ABŞ-da
“Əli və Nino” filminın təqdimatı olub
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin
aparıcı təhsil
ocaqlarından biri olan Tafts Universitetində
“Əli və Nino” filminin təqdimatı keçirilib.
Tədbirdə universitetin müəllim və tələbələri,
Boston ətrafında yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak
edib. Mərasimdə çıxış edən Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə
toxunub, “Əli və Nino” kitabının
tarixi əhəmiyyətini
və bugünkü aktuallığını qeyd
edib, bu əsərin onda böyük təəssürat
yaratdığını deyib.Sonra
Azərbaycanın ABŞ-dakı
səfiri Elin Süleymanov çıxış
edərək 2018-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ilinin
tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını diqqətə
çatdırıb. Diplomat
AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu dövlətin dini, irqi, etnik və
cinsi mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşlarına
eyni hüquqlar verdiyini xatırladıb.
Səfir “Əli
və Nino” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə ərsəyə
gəldiyini bildirib. O, bu filmin yüksək keyfiyyəti ilə seçildiyini və aktyorların olduqca istedadlı olmasını söyləyib,
bu səhnə əsərin ərsəyə
gəlməsində və
onun kinematoqrafiyasında
Leyla Əliyevanın töhfələrini görməyin
mümkünlüyünü vurğulayıb.
Daha sonra filmin nümayişi olub. Film iştirakçılar tərəfindən böyük
maraqla qarşılanıb
və onlarda böyük təəssürat
yaradıb.Qeyd edək
ki, səfir Elin Süleymanov, həmçinin ABŞ-ın ən
məşhur təhsil
olacaqlarından biri olan Tafts Universitetinin
“Fletçer” Hüquq
və Diplomatiya Məktəbinin müəllim-tələbə
heyəti qarşısında
çıxış edib.
Diplomat Azərbaycanın həyata
keçirdiyi xarici siyasət, həmçinin
irimiqyaslı regional layihələr,
Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın
ərazisinin 20 faizini işğal etməsi və soydaşlarımıza
qarşı apardığı
etnik təmizləmə
siyasəti barədə
məlumat verib.
Üç nöqtə.- 2018.- 6 fevral.- S.12.