatçıların
fikrincə, bu məbədlər Günəşə ibadət
edən albanlar tərəfindən, yəni hələ
xristianlığın tam mənimsənilmədiyi və səma
cismlərinə ibadətlə
qarışdırıldığı dövrlərdə
tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində
atəşpərəstliyin təzahürləri, göy cismlərinə
ibadətin motivləri öz əksini tapır. Bu cəhət
erkən xristianlıq dövrü alban xaçlarında da
özünü göstərir.
Təqribən
min illik tarixi olan Alban dövlətinin mövcud olduğu
dövrlərdə Şimali Azərbaycanın bütün
bölgələrində o cümlədən Dağlıq
Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli
alban-xristian dininə aid məbədlər, bazilikalar və
sovmələr meydana gəlməyə başlayıb. Öz
dövrü üçün xarakterik olan bu cür memarlıq
üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq
xristianlığına məxsus memarlığın bütün
növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri
inkar edən ermənilər, xristianlıq amilindən istifadə
edərək bu tipli abidələrin divar yazılarını
və bəzi bədii ornamentlərini dəyişdirərək
bu abidələri erməniləşdirirlər.
Abidələrin
mənimsənilməsi zamanı ermənilər, bəzən
abidənin bütün divarlarını yenidən tikir,
genişləndirir və
hündürləşdirirlər ki bu da abidənin
mövcud vəziyyətdə təmir edilməsi «Silahlı
münaqişə zamanı mədəni sərvətlərin
qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının
tələblərinin kobud şəkildə pozulması deməkdir.
Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki
abidəni misal göstərmək olar.
Dağyurd
Xocalı rayonunun ərazi vahidinə aid kənddir. Kəndin
adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olmuşdur.
XIX əsrin sonlarında İrandan Qarabağa
köçürülən ermənilər kəndi
Saruşen adlanırmışdılar. Kəndin əhalisi XIX əsrin
90-cı illərində İrandan köçüb gəlmış
erməni ailələrindən ibarətdir. Dağyurd kəndi
Azərbaycanın qədim ərazilərindəndir. Oykonim
"dağda salınmış yurd" yeri mənasını
verir. Kənd 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin
işğalı altındadır.
Kənddə
yerləşən bu abidə XIX
əsrə aid olduğu güman edilir. Abidənin
ümumi görünüşündə və tikinti
quruluşu bu abidənin özünəməxsusluğunu
göstərir. Abidədən Sovet İmperiyası
dövrü ambar kimi istifadə edilib.
Lakin
bu abidənin görünüşü erməniləri qane
etmədiyindən onun formasını dəyişmək qərarına
gəldilər. Beləliklə onlar abidənin abidənin
ümumi görümüşünü dəyişdirdilər.
Təmirdən
sonra abidənin üst hissəsi hündürləşdirildi.
Çardağı dəmirlə bağlandı. Hələ
üstəlik binanıüzərinə zəng qülləsi
də əlavə edildi.
Dağturd
kəndində Qafqaz
Albaniyası dövrünə aid olan daha bir XII - XIII əsr abidəsi erməni
vandalizminin qurbanı olub.
Abidə
1991-ci ildə erməni terrorçuları tərəfindən
mişen kimi istifadə edilmiş, ağır artileriyadan abidəyə
bir neçə dəfə uzaq məsafədən atəş
açılmışdır. Ermənilər bu cinayətlərini
gizlətmək üçün abidəni yenidən inşa
etmək qərarına gıliblər. Beləki abidəni bərpa
etmək bəhanəsi ilə onu əzəli
görünüşündən məhrum etdilər.
Belə
ki təmir zamanı şəkildən göründüyü
kimi abidənin sol tərəfininə 2 metr divar əlavə
edildi. Bir o qədər də binanın ön tərəfi
artırıldı. Binanın tavanı 50 cm-dən çox
hündürləşdirildi.
Beləliklə,
abidə əzəli görkəmindən daha böyük
görünür.
Üç nöqtə.- 2018.- 16
avqust.- S.7.