Biz qarşıdan gələn
prezident seçkilərinə möhtəşəm nailiyyətlə
gedirik
YAP Siyasi Şurasının
üzvü, Milli Məclisin deputatı Aydın Hüseynovunn
müsahibəsi
- Aydın müəllim, fevralın 8-də Yeni
Azərbaycan Partiyasının VI Qurultayı keçirildi.
Qurultay barədə təəssüratlarınız necədir?
- Yeni Azərbaycan
Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatında
ən mühüm hadisələrdən biridir. Ümumiyyətlə,
partiyamızın hər bir tədbiri, xüsusilə
qurultayları cəmiyyəti, vətəndaşları
maraqlandıran, düşündürən, eyni zamanda digər
ictimai-siyasi təşkilatların diqqətində olan məsələdir.
Nə üçün? Çünki YAP iqtidar
partiyasıdır, cəmyyətdə ən aparıcı
qüvvədir, Ümummilli lider Heydər Əliyevin nurlu zəkasından yaranan partiyadır.
Və yarandığı gündən Heydər Əliyev
ideyalarına sadiq qalan partiyamız bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərərək
cəmiyyətin maraqlarını ifadə edir.
Partiyamızın əsas prinsipləri dövlətçilik,
qanunçuluqdur və bu kimi prinsiplərə söykənən
YAP və onun üzvləri ölkəmizin inkişafı
prosesində fəal şəkildə iştirak edir.
Yeni Azərbaycan Partiyası təkcə regionda
yox, dünyada ən mütərəqqi siyasi təşkilatlardan
biri kimi tanınır. Bilirsiniz
ki, partiyamız ötən illər ərzində bir sıra
beynəlxalq tədbirlərə yüksək səviyyədə
ev sahibliyi edib. Bunların sırasında İCAPP-ın bir
sıra tədbirlərini qeyd etmək olar. Hansı kimi bu təşkilat
özündə 350-dən çox siyasi partiyanı birləşdirir.
Bütün bunların fonunda partiyamızın qəbul etdiyi
qərarlar, xüsusilə onun qurultayları diqqətlə izlənilir.
Ümumiyyətlə, YAP-ın VI Qurultayı ilə
bağlı təəssüratlarım çox yüksəkdir.
Onu da deyim ki, qurultayın Ulu öndər Heydər Əliyevin
adını daşıyan Mərkəzdə keçirilməsi
də rəmzi məna daşıyır.
Qurultayımızın belə bir möhtəşəm mərkəzdə
keçirilməsi də yaddaqalan, partiyamızın tarixində
xüsusi bir yer tutan hadisədir.
- Qurultay aprelin 11-də keçiriləcək
prezident seçkilərində partiyamızın Sədri,
ölkə Prezidenti İlham Əliyevin namizədiliyinin irəli
sürülməsi haqqında qərar qəbul etdi. Hazırda
da bu qərar cəmiyyətimizdə ən geniş müzakirə
olunan və dəstəklənən hadisə olaraq gündəmin
əsas mövzusudur. Sizcə, partiyamızın
qurultayının qərarının belə yüksək səviyyədə
dəstəklənməsinin əsasında hansı amillər
dayanır?
- Yeni Azərbaycan Partiyasının VI
Qurultayının qərarı tarixi bir qərardır. Bu qərarı
partiyamızın yüzminlərlə üzvü
alqışlayır. Təsadüfi deyil ki, bu qərar
hazırda cəmiyyətimizdə ən geniş müzakirə
olunan məsələdir. Çünki YAP-ın VI
Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin
irəli sürülməsi bütün xalqımızın
arzu və istəyidir. Bu da təsadüfi
deyil. Çünki cənab İlham Əliyev dövlət
başçısı olaraq «Mən
hər bir azərbaycanlının Prezidenti olacağam» devizinə
sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində
Azərbaycan bütün sferalarda böyük inkişaf yolu
keçib.
Azərbaycanda partiyamızın Sədri,
ölkə Prezidenti İlham
Əliyevə rəqib ola biləcək siyasi qüvvə
yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına
sadiqdir və Ümummilli liderimizin müəyyən etdiyi
inkişaf strategiyasını uğurla davam və inkişaf
etdirir, Onun fəaliyyətinin başlıca amalı
dövlətə və xalqa xidmət etməkdir. Prezident
İlham Əliyev hər zaman vədinə əməl edən
liderdir. Dövlət başçısı ilə vətəndaşlar
arasında qarşılıqlı inam və etimad var.
Bütün bunların nəticəsidir ki, ölkəmizdə
sabitlik və vətəndaş həmrəyliyi hökm
sürür. Bu mənada, partiyamızın IV
Qurultayının qəbul etdiyi qərar Azərbaycan
xalqının ürəyincədir.
- Rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatı
seçki kampaniyası ilə əlaqədar nə kimi tədbirlər
həyata keçirir?
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün
seçkilərdə qalib gəlib. Bunun səbəbi odur ki,
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya və
onun seçkilərdəki namizədlərinin cəmiyyətdə
nüfuzu həmişə yüksək olub. Eyni zamanda,
partiyamız seçki qanunvericiliyinin tələblərinə,
demokratik prinsiplərə uyğun şəkildə seçki
kampaniyası aparır, eləcə də, hər zaman
müasir seçki texnologiyalarından səmərəli istifadə edir. Yəni,
partiyamızın gündəlik fəaliyyəti seçkilərlə bağlıdır. YAP təkcə seçki
kampaniyaları dövründə yox, həmişə
seçki məsələləri ilə məşğul olur. Partiyamız ötən seçkilərin nəticələrini
geniş şəkildə araşdırır, eləcə də
növbəti seçkilərlə bağlı perspektivləri,
proqnozları təhlil edir. Ən başlıcası YAP-ın
əsas məqsədi qurmaq, yaratmaq, ölkənin gələcək
inkişafı naminə bütün imkanları səfərbər
etməkdir.
YAP-ın Qaradağ rayon təşkilatı da
partiyanın fəal yerli strukturlarından biridir. Bizim əsas
vəzifəmiz partiya rəhbərliyinin, İcra katibliyinin
tövsiyə və tapşırıqlarını layiqincə
yerinə yetirməkdən ibarətdir. Bugünlərdə Azərbaycan
Respublikası Baş nazirinin müavini, YAP Sədrinin
müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə
partiyanın rayon və şəhər təşkilatları
sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə
prezident seçkiləri kampaniyası ilə əlaqədar
partiyanın yerli strukturlarına konkret tapşırıqlar
verildi, fəaliyyət proqramı təqdim olundu. Buna uyğun
olaraq Qaradağ rayon təşkilatı da iş planını
hazırlayıb, 19 nəfərdən ibarət seçki qərargahımız
formalaşdırılıb.
İş planına uyğun olaraq seçki tədbirlərimiz
mərhələli şəkildə
davam etdirilir. Hazırda seçki məntəqələrində
məşvərətçi səs hüquqlu üzvlərimizin,
müşahidəçilərimizin müəyyən olunması
işləri gedir. Ümumilikdə,
çalışırıq ki, iş planında nəzərdə
tutulan məsələləri vaxtlı-vaxtında yerinə
yetirək.
Bilirsiniz ki, cənab İlham Əliyev 1995-ci ildə
Qaradağ rayonundan millət vəkili seçilmişdi və
on ilə yaxın müddətdə parlamentdə rayonumuzu təmsil
edib. Bu, YAP Qaradağ rayon təşkilatı üçün
qürurvericidir. Cənab İlham Əliyev o zaman millət vəkilimiz
olaraq təşkilatımızın konfranslarında
iştirak edib, mütəmadi olaraq rayonumuza səfər edib,
insanlarla daim görüşlər keçirib. Yəni,
Qaradağ rayon ictimaiyyəti üçün bu, xüsusilə
yaddaqalan hadisələrdir. Daha sonra cənab İlham Əliyev
dövlət başçısı kimi dəfələrlə
rayonumuza səfər edib. Prezidentimizin hər bir səfəri
yeni-yeni obyektlərin, müəssisələrinin təməlinin
qoyulmasının və ya açılışının
edilməsi ilə müşaiyət olunub. Bütün
bunların hamısı rayon ictimaiyyətinin hörmətli
Prezidentimizə inamını, etimadını və sevgisini
daha da gücləndirib. Biz də YAP Qaradağ rayon təşkilatı
olaraq çalışırıq ki, öz fəaliyyətimizlə
partiyamızın Sədri, ölkə başçısı
İlham Əliyevin etimadını doğrultmağa
çalışırıq. Bu mənada təşkilatımız
seçki kampaniyasının uğurla həyata keçirilməsi
üçün öz üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışacaq.
