Aərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi
Amerika, soydaşlarıma verdiyin imkanlara görə
səni çox sevirəm...
Vaxt az olduğundan ehtiramımı göstərməkdən
ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan
başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz,
bu xanımın Azərbaycan musiqisinin təbliğində nə
boyda xidmətləri var…
Bir başqa aləmdir, Aida xanım. Duyğusal,
romantik. Bir o qədər də əzmkar, iradəli…
Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası Nemət
Hüseynov mikroelektronika üzrə ölkənin
aparıcı mütəxəssislərindən biri olub, Azərbaycan
Respublikası Dövlət Mükafatı laureatıdır.
Məşhur Azon zavodunun
yaradıcılarından biridir, ötən əsrin 70-80-ci illərində
həmin zavodun baş mühəndisi vəzifəsində
çalışıb. Anası Natella
Kazımova kimya elmləri doktoru olub, bütün
ömrünü Elmlər Akademiyasının Aşqarlar
Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib.Qardaşı
Emin Hüseynov isə texnika üzrə fəlsəfə
doktorudur. Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin dosenti, bir sıra kitabların və dərslikərin
müəllifi, çalışdığı təhsil
ocağının beynəlxalq əlaqələrinin inkişafında
əhəmiyyətli payı olan alim və müəllimdir…
Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini
qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib.
Konservatoriyada tarixi-nəzəriyyə və
fortepiano ixtisasları üzrə təhsil aldığı
zaman nüfuzlu Lenin təqaüdünə layiq
görülüb.
1992-ci ildə Sankt- Peterburq Dövlət
Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr
olunmuş namizədlik dissertasiyanı uğurla müdafiə
edərək sənətşünaslıq üzrə fəlsəfə
soktoru elmi ad alıb. Bir neçə il Bakı Musiqi
Akademiyasında müəllimlik edib...
2000-ci ildən elmi və tədris fəaliyyəti Amerika
Birləşmiş Ştatlarının İndiana
Universiteti ilə bağlıdır. Daha dəqiqi həmin
universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində
çalışır. Həmin məktəb
ABŞ-nın, eləcə də bütün dünyanın ən
nüfuzlu ali musiqi təhsil ocaqlarından
biridir. Beş kitab və 200-dən çox məqalələrin
müəllifidir…
Özünü
şanslı adam sayır. Söyləyir
ki, tale onu çox gözəl müəllimlərlə
rastlaşdırıb. 8 nömrəli
musiqi məktəbinin direktoru, mərhum Rəna Rəhimova onun
ilk musiqi müəllimi olub. Sonradan 16
nömrəli məktəbdə təhsil alıb, burada o,
Zemfira İsmayılzadənin sinfində oxuyub. Tezliklə
Azərbaycanın gənc pianoçular müsabiqəsinin
laureatı olub və Bülbül adına
orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib.
Dediyinə görə, həmin vaxtlar 16 nömrəli musiqi məktəbinin
direktoru vəzifəsində çalışan, Azərbaycan
musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz
Sadıxovun onun haəyatında əvəzsiz rolu olub…Nəsibinə
bir çox ali musiqi məktəblərində olmaq
düşüb, dünyanın ən nüfuzlu universitetlərində,
o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli,
Stanford, Kolumbiya universitetlərində, Böyük
Britaniyanın Kembric Universitetində mühazirələrlə
çıxış edib, müxtəlif konfransların
iştirakçısı olub...Deyir ki, elmi və pedaqoji fəaliyyətində
üç ali təhsil ocağının xüsusi rolu var və
bunlardan ilki Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasıdır. Bu tədris ocağında o, həm
musiqişünas, həm də pianoçu kimi püxtələşib
və uzun illər müəllimlik etdib…
Sankt
Peterburq Konservatoriyasının da onun həyatında az rolu olmayıb. 1992-ci ildə sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
orada yiyələniib…
Hazırda çalışdığı kafedranın
müdiri professor Konstans Qlen o vaxt ona elmi təcrübəsi ilə
əlaqəli fənnlərin yaradılması təklifi ilə
müraciət edib. Nəticədə “İpək Yolu xalqlarının
musiqisi” və “Musiqidə Şərq ilə Qərbin
Rastlaşması” fənnləri yaradılıb və 2000-ci
ildən bu günədək həmin kursları tədris etməklə
məşğuldur…
Deyir ki, çox maraqlı təcrübədir. Canlı ifaya
böyük önəm verir və İpək Yolu musiqi ənənələrini
təmsil edən musiqiçiləri tez-tez auditoriyaya dəvət
edir. Bəzən "Skype" və digər
internet vasitələrinin yardımı ilə də görkəmli
musiqiçi və alimlərlə əlaqə qurub, onları
tələbələri ilə görüşdürür.
