"Onun yeri teatr idi"
"O cür gözəl məxməri səs,
o cür plastika ilə səhnədə daha çox iş
görə bilərdi"
Teatr və kino aktyoru, kinorejissor, ssenarist
Şahmar Ələkbərovda bunların hamısı cəmlənmişdi. Teatr və kino sənətimiz
onun simasında hərtərəfli istedad və bacarıq
sahibini, peşəkarı qazanmışdı. Yazıqlar bizə ki, tam sərf olunmadı bu qazanc.
Amma elə sərf etməyə macal
tapdığı potensialının bu hissəsinə görə
də ona sonsuz minnətdarıq. Axı son
nəticədə peşəkarlıq illərin təcrübəsi
ilə ölçülmür. Teatrda aktyor kimi, kinoda, həm
aktyor, həm rejissor, həm də ssenarist kimi zövq
oxşamağı bacarmaqdan ötrü əsrin iki çərəyindən
də az olan ömür payı kifayət
imiş. Şübhə yoxdur ki, Şahmar Ələkbərov
teatrda da çoxşaxəli fəaliyyətə imza ata bilərdi
- aktyor kimi sözünü deyə-deyə səhnə əsərləri
səviyyəsində olan tamaşalar hazırlaya, hətta
öz teatrını yarada bilərdi. Necə ki ikicə
ekran əsəri ilə - "Sahilsiz gecə" və "Qəzəlxan"la
- öz kinosunu yaratdı.Dosye: Şahmar Ələkbərov
(1943-1992) Gəncədə anadan olub. Atası
Zülfüqar kişinin əsli Cəbrayıldan, anası
İzulət xanımın əsli Tiflisdəndi. Şahmarın 9 yaşı olanda ailə Gəncədən
Bakıya köçüb. Şahmar Ələkbərov
Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin
kursunda təhsil alıb. Hələ III
kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının truppasına qəbul edilib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent
kimi institutda saxlanılıb. Milli Dram Teatrının
repertuarını təşkil edən Azərbaycan və
dünya ədəbiyyatının klassik və müasir əsərlərinin
tamaşalarında müxtəlif xarakterli obrazlar
canlandırıb.Bundan sînra məşhur
sənətkar Adil İsgəndərov înu kinîstudiyanın
nəzdində özünün yaratdığı "kinî aktyîrluğu"
studiyasına dəvət edib və Şahmar Ələkbərov
"Azərbaycanfilm"
kinostudiyasında aktyor kimi fəaliyyət göstərməyə
başlayıb. "Dağlarda döyüş", "Həyat
bizi sınayır", "Yeddi oğul istərəm",
"Üzeyir ömrü", "Mən ki gözəl
deyildim", "Qızılqaz", Qatır Məmməd",
"Babək", "Arxadan vurulan zərbə",
"Ötən ilin son gecəsi" və digər filmlərdə
yaddaqalan obrazlar yaradıb. Rejissorluq fəaliyyətinə
hələ 1970-ci illərdə başlamaq həvəsində
olsa da, bu potensialını ilk dəfə 1987-ci ildə
Gülbəniz Əzimzadə ilə birgə Anarın ssenarisi
əsasında çəkdiyi "İmtahan"
tammetrajlı bədii filmdə tətbiq etmək imkanı
qazanıb. 1989-cu ildə isə Şahmar Ələkbərov
böyük kinoda birinci müstəqil işini - psixoloji sosial dram
janrının ən yaxşı nümunələrindən
biri olan "Sahilsiz gecə" ekran əsərini (ssenari
müəllifi Elçin) kinosevərlərə bəxş
edir. 1991-ci ildə özünün ssenarisi üzrə çəkdiyi
"Qəzəlxan" ikiseriyalı filmi ilə isə
Şahmar Ələkbərov nəinki kino sənətinə,
həmçinin ədəbiyyat tariximizə layiqli töhfəsini
verdi.
Şahmar Ələkbərîv teleradiî sahəsində də fəal îlub. Radiîda ilk dəfə
"Ulduz" prîqramının
aparıcısı kimi çıxış edib, televiziya
tamaşalarına çəkilib. "Mîlla Nəsrəddin" radiî verilişinin
aparıcısı îlub.
