“Los-AncelesdəkiQarabağrestoranı məni dəhşətə gətirdi

 

Fuad Muradovun Diaspor Komitəsinə sədr təyin olunmasına ümidlə baxıram

 

Amerikanın Los-Anceles şəhərində  yaşayan fəaliyyət göstərən azərbaycanlı yazar-rejissor,  Beynəlxalq Mədəniyyət Evi”nin rəhbəri  Sevinc Səfərova Modern.az saytına müsahibə verib.

 

-  Sevinc xanım, bir neçə ildir ki, Azərbaycandan çox uzaqda,  okeanın o tayında məskunlaşmısız. Çətin deyil ki?

- O mənada çətindir ki, vətəndən, doğmalarından yaxınlarından uzaqdasan. Amma etmək olar?! İnsan planlarını həyata keçirmək üçün bir yerlərdən başlamalıdır. İnsan qürbət eldə özünü vətəndəki kimi hiss etmir. Amma getdiyimiz məkanlarda mütləq yeni nələrsə öyrənirik. Həm uzaqlarda olanda vətən daha doğma, daha isti görünür. İnanın, Bakıya gələndə dərindən nəfəs alıram. yaxşı ki, ölkəmə gələ bildimdeyirəm.

-  Uzaq məmləkətdə bir qadın olaraq Beynəlxalq bir qurum yaratmaq  o qədər asan deyil. Bu işlərin öhdəsindən necə gəlirsiz?

- Bir qadın olaraq təbii ki, çətindir. Los-Ancelesdə  uşaqlarım həyat yoldaşım yanımdadır. Onlar da mənə dəstək olurlar. Çünki yad məmləkətdə baş çıxartmaq asan deyil. İki qızım bir oğlum var. Hər ikisi orada ali təhsil alır.

- Los-Anceles həm ermənilərin sıx məskunlaşdığı şəhərlərdən biridir. Azərbaycanlıları görəndə hansı reaksiyanı verirlər?

- Deməli, Kaliforniyada məskunlaşmağa başlayanda ilk işim Azərbaycan restoranlarının, mağazalarının olub-olmamasını axtarmaqla məşğul olub. Bilirsiniz ki, vətəndən uzaqda olanda adamın gözü xalqına, dövlətinə xas olan dəyərləri axtarmağa başlayır. Çünki uzaqlarda məmləkət üçün adam darıxır, kövrəlir. Mən Azərbaycana aid bir çox şeyləri axtara-axtaraQarabağ plaza” adlanan restoran tapdım. İnanın,  o qədər sevinmişdim ki!. Los-Ancelesdə Qarabağ... İçəri daxil olanda Qarabağ çörəyi, Qarabağ əti, Qarabağ kababını görəndə çox sevindim.  Daha doğrusu, bizə aid olanların bu cür təqdimatına çox sevindim. Amma bir az da irəli gedəndən sonra gördüm ki, içəridəkilərin hamısı erməni dilində danışır. Həmin anda yaşadığım gərginliyi təsəvvür edə bilmərəm. Hardan gəldiyimi soruşandaAzərbaycandanamdedim. Mənə çox qəzəbli formada baxdılar. Dərhal üz mimikaları dəyişdi. Mən hər şeyi sifariş  etmişəm. Dedim yox, oturub gedişatı izləməliyəm. Təsəvvür edirsiz, xidməti rus xanım etdi. Düzü, mənim mətbəximi ermənilərin təqdim etməsi onların öz adlarına çıxarması  mənə çox pis təsir etdi.

- yaxşı Los-Ancelesdə yaşayan azərbaycanlılar həmin restotarnı bağlatdırmır, ya da Qarabağ adını onlardan geri almır?

-Bilirsiz, ermənilər 25 ildən çoxdur ki, o restoranı Los-Ancelesdə  işlədir. Amma heç bir azərbaycanlı etiraz da etmir. Qarabağ çörəyinin üzərinə qaraçörək otu da səpməklə müştərilərə bəh-bəhlə təqdim edirlər. Ümumiyyətlə, bizim mətbəximizi o dərəcədə mənimsəyiblər ki, dəhşətə gəlməmək qeyri-mümkündür. 

- Hazırda Los-Ancelesdə hansı işləri görürsüz?

- İlk vaxtlarda planlarım başqa idi. AmmaQarabağ plaza”ya gedib həqiqəti görəndən sonra fikrimi dəyişdim. Vəkil tapdım sənədlərimi qaydasına salmasını rica etdim.Beynəlxalq Mədəniyyət Evi”ni açdım. Los-Ancelesdə Azərbaycan mətbəxini nümayiş etdirməyə başladım. Qarabağ plaza”dan çıxandan sonra evimdə Azərbaycan mətbəxinin ən dadlı məşhur yemək, şirniyyat növlərini özüm bişirməyə başladım. Hətta, Azərbaycandan Los-Ancelesə sac, oxlov, dördayaq, nənəmin qazanlarını,  samovar aparmışam.  O gündənBeynəlxalq Mədəniyyət Evi”də bu işləri görürəm.

- Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov sədr təyin olunub. Komitənin bundan sonrakı fəaliyyəti barədə gözləntiləriniz nədir?

- İndiki rəhbərlikdən gözləntilərim çoxdur. Zamanında Diaspor Komitəsinə o qədər müraciətlər etdim ki! Heç səsimə səs verən olmadı. Xaricdə diaspor işini özbaşına qurmaq çox çətindir. Çünki dövlətin bu işə dəstək olmursa, istədiyini edə bilmirsən. Bu gün Los-AncelesdəBeynəlxalq Mədəniyyət Evi”ninin rəhbəri olaraq bu işləri təkbaşına edirəm. Amma Fuad Muradovun komitəyə sədr təyin olunmasına ümidlə baxıram. İnanıram ki, bu işə can yandıracaq. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün mütləq maddi dəstək olmalıdır. Gücüm çatdığı qədər ildə bir neçə dəfə tədbirlər etməyə çalışıram. Amma bütün tədbirləri ürəyim istəyən formada edə bilmirəm.

-Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar erməni lobbisinin güclü olduğunu deyirlər. Sizcə, dünyada yaşayan azərbaycanlılar niyə lobbi fəaliyyətini geniş formada qura bilmir?

- Ermənilər məskunlaşdıqları yerlərin sakinlərini ələ almağı bacarırlar. Hətta, düşdükləri yerdə özlərinə aid varsa ora daşıyırlar. Məsələn, Los-Ancelesdə özlərini tanıda biliblər. 31 mart dünya azərbaycanlılarını soyqırımı günündə böyük yürüş etdilər. Qondarma 24 aprel günündə eyni  formada yürüş etdilər. Özü yürüşə 5-10 nəfər deyil, 100-lə erməni toplaşmışdı. Los-Ancelesdə bir yer var. Gözəl mənzərəsi, havası  var. Ora gedəndə bir növ elə bilirsən ki, Qarabağdasan. Ermənilərin çoxu da orada məskunlaşıb. Orada erməni ab-havası yaradıblar. Bu da onu göstərir ki, erməni lobbisi çox güclüdür. Təəssüf ki, azərbaycanlı olaraq biz bunları etmirik. Keçirdiyimiz tədbirlərə 15-20 adam güclə  qatılır. Halbuki, 15-20 nəfərlə lobbi fəaliyyətini istədiyimiz formada qura bilmərik. Hamılıqla bu işə can yandırmalıyıq. Tək əldən səs çıxmır.

- Dediniz ki, Azərbaycan mətbəxini təbliğ edirsiniz. Amerikalılar bizim mətbəxi sevirmi?

- Əlbəttə, sevir. Onları  şəkərbura, paxlava, qoğal digər şirniyyatlarımızla tanış edirik. Amerikalılar ən çox bizim plovumuzu, kababımızı, dolmamızı sevirlər. Onları tez-tez mətbəximizə qonaq edirik.

 

 

Bingöl Namidə

 

Üç nöqtə.- 2018.- 3 iyun.- S.7.