- Aydın müəllim, son 15 ildə Azərbaycan
bütün sahələr üzrə inkişaf edib. Sizcə,
partiyamız prezident seçkilərinə hansı
uğurlarla gedir?
- Əlbəttə ki, 2003-cü
ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan hər bir sahədə böyük
uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan
istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq
sahələrdə böyük nailiyyətlər qazanıb.
Azərbaycanda aparılan davamlı və uzunmüddətli
iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi
inkişaf sürətinə görə dünyanın lider
dövlətləri sırasındadır.
Prezident İlham Əliyevin
ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın
artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin
paralel inkişafına yönəlib, Azərbaycanda insan
kapitalının inkişafına böyük investisiyalar
qoyulub. Ölkəmizin hər bir guşəsində
böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri,
idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr
istifadəyə verilib. Son illər dünyada təlatümlərin,
iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda
inkişaf tendensiyası davam edir. Ötən 15 ildə
iqtisadiyatımız 3.2 dəfə artıb, 1.9 milyon yeni
iş yeri açılıb. Bu dövrdə 3 mindən
çox məktəb, 600-dən artıq tibb müəssisəsi
tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat
sürməsi, ölkəmizdə güclü idmançı
nəslinin yetişməsi üçün 43 Olimpiya İdman
Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə,
mənzillərlə təmin edilib. Əlbəttə ki,
bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən
genişmiqyaslı işlərin bir hissəsidir.
Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi
ilə böyük, transmilli
iqtisadi, enerji və nəqliyyat layihələri
bütün dünya üçün böyük əhəmiyyət
kəsb etməklə, regionun inkişafına layiqli töfhələr
verir. Eləcə də, Bakı–Tbilisi-Qars dəmir
yolu, TAP, TANAP layihələri,
Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə
dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividentlər
gətirməklə yanaşı ölkəmizin beynəlxalq
müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə
artırır. Azərbaycan 2011-ci ildə 155
dövlətin dəstəyi ilə iki il müddətinə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib və bu dövrdə dünyada
sülh və təhlükəsizliyin təmin olunmasına,
insan haqlarının müdafiəsinə mühüm töfhələr
verib. Eləcə də, Azərbaycan kosmos dövlətləri
sırasında özünün layiqli yet turur.
Həmçinin, Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq
edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə
"Eurovision", birinci Avropa
Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1
yarışları kimi, bütün dünyanın diqqət mərkəzində
olan mühüm mədəniyyət və idman tədbirləri
keçirilib. Təbii ki, bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə görülən
işlər, Azərbaycan xalqının və dövlətinin
mənafeyinin ən yüksək səviyyədə
qorunmasına yönəlmiş qlobal fəaliyyət hər
bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir
və cənab Prezidentin yorulmaz fəaliyyəti
xalqımızın bütün təbəqələri tərəfindən
dəstəklənir. Eyni zamanda, respublikanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti
ilə dövlətimizin inkişafında xüsusi xidmətlər
göstərir.
Onu da qeyd etmək istəyirəm ki, ötən
15 ildə ölkəmiz müdafiə qabiliyyətini də
xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən
güclü ordular sırasındadır. Ordumuz işğal
altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi.
Bu mənada, düşünürəm ki, biz
qarşıdan gələn prezident seçkilərinə
möhtəşəm nailiyyətlə gedirik. Hesab edirəm
ki, bu nailiyyətlər partiyamızın namizədinin növbəti
parlaq qələbəsini şərtləndirən əsas
amildir.
Üç
nöqtə.- 2018.- 14 fevraral.- S.6.