Sənətkarın fəaliyyətinin
böyük bir hissəsi dublyaj və səsləndirmə
işi ilə bağlı olub - "Azərbaycanfilm"
kinostudiyasında çəkilən və dublyaj edilən
müxtəlif xronometrajlı və janrlı filmlərin qəhrəmanları
məhz onun səsi ilə danışır. Xalq artisti, dövlət mükafatı laureatı
Şahmar Ələkbərov 1992-ci ildə uzun sürən
ağır xəstəlik nəticəsində
dünyasını dəyişib.
"Çox möhkəm iradəli adam
idi"
- Şahmar uşaq vaxtdan erudisiyalı olub. Riyaziyyatı çox
yaxşı bilirdi. Orta məktəbi 15
yaşında bitirib. Evdə deyib ki, sənədlərini
universitetin şərqşünaslıq fakültəsinə
verib. Anası biləndə ki, incəsənətə
girib, çox hirslənib. İzulət
xanım Azərbaycanda açılmış ilk pedaqoji
texnikumun birinci məzunlarından idi. Şahmar
isə Teatr İnstitutunda dərs deyəndə mənim də
müəllimim olub.
- Deməli, tanışlığınız belə
baş verib?
- Bəli. Mən teatrşünaslıqda
oxuyurdum. "Azdrama"da Şahmarın da
iştirak elədiyi tamaşalara gedib baxırdım. Tam rusdilli olduğum üçün o vaxtlar onun
adı da dilimə yatmırdı, tərsinə deyirdim. Babam ərəbşünas idi, bir gün o, məni
başa saldı ki, bu adın mənası nədi. Şahmar isə məni evlənəndən sonra
"Kamilə" deyə çağırırdı. Mən də hirslənirdim, deyirdim ki, onda mən də
səni "Şurik" deyə çağıracam.
Onun mənə ürəyini açıb
evlənmək istəyini bildirməsini də qəribə
qarşılamışdım. Yəqin ailənin tək qızı
olduğum üçün, qardaşım xaricdə
yaşayırdı, ərköyünlüyüm
özünü göstərirmiş. Heç
atamgil də razı deyildilər ki, aktyorla ailə qurum. Amma Şahmar geri çəkilmədi və nəhayət,
dörd ildən sonra atamın razılığını
aldı. Atamla isə sonralar çox
dostlaşdılar. Şahmarın
atasının əsli Qarabağdan, Cəbrayıldan idi.
Mənim isə ana nənəm şuşalı
idi. Elə nənəmin işə
qarışmağı məsələnin həllinə
müsbət təsir göstərdi. Şahmarı
tanıdığım gündən həmişə görmüşəm
ki, daim nə iləsə maraqlanır,
dünyagörüşünü genişləndirməyi
xoşlayırdı. Dil qavramaq qabiliyyəti
də güclü idi. Tarixlə, müxtəlif
dinlərlə maraqlanırdı. Ömrünün
axırına qədər belə idi.
- Xəstəliyin onu necə əldən
saldığını, gözəl səs tembrinin dəyişdiyini
görmək tamaşaçıları üçün
çox ağır idi. Özünün, ailə
üzvlərinin nələr çəkdiyini təsəvvür
etmək çətin deyil.
- Hə, düz yeddi il bu əzab-əziyyət
davam etdi. Gecələr bir neçə dəfə
oyanıb ağrılarının olub-olmadığını
xəbər alırdım. Hər şey
"Firəngiz" filminin çəkilişlərindən
başlamışdı, daha doğrusu, ondan əvvəl
stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə
soyuqladığı üçün xoraya
çevrilmişdi. Şahmar mürəkkəb
müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına
mətinliklə dözürdü. Çox möhkəm
iradəli adam idi. 92-ci ilin
qışında onu Hamburqa apardıq, orda dedilər ki, təbabət
burda gücsüzdü.
Bakıya qayıdıb Şahmarı xəstəxanaya
yerləşdirdik ki, ümidsiz olduğunu başa düşməsin. Mən də, İzulətlə
Ləman da (əkiz qızları) gecə-gündüz
yanında qaldıq. Qızlara onun
ölümü elə pis təsir etmişdi ki, hətta sanki
mənim sağ qalmağımı da qısqanırdılar.