Həmin fənnləri tədris edərkən
Azərbaycan musiqisinə böyük önəm verir və həm
ənənəvi musiqimiz, həm də bəstəkar
yaradıcılığımız, eləcə də milli
caz haqqında bilgilərini tələbələrinə
çatdırmağa çalışır. Ümumiyyətlə,
gənc amerikalıların musiqimizə göstərdikləri
maraq və bu sahədə biliklərinin artması iş
prosesinin ən sevindirici cəhətlərindən biridir…
Elmi
işinin əsas obyekti, Azərbaycan musiqisində baş verən
inqilabi dönüş, musiqi ənənələrimizin Qərb
musiqisinin formaları ilə sintezidir... 1997-ci və 2003-cü
illərdə görkəmli Azərbaycan bəstəkarı
Müslüm Maqomayev haqqında iki kitab yazıb, onlardan biri bəstəkarın
nəvəsi, böyük müğənni Müslüm
Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr
olunub. Azərbaycan piano məktəbinin inkişafı
haqqında da yazıları var. Müəllimi Elmira Nəzirovanın
ifaçılıq və pedaqoji fəaliyyətini
araşdırıb, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin
50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən
biridir...
Deyir ki,
2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin
Uşaq Ensiklopediyası layihəsi çərçivəsində
ərsəyə gələn kitabların musiqiyə həsr
olunmuş cildini yazmaq təklifini alıb və
yazdığı “Musiqi: Səmimiyyət Məbədi”
adlı musiqi ensiklopediyası Azərbaycanda latın
qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın
uşaqlara pulsuz paylanılıb. Layihə
böyük əks-səda doğurduğundan 2004-cı ildə
ensiklopediyanın təkrar nəşri işıq üzü
görüb. Həmin nəşrə Təhsil Nazirliyi tərəfindən
orta məktəb dərsliyi statusu verilib…
Elmi məqalələri Azərbaycanda, ABŞ-da,
Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada
işıq üzü görüb. Bunların arasında Alman Musiqi
Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində
qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kəmbric Xor
Ensiklopediyası üçün yazdığı məqalələri
xüsusilə qeyd edir. Bu yaxında ABŞ-da
işıq üzü görmüş “Orta Asiyanın
Musiqisi” adlı sanballı nəşrin tərtibçi
redaktorlardan biri olub.
ABŞ-ın
tanınmış musiqişünas alimi, professor
Ted Levin dərc olunacaq yeni kitabda ona Azərbaycan musiqisinə
dair bir fəsil yazmağı həvalə edib. Dəvəti
məmnuniyyətlə qəbul etdən Aidə xanım həmin
kitabda “İyirminci əsrdə Azərbaycan
muğamının yeni təzahür formaları” adlı fəsili
ərsəyə gətirib. Kitab dərslik kimi nəzərdə
tutulub və bu o deməkdir ki, Azərbaycan musiqisi haqqında
bilgilər ABŞ-ın ali musiqi məktəblərində
çalışan yüzlərlə tələbə və
müəllimlər tərəfindən öyrəniləcək….
“Azərbaycan musicisi: muğamdan
operaya doğru” kitabına gəldikdə isə o deyir:
-
Adını çəkdiyiniz kitabım müasir Azərbaycan
musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik
nəşriyyatında işıq üzü görən ilk nəşrdir.
Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim
on ildən çox vaxt apardı. Çox şadam ki,
kitabımın sayəsində Azərbaycan bəstəkarları,
ifaçıları və caz sənəti, ümumiyyətlə
Azərbaycan musiqisinin XX əsrdəki nailiyyətləri ilə
dünyanın hər bir yerində ingilis dilini bilən
oxuyucular tanış ola bilərlər…
ABŞ-nın müxtəlif şəhərlərində
keçirilən bir çox tədbirlərdə iştirak
edib. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya
musiqisi festivalının məsləhətçilər
şürasının üzvü olub, Azərbaycan musiqisinin
həmin nüfuzlu tədbirdə ləyaqətlə təmsil
olunması üçün əlindən gələni əsirgəməyib.
2006-cı ildə isə görkəmli bəstəkarımız
Firəngiz Əlizadə ilə bərabər Sietldə
keçirilən “Buzları yararaq” müasir musiqi
festivalında iştirak edib. Çağdaş
azərbaycan musiqisi haqda mühazirə oxuyub. 2017-ci ilin
may aynda çalışdığı İndiana Universitetində
“Musiqi, biznes və sülh” mövzusunda dünya şöhrətli
alimlərin iştirakı ilə keçirilən
böyük bir tədbirin təşkilat komitəsinin
üzvü olub və s..
