İncə ruhlu klassik

Mədəniyyətimizin təşəkkül inkişafında mühüm rol oynayan, Azərbaycan musiqisini öz bəstələri ilə zənginləşdirən, gözəl musiqi duyumuna malik klassik...Bəli, bu dahi şəxsiyyət, görkəmli bəstəkar, ictimai xadim Fikrət Əmirovdur.

Musiqi xalqın öz ürəyindən gələn səsidir, ahəngidir. Sənətkar öz həyatının mənasını yaratdığı böyük sənətin saflığında, yüksəkliyində xalqa xidmətində görməlidir. Belə yaradıcı əsl mənada sənətkardır. Bu fikirlər Fikrət bəyin "Musiqi aləmində" əsərindəndir.

Hər bir bəstəkarın özünə xas musiqi dili, üslubu, dəst-xətti vardır. Bəstəkarların əsərləri bu üslub xüsusiyyətləri nəticəsində bir-birindən fərqlənir.

Fikrət bəyin musiqi dili çox aydın sadədir. Bu səbəbdəndir ki, onun əsərlərini dinləyən hər bir şəxs əsərin mahiyyətinə vararaq onu tam şəkildə anlayır. Fikrət bəy hər zaman xalq melodiyasını öz əsərlərində olduğu kimi istifadə etməyə, öz yeni musiqi aləmini yaratmağa çalışmışdır. Onun əsərlərinin bu qədər anlaşıqlı, xalqın dilinə yaxın olması bu səbəbdən qaynaqlanır. Onun musiqisində muğamların, xalq mahnı rəqslərinin sirli aləmi öz əksini tapmışdır. Elə isə gəlin, bu sirlər aləmini açan, musiqini xalqın dili ilə anlatmağa çalışan incə ruhlu korifeyin həyat yaradıcılıq yoluna nəzər salaq.

Fikrət Məşhədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atasının tanınmış tarzən, bəstəkar olması Fikrət bəydə uşaqlıqdan xalq musiqisi ədəbiyyatına qarşı maraq oyatmışdı. Hələ uşaq yaşlarından tarda məharətlə ifa etməyə, xalq musiqi yaradıcılığını dərindən öyrənməyə başlamışdı. Məşhədi Cəmil bəy həmçinin Gəncədə ilk musiqi məktəbini yaradan görkəmli pedaqoq idi. Fikrət bəy ilk musiqi biliklərini məhz atası Məşhədi Cəmil bəydən almışdı. Professional musiqiçi olmaq üçün o, 1938-ci ildə tar ixtisası üzrə Gəncə musiqi texnikomunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikomunda təhsilini davam etdirir. 1939-cu ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyada Fikrət bəy Üzeyir bəy Boris Zeydmanın sinfində təhsil almışdır.

Fikrət Əmirov öz qələmini kiçik həcmli miniatür, mahnı, romans, süita, simfonik muğam, musiqili komediya, simfoniya, opera balet kimi janrlarda sınamış, dinləyicilərin rəğbətini qazanmışdır.

Fikrət bəy həmçinin, simfonik muğam janrının banisidir. O "Şur", "Kürd Ovşarı" "Gülüstan-Bayatı-şiraz" simfonik muğamlarının müəllifidir. Bu simfonik muğamlarda milli melizmlərin incəliyi duyulur. Onun simfonik muğamları nəinki Azərbaycanda, hətta xarici ölkələrdə həddən ziyadə şöhrət tapmışdır. "Şur" "Kürd Ovşarı" simfonik muğamları 1949-cu ildə dövlət mükafatına layiq görülmüşdür. "Şur" simfonik muğamı Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında böyük əks-səda tapmışdır.

"Sovet musiqisi" jurnalında "Sovet musiqisi Fransa Belçikada" məqaləsində "Şur" simfonik muğamının bu ölkələrdə böyük şöhrət tapması, yüksək qiymətləndirilməsi qeyd olunmuşdur. Fikrət Əmirovun simfonik muğamlarının populyarlığını ABŞ-da "Şur" simfonik muğamının qrammofon valının buraxılması bir daha təsdiq edir. Fikrət bəyin yaradıcılığında vətənpərvərlik mövzusu öz əksini tapmışdır. 1950-ci ildə yazdığı "Azərbaycan" simfonik süitası, 1961-ci ildə yazdığı "Azərbaycan" kapriççiosu vətən mövzulu əsərlərdir.

 

Qeyd etdik ki, Fikrət Əmirov simfoniya, balet opera janrlarına da müraciət etmişdir. 1946-cı ildə Azərbaycan şairi Nizami Gəncəviyə həsr etdiyi "Nizaminin xatirəsinə" simfoniyası, 1948-ci ildə Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirmək üçün yazdığı 1 pərdəli "Ulduz" operası, 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı Sevil operası nəhayət, 1979-cu ildə "Min bir gecə" nağılı əsasında yazdığı eyniadlı "Min bir gecə" baleti Azərbaycan musiqisinin dəyərli inciləridir. Bəstəkarın sonuncu əsəri isə 1984-cü ilin yanvarında yazdığı "Nizami" baletidir.

Fikrət Əmirovun xalq mahnılarının toplanması, nota salınmasında da çox böyük rolu vardır. O külli miqdarda Azərbaycan xalq mahnılarını nota salaraq tərtib etmişdir. Fikrət Əmirov bəstəkarlıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə məşğul olmuş, mətbuatda məqalələr ictimai işlərlə çıxış etmişdir. Fikrət Əmirov 1942-1943-cü illərdə Gəncə filarmoniyasının, 1947-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1856-cı ildə Azərbaycan Opera Balet Teatrının direktoru olmuş, 1855-ci ildə Əməkdar İncəsənət Xadimi, 1858-ci ildə isə Xalq Artisti fəxri adına layiq görülmüşdür. O, həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuş, "Qafqaz uğrunda", "Böyük vətən müharibəsində Almaniya üzərində qələbə" medalları ilə təltif olunmuşdur.

Fikrət Əmirov bir sıra dram tamaşalarına kinofilmlərə musiqi bəstələmişdir. Təkcə "Böyük dayaq", "Mən ki, gözəl deyildim" kimi filmlərə yazdığı musiqilər bəstəkarın Azərbaycan musiqisi tarixində silinməz iz qoymasına kifayət edir. Fikrət Əmirovun musiqisi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İllər keçsə onun əsərləri zamana meydan oxuyaraq daim öz təravətini, məlahətini saxlayacaq.

 

Nazlı Allahverdiyeva

Üç nöqtə.- 2018.- 8 fevral.- S.12.