Məktəbə ayaqyalın getdiyim vaxtlar olub

 

 

Nəsir Əhmədli: “Orta məktəbi əla qiymətlərlə  bitirsəm də arzuladığım ixtisasa 7 ildən sonra qovuşmuşam”

 

İyulun 1-i müasir Azərbaycan jurnalistikasının formalaşmasında və inkişafında önəmli xidmətləri olan Əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədlinin 75 yaşı tamam olub.

 

O, 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 75 illik yubileyi münasibəti ilə sevimli müəllimimizi təbrik etmək, həm yaşadığı ömür tarixçəsinə nəzər salmaq üçün dəyərli ziyalı ilə əlaqə saxlayıb, ad günü təəssüratlarını bölüşdük.

 

Qeyd edək ki, Jurnalistika fakültəsində uzun illərdir pedaqoq olaraq fəaliyyət göstərən N.Əhmədli 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 12 kitabın müəllifidir. 4 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 6 elmlər namizədinin rəsmi opponenti olub.

O, "Media açarı-2006”, Ali Media Mükafatı, müxtəlif diplom Fəxri Fərmanlarla təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin Jurnalistlər Birliyinin üzvüdür.

 

Acılı-şirinli xatirələrini bizimlə bölüşən tanınmış ziyalının əməkdaşımızla söhbətini təqdim edirik.

 

- Nəsir müəllim, uşaqlıq illərinizi necə xatırlayırsınız? Keçmiş günlərinizi tez-tezmi vərəqləyirsiniz? Yoxsa, xaraktercə xatirələri sevən biri deyilsiniz?

 

- Tez-tez xatırlamasam da, unutmuram.

 

Mən isti yay günündə buludsuz səmalardan

Qurğuşun yağışları yağanda doğulmuşam.

Körpələrin sevdiyi şirniyyat əvəzinə

Anamın axıtdığı yaşlarda boğulmuşam...

 

Bu, doğrudan, belədir. Əri böyük oğlu cəbhədə vuruşan, 3, 6 9 yaşlı üç uşaqla qazma daxmada yaşayan, daha bir körpəni dünyaya gətirən tənha bir ana təsəvvür edin... Müharibədən sonrakı illərim isə çox ağır keçib. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub.

 

- Necə oldu jurnalistikanı seçdiniz? Uşaqlıq arzusu, yoxsa təsadüf ?

 

- Orta məktəbdə oxuyanda riyaziyyatı çox sevirdim. Hamı elə bilirdi, gələcəkdə riyaziyyatçı olacam. VIII sinifdə oxuyanda əlimə Həsən bəy Zərdabi haqqında bir kitab keçdi. Səhv eləmirəmsə, müəllifi Zakir Məmmədov idi. Həmin kitab mənim yolumu müəyyənləşdirdi. Qəti qərara gəldim: jurnalist olacam. Rayon respublika qəzetlərində xırda yazılarla çıxış etməyə başladım.

 

- Bu arzuya asanmı çatdınız?

 

- Yox! Mən orta məktəbi bitirəndə (1959) qərar çıxdı ki, azı 2 illik stajı olmayanlar jurnalistika ixtisasına gələ bilməzlər. Kolxozda işlədim, fəhlə oldum, əsgərliyə getdim. Beləcə, 7 il keçdi. Sonra BDU-nun jurnalistika fakültəsinə qəbul olundum. Qurtaranda AzTV-də işlədim. 1975-ci ildə fakültəyə elmi-pedaqoji işə dəvət olundum. 42 ildir, burada çalışıram. Baş laborantlıqdan professorluğa qədər gərgin şərəfli bir yol keçmişəm.

 

- Siz bu gün media sahəsində çalışan çoxsaylı jurnalistlərin müəllimi olmusunuz. Keçmiş tələbələrinizin sizə münasibətindən razısınız?

 

- Onlar mənim "qızıl fondum”dur. Arxam, dayağımdırlar. Hər biri ilə fəxr edirəm, qürur duyuram.

 

- Həqiqətən, yolu jurnalistika fakültəsindən keçmiş bütün tələbələr sizi bir pedaqoq əziz insan kimi çox istəyirlər. Oxuduğum illərdə bunun əyani şahidi oldum, heç sizdən narazı tələbə görmədim... Bu, nədən irəli gəlir? Sirrinizi deyin...

 

- Bir dəfə "Facebooksəhifəmdə yazmışdım: "Mən dünyanın ən varlı insanıyam. Var-dövlətim keçmiş, indiki gələcək tələbələrimdir”. Mən tələbələrimə yalnız tələbə kimi deyil, daha çox dostlarım, gələcək həmkarlarım kimi baxıram. Bizