Fəxriyə Xələfova: "Dəb
olmasaydı, həyat dayanardı"
Kulis.azın “Şəklinlə danış” layihəsinin
qonağı tanınmış
rəssam-modelyer, parfümer,
Əməkdar incəsənət
xadimi, Mədəniyyət
və İncəsənət
Universitetinin Dizayn və Dekorativ Tətbiqi Sənət kafedrasının dosenti,
"Fakhriya Khalafova"
moda evinin təsisçisi Fəxriyə
Xələfovadır.
- Fəxriyə xanım, əhvalınız
necədir?
- Ümumilikdə
2017-ci il mənimçün
çətin il oldu, anam Rəfiqə
xanim Əliyevanın yoxluğuna hələ də alışa bilmirəm. Onsuz zaman mənimçün çox çətin davam edir. Bütün
işlərimi ilk onunla paylaşırdım,
onun rəyindən çox şey asılı idi. Hər efir sonrası
mənə zəng edib fikirlərini bildirirdi. Bu baxımdan həyatımda
onun boşluğu görünür
və bu boşluğu heç nəylə doldurmaq olmur.
- Müsahibələrinizin
birində demisiz ki, Rəfiqə xanım adətən bizi - övladlarını
tərifləməzdi.
- İllərdir,
dayanmadan çalışıram,
bir çox nailiyyətlər əldə
etmişəm, buna baxmayaraq, Rəfiqə xanım daha da çox çalışmaq
lazım olduğunu deyərdi və bizdən yeni nailiyyətlər tələb
edərdi. Məktəb
illərimizdə də
belə idi, bir an belə
bizi kitabsız görsəydi, dərhal öz fikrini bildirərdi.
- İnsanı geyiminə görə qarşılayıb, ağlına
görə yola salarlar. Bu fikirlə
razısız?
- Bu
fikirlə razıyam, illərin sınağından
çıxmış bir
deyimdir. Geyim 21-ci əsrdə kommunikasiya vasitəsi kimi sosiologiya, psixologiya elmlərinin nəzəriyyəsi çərçivəsində
öz təsdiqini tapıb. Birinin necə geyinməsi onun nə qədər
dəblə ayaqlaşıb-ayaqlaşmağını,
zövqünün olub-olmamağını,
dünyagörüşünün və intellektinin hansı dərəcədə
olmasını açıq
büruzə verir. Bəlkə hamı hiss etmir bunu,
amma mən işin peşəkarı
olduğum üçün
hiss edirəm.
- Bu məsələdə
sizlə razı deyiləm, o qədər gözəl geyinən, müdhiş gözəlliyə
sahib olan insanlar var ki,
ağzını açıb
danışanda bütün
gözəlliyini yerlə
bir edir...
- Bu,
artıq məsələnin
digər tərəfidir.
Gözəllik industriyası
anlayışı var,
sizin dediyiniz həmin mövzuya aiddir, insan hər
hansısa bir an üçün obrazlaşdırılır, amma
mümkün deyil ki, insan uzun
müddət obrazda qalsın. Gec-tez onun daxili özünü
önə çıxarır.
Ona görə xanımlar çalışmalıdılar
ki, onların daxili ilə xarici bir-birini tamamlasın.
- Dəblə
ayaqlaşmaq, ya zövqlə geyinmək?
- Bunlar
tamam fərqli anlayışlardır. Dəblə
ayaqlaşmaq daha asandır, nəinki zövqlə geyinmək. Zövq hər fərdin geyimə öz şəxsi yanaşmasıdır. Burda
həm fantaziya, həm elementlər, həm də düzgün rəng seçimi var. Hər şey son nöqtəyə qədər düzgün hesablananda maraqlı bir obraz alınır.
O qədər xanımlar
tanıyıram ki, zövqlə geyinirlər,
amma son dərəcə sadə olurlar. Bir nümunə
də mənim anam Rəfiqə xanım idi. Bu, özünə əminliyin göstəricisidir.
Bunun əksi olaraq, özünə əmin olmayan xanımlar çox parlaq görsənməyə
can atırlar. Ümumiyyətlə, müasir
dəb ikinci dünya müharibəsindən
dərhal sonra, Kokko Şanelin təqdimatında yaranıb.
O, insanın cəmiyyətdə
yeni görüntüsünü
yaratdı. İkinci dünya müharibəsindən
sonra insanlar həkimlərin və siyasətçilərin yox,
Kokko Şanelin yaratdığı müasir
dəb sayəsində
depressiyadan çıxmağa
başladılar. Mən
düşünürəm ki, dəb mütəxəssisləri
olmasaydı, dəb də olmazdı, dəb olmasaydı, həyat dayanardı.
- Səhnə
ulduzlarımız dünya
səhnə ulduzları
ilə geyim rəqabətinə qadirdilərmi?
- Şou-biznesimizin
bir çox parlaq simaları ilə işləmişəm.
Onların dəblə
ayaqlaşmağa cəhd
etdiklərini görmüşəm,
ancaq bugünkü gənc nəsildə mən həmin həvəsi görmürəm.
Səhnəyə, efirə
gündəlik geyimdə
çıxırlar, buna
baxmayaraq, populyarlaşmaq
istəyirlər. Mən
isə məsləhət
görərdim ki, onlar səhnə imiclərinə daha çox fikir versinlər və dəblə ayaqlaşmaqın
vacibliyini dərk etsinlər.
- “Bu geyim
Sədərəkdə 20 manatadır”
- deyiminə münasibətinizi
bilmək istərdim.-
Mən Sədərək
ticarət mərkəzində,
bəzi şirkətlərin
uniforma geyimlərini seçmək üçün
tez-tez oluram. Oradakı geyimlər də yaxşıdır. Lakin əl işi
olan geyimlə kütləvi istehsal olunan geyimin arasında danılmaz fərq var. Bu baxımdan təbii ki, bir geyimi brendin
özündən almaqla,
hər hansısa bir satış mərkəzindən almaq arasında keyfiyyət fərqi çoxdur.
- Elə geyimləriniz
var ki, hər
hansı xatirələri
olduğu üçün
onlardan vaz keçə bilmirsiz?
- Bir neçə geyimim var, çox deyil. Ona görə ki, mən geyinmədiyim paltarları hədiyyə edirəm. Hətta planımda belə bir sayt yaratmaq var: “Hədiyyə edirəm”. Sözügedən sayt Rusiyada artıq uzun zamandır fəaliyyət göstərir və düşünürəm ki, çox gözəl təşəbbüsdür. İnsanlar özlərinə aid hər hansı bir şeyi satmaq yox, bir-birinə hədiyyə edirlər.
- Geyim zövqünüzün
yüksək olduğunu
deyirsiz, bəs ədəbi zövqünüz
var?
- Mən universitetdə oxuduğum zaman təhsilimi rus dilində aldığım üçün
rus klassiklərinin əsərlərini, dünya
ədəbiyyatı incilərini,
hətta yapon ədəbiyyatı nümunələrini
də oxumuşam. Mənim birinci ixtisasım biologiya fakültəsinin
“İnsan beyninin neyrofiziologiyası”dır. Ona görə də hal-hazırda bu sahədə elmi nəzəriyyələr oxuyuram.
- Yemək bişirə bilirsiniz?
- Məsələ
bundadır ki, illər boyu Rəfiqə xanımın
bişirdiyi təamlardan
zövq alırdım.
Ona görə də yemək bişirməyə
heç zaman cəhd etməmişdim.
Özüm çox az qidalanıram,
əslində bu heç az da deyil, normadır. Düzgün
qidalanmanın sağlam
həyat tərzinə
böyük təsiri
var. Sağlam yaşamağın
açarı ilk növbədə
insanın nə dərəcədə sağlam
qidalanmasındadır. Hər bir yeməyin
ölçüdən artıq
qəbul edilməsi, təbii ki, xoşagəlməz halların
yaranmasına səbəb
ola bilər.
- İnsanlarla ünsiyyətdə
elə də aktiv deyilsiniz deyəsən?
- Burda bir məsələ var, mən fərdi
ünsiyyətə deyil,
auditoriya qarşısında,
televiziya vasitəsi ilə çıxış
etməyə üstünlük
verirəm. Yəni böyük kütlə
qarşısında nitq
söyləmək mənimçün
daha asandır, nəinki bir insanla oturub söhbət etmək.
Lakin artıq bir saata yaxındır
ki, sizinlə söhbət edib müsahibə verirəm.-
Tədbirlərdə fikir
vermişəm, güzgüyə
çox baxırsınız,
kameranı görən
kimi özünüzə
müəyyən çəki-düzəm
verirsiniz.- Güzgüyə tez-tez baxmağımın səbəbi,
daxilimdə olan məsuliyyət hissimdən
irəli gəlir. Mən istəyirəm ki, insanlar məni hər zaman ideal görsünlər. Məndən tez-tez soruşurlar ki, idealınız kimdir? Cavabım həmişə belə olur: özüm...
- Məncə, sizin idealınız Kleopatradır.
- Filmdə
Kleopatra obrazını
canlandıran aktrisa Elizabet Teylora hər zaman pərəstiş etmişəm.
Hardasa gözlərimizin ifadəsində
bənzərlik var, amma bu o demək
deyil ki, özümü ona bənzətməyə çalışıram.
Mənə xanımlar tərəfindən
makyaj üslubum və saç düzümüm barədə
çoxlu sayda suallar ünvanlanır.
Məşhur stilist Anar Ağakişiyev hələ 2005 – ci ildə
mənə söyləmişdi
ki, bir çox
xanımlar əllərində
mənim fotolarımla
onun yanına gedib, bizə bu tərzdə makyaj et deyə
müraciət edirlər.
- Şəxsən
mən sizin illər öncəki tərzinizdən çox indiki tərzinizi bəyənirəm...
- Əgər siz
mənim bugünkü
tərzimi bəyənməsəydiniz,
bu, mənim məğlubiyyətim sayılardı. Mən artıq dediyim kimi 2005-ci ildən indiyə qədər xanımlar tərəfindən
obrazım baxımından
müsbət rəylər
alıram və bu da mənim qalibiyyətimdir!
- Layihəmizdə foto-sessiyanın
da olacağını biləndə
çəkindiniz sanki.
Hər zaman beləsiniz fotolara qarşı?
- Çəkinmədim! Sadəcə məsuliyyətlə yanaşdım.
Bu da təbiidir, axı fotoqrafiya sənəti incəsənətin
çox ciddi bir sahəsidir, ona yaradıcı yanaşmaq lazımdır.
Foto bizim müəyyən bir anımızı əbədiləşdirdiyi üçün
mən də həmin o anda gözəl görünmək
istəyirəm.
Müsahibəni onun bu sözləri ilə bitirmək istədim: Sizinlə müsahibəyə
ona görə razılıq verdim ki, özünüzdən
əminliyiniz xoşuma
gəldi, artıq telefon xəttinin bu başından mənə müsbət
aura ötürdünüz və mən də sizin maraqlı
həmsöhbət olacağınıza
inandım. Güvənimdə
yanılmadım, çox
maraqlı söhbət
alındı, qəribə
olan odur ki, mən söhbət
boyu saata baxmadım.
Üç nöqtə.- 2018 .- 22 fevral.- S.12.