Onlar nəinki atalarını, ən yaxın
dostlarını itirmişdilər. Həmişə mənə
deyirlər ki, son yeddi ili Şahmarı
yaşadan sən oldun. Amma məncə onu
yaşadan güclü iradəsi, sənətinə olan sevgisi
idi. Bütün o müalicə mərhələlərinə,
ağrılara, üzüntülərə ona görə tab
gətirirdi ki, hansısa bir yaradıcılıq işini
tamamlaya bilsin.
"Teatrda dublyor olmaqdan bezmişdi"
- Elə "Qəzəlxan" filminin
çəkilişləri də həmin dövrə təsadüf
etmişdi. Amma bu,
ona mane olmadı ki, yaradıcılığı çox zaman
yalnız meyxana janrı ilə məhdudlaşdırılan Əliağa
Vahidin əsl obrazını kino tarixində əbədiləşdirsin.
Filmdə meyxana da öz üzvi yerini tapıb.
Şahmar müəllim meyxana ilə əvvəldən
maraqlanırdı?
- Yox, bu maraq onda son illərdə yaranmışdı. Hətta meyxana teatrı da yaratmaq istəyirdi. "Qəzəlxan" filmi onu çox yordu. Psixoloji məqamlar çoxdu orda. Ümumiyyətlə, Şahmar nahaq yerə kinoya
keçdi. Onun xarici
görünüşü, yaradıcı potensialı, səsi
teatr üçün idi.
- Bəs niyə teatrı kinoya dəyişdi?
- Teatrda dublyor olmaqdan bezmişdi. Həmin vaxt da Ədil
İsgəndərov "Azdrama"nın
baş rejissoru vəzifəsindən kənarlaşdırılıb
kinostudiyaya direktor təyin olunmuşdu. Bu
situasiya Şahmarın qərarını tezləşdirdi.
Ədil müəllimin təşkil etdiyi
kinoaktyor studiyasının ən fəal üzvlərindən
biri oldu.
- Bundan sonra daha teatr səhnəsinə
çıxmadı?
- Yox.
- Özü istəmədi, ya təklif gəlmədi?
- Təklif gəlmədi. Kim təklif edəcəkdi
ki? O illərdə teatrda əksər tamaşalar
artıq bir aktyora köklənirdi.
"Ad günü" filmində baş rola dəvət
olunmuşdu"
- Yaxşı ki, kinoda amplua çərçivəsinə
salınmayıb. Demək olar ki, bütün
rolları müsbət obrazlar olsa da, müxtəlif xarakterlərdi.
- Elədi. Yeganə mənfi rolu
"Atları yəhərləyin" filmindəki
İbrahimdi. Amma kinoda da aktyor kimi tam istifadə
olunmadı. Məsələn, "Ad
günü" filmində baş rola dəvət
olunmuşdu, sınaq çəkilişlərində də
iştirak etmişdi, amma nədənsə, Əli obrazı
gürcü aktyoruna qismət oldu. Belə
qəribə hallar ona çox pis təsir edirdi. Ona görə bu vaxta qədər kinostudiyanın
yanından keçəndə o tərəfə baxmıram.
O vaxt kino aktyoru deyəndə ilk növbədə gözəgəlimli
xarici görünüş nəzərdə tutulurdu. Yəqin ki, bu amil öz rolunu oynayıb.
İndi artıq kinorejissorlar bir az başqa
cür baxırlar bu məsələyə. Şahmar
isə o qədər də kinogenik deyildi. Həyatda
qat-qat daha yaraşıqlı idi. Ona görə deyirəm
ki, onun yeri teatr idi - o cür gözəl məxməri səs,
o cür plastika ilə səhnədə daha çox iş
görə bilərdi.
"Evə qayıdanda üzündə "pomada"
izi olurdu"
- Çəkilişlərə siz də gedirdiniz?
- Cəmi iki dəfə onunla çəkilişlərə
getmişəm. Bir dəfə ancaq mən
getmişdim, ikimiz də xəstələnib qayıtdıq evə.