2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi
ilə fəaliyyət göstərən İpək Yolu
Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan
musiqisinə aid olan layihələrində elmi məsləhətçi
kimi çalışır. Konsertlərdən
öncə mühazirələrlə çıxış
edir, konsertlər üçün hazırlanan proqram və
broşurlara materiallar tərtib edir,
tamaşaçıların suallarını
cavablandırır. Azərbaycan musiqisi, muğam
haqqında, bəstəkarlarımız,
ifaçılarımız barəsində məlumatlar
veririr...
Deyir ki,
bir iri miqyaslı, sözün əsl mənasında tarixi
layihə haqqında söhbət açmaq istəyir:
“Bu, iki
dünya şöhrətli musiqiçinin - Azərbaycanın
böyük muğam ustası Alim Qasımovun və
ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo
Manın iştirakı ilə həyata keçirilən “Leyli
və Məcnun” layihəsidir. Həmin layihədə
iştirakımı yaradıcı və elmi işimin ən dəyərli,
ən yaddaqalan sahələrindən biri hesab edirəm.
Hamımıza bəllidir ki, Üzeyir Hacıbəylinin 1908-ci
ildə Məhəmməd Füzulinin poeması əsasında
yazdığı “Leyli və Məcnun” operasın Azərbaycan
musiqisinin tarixində yeni səhifə açmiş, indiyədək
ölkəmizdə mütəmadi olaraq ifa olunan və sevilən
əsərdir. Amma Qərbdə bu opera haqda təsəvvür
olduqca məhdud idi. Bunun da obyektiv səbəbləri var:
operanın çox məxsusi estetikası var, bundan əlavə,
onun səhnələşdirilməsində muğam
ustaları iştirak etməlidir və bu səbəbdən
ölkə xaricində operanı tam şəkildə ifa etmək,
demək olar ki, qeyri mümkündür.
2006-cı ildə Alim Qasımov Yo-Yo Maya “Leyli və Məcnun”
operasının yeni, yığcam versiyasını yaratmaq təklifi
ilə müraciət etdi. Bu təklif Yo-Yo Ma tərəfindən
böyük maraqla qarşılandı və tezliklə
operanın yeni variantının məşqləri
başlandı. Həmin operada Alim
Qasımov Məcnunun partiyasını, qızı və tələbəsi
olan, artıq muğam sənətində öz
sözünü demiş Fərqanə Qasımova isə
Leylinin partiyasını ifa ediblər. Bizim istedadlı
xanəndələrimiz, ansamblın digər üzvləri, o
cümlədən kamançaçalan Rauf İslamov, tarzən
Zəki Vəliyev də İpək yolu ansamblının
musiqiçiləri və təbii ki, Yo-Yo Ma ilə birlikdə
oldular. Onlar “Leyli və Məcnun”u Amerikanın, Avropanın və
Asiyanın ən mötəbər səhnələrində
inanılmaz səviyydə təqdim etdilər…”.
Söyləyir ki, Nyu Yorkdakı Linkoln Mərkəzinin 50
illiyinə həsr olunmuş silsilə konsertlərin
sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin
Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleya Zalında, bu təşkilatın baş katibi
Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik
missiyalarının nümayəndələrinin önündə
ifa olundu.
“Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa
durub, musiqiçilərimizi salamlayır və 10-15 dəqiqə
ərzində onları səhnəni tərk etməyə
imkan vermirdilər...”.
Bostonda,
Vaşınqtonda, Ənn Arborda, Providensdə, Kanadanın
Toronto şəhərində, Qətərin Doha şəhrində,
Fransanın Villekroz şəhərindəki ifalar da
böyük əks-səda doğurub..
Bu günlərdə - noyabrın 13-dən
17-sinədək İngiltərədə səfərdə
olublar. "Leyli və Məcnun" operası orada da çox
uğurla nümaiş etdirilib…
ABŞ-da yaşamaq çəyin deyil ki,
sualıma:
-Təbii ki, vətəndən uzaq qalmaq, ailədən,
uşaqlıq dostlarından ayrılmaq heç də asan
deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin
birində dərs demək, ABŞ kimi nəhəng ölkədə
Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və
onların bəhrəsini görmək, dünya şöhrətli
musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə
iştirak etmək, bunlar hamısı qürur vericidir.
Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən
gələni edirəm…
Bəli, bir gözəl soydaşımız
haqqında da söhbəti yekunlaşdırdım...
Amerika, soydaşlarıma verdiyin imkanlara görə
səni çox sevirəm!..
Elman Eldaroğlu
Üç
nöqtə.- 2018.- 21 dekabr.- S.12