"Heydər Əliyev Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı"

"Heydər Əliyev Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı"<b style="color:red"></b>

Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, din xadimləri digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan A.Paşazadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən, dinə diqqət qayğısından danışıb: "Heydər Əliyev Azərbaycana, dinimizə, milli dəyərlərimizə bağlı insan idi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət ənənələrə ehtiramla yanaşırdı". A.Paşazadə deyib ki, Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi: "Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti xalqın çağırışı, dəstəyi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin siyasətinin davamçısı İlham Əliyevdir".

Onun sözlərinə görə, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. A.Paşazadə vurğulayıb  ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Şeyxülislam əlavə edib ki, ulu öndər milli dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı: "Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Əlbəttə, dinimizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı müqəddəs islami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda islama heç birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə islam xalqımızın həyatında layiqli yerini tutdu, onun inkişafı üçün bütün imkanlar münbit şərait yaradıldı. Heydər Əliyev yüksək mədəniyyət mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarına malik dahi idi".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, ulu öndər Heydər Əliyevin qoyduğu irs, həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. M.Qurbanlı qeyd edib ki, Heydər Əliyev dinə, mənəvi dəyərlərimizə bağlı insan idi: "Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkədə iqtisadi çətinliklərə baxmayaraq, Bibi Heybət, Təzə Pir məscidlərinin təmir bərpasına diqqət qayğı göstərdi. Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib bunu başqalarına da tövsiyə edib. Ulu öndərin müəllifi olduğu Konstitusiyada da vicdan azadlığı, din azadlığı təsbit olundu".

Komitə sədri vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycan üçün əbədi yoldur bu yolu Azərbaycan xalqı, müstəqil dövlət yaşadacaq, Heydər Əliyevin xatirəsi daim Azərbaycan xalqının qəlbində olacaq: "Heydər Əliyevin qoyduğu yol bu gün əmin əllərdədir, Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir".

Tədbirdə çıxış edən akademik Teymur Bünyadov deyib ki, Heydər Əliyev Azərbaycan tarixi üçün əvəzedilməz bir şəxsiyyətdir: "Heydər Əliyev müstəqilliyimizin, dövlətçiliyimizin qurucusu, uzaqgörən, dahi bir şəxsiyyət idi Azərbaycanın gələcəyini təmin etdi. Heydər Əliyev olmasa idi, bu gün Azərbaycan adlı dövlət olmazdı. Bu gün Heydər Əliyevin işi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə iştirak edən digər iştirakçılar da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi dövlətçilin möhkəmlənməsi, gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.

 

Üç nöqtə.-2018.- 14 dekabr.- S.2