O biri dəfə qızları da aparmışdıq, onda da
onlar xəstələndilər. Həmişə
çox istəyirdi ki, biz də onunla çəkilişlərə
gedək, amma belə xəstələnəndən sonra
olan-qalan həvəsim də keçib getmişdi. Çəkiliş qrupu ilə tək yola
düşürdü.
- Görünür, həmişə tam etibar etmisiz
ona...
- Bəli, qadınlarla münasibətinə aid heç
vaxt heç bir şübhəm olmayıb. Baxmayaraq
ki, hər kəs onu çox istəyirdi. Çox
mülayim xasiyyəti var idi. Amma əgər
kiminsə hansısa hərəkəti, ya sözü
xoşuna gəlməsəydi, onunla ünsiyyətə son
qoyurdu. Bu xasiyyəti İzulətlə Ləmana
da keçib - onlar ataları ilə daha yaxın olublar, nəinki
mənimlə. Yadımdadı, "Sahilsiz gecə"nin hər çəkilişindən sonra evə
qayıdanda üzündə "pomada" izi olurdu. Soruşanda da deyirdi ki, neynim, studiyaya gələn
kimi aktrisaların hamısı qucaqlayıb öpür.
"Türkmən
aktrisası bizim aktrisalara təəccüblənmişdi"
- Bu film çox az nümayiş
olundu. İndi də tamaşaçı
üzünə həsrət qalıb. Cəmiyyətimiz
hələ də belə mətləblərə hərtərəfli
baxmağı öyrənməyib.
- Hə, təəssüf ki, belədi. Əksəriyyət
"Sahilsiz gecə"də yalnız əxlaqsız
qadınları gördü, onların gerçək həyatda
da olduqlarını, belə halların səbəblərini isə
görmək istəmədi. Yaradıcı
heyətin üzvləri Şahmarı bu filmin müdafiəsində
tək qoydular. Bəlkə də belə
olmasaydı, indi o cür film rəfdə yatıb qalmazdı.
Həmkarlarının Şahmarın xarakterinə
bələd olmalarını bu filmin çəkilşlərində
bir də gördüm. Şahmar Zibeydənin cavan
vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə
etmək istıyəndə, Ənvər Əbluc ona dedi ki, o
aktrisanı çəkmə, "Bircəciyim" filminə
onu çəkəndə gördüm ki, necə
intizamsızdı, hər çəkilişə gecikəcək,
sən də əsəbiləşəcəksən.
Amma inanırsız, Mehriban bir dəfə
də gecikmədi, ümumiyyətlə, aktyorların
hamısı çəkilişlər qurtarana qədər
nizam-intizama tam riayət etdilər. Şahmarın xasiyyətini bildikləri
üçün istəmirdilər ki, aralarında
narazılıq yaransın. Bu filmin
mövzusuna qəribə münasibət hələ
hazırlıq prosesindən başlamışdı - hər
şey həm uğurlu gedirdi, həm də yox. Şahmar istəyirdi ki, Zibeydənin yaşlı
vaxtını ya Leyla Bədirbəyli, ya da Nəcibə Məlikova
canlandırsın. Amma heç biri razı
olmadı.
Hətta onlara qəribə
görünmüşdü ki, niyə belə rola dəvət
olunurlar. Axırda
Şahmar Türkmənistandan keçmişdə balerina
olmuş bir xanımı (Oğuldurdu Məmmədquliyeva -
red.) Bakıya dəvət etməli oldu.
O da rolunun öhdəsindən çox yaxşı gəldi. Təəccüblənmişdi ki, azərbaycanlı
aktrisalar bu cür maraqlı rola çəkilmək istəməyiblər.
Filmin sonrakı taleyi Şahmara çox pis təsir
etdi. Onun kino sahəsində həm aktyor
kimi, həm də rejissor kimi necə sarsıntılar
keçirdiyini xatırlamaq mənimçün çox
ağırdı. Elə ona görə də nəvəm
Şahmar Eyyub Yaqubovun klipində çəkiləndə dedim
ki, gərək elə edim, bu uşaq taleyini kino ilə
bağlamaq həvəsinə düşməsin...
Samirə Behbudqızı
Üç nöqtə.-2018.- 11 iyul.-
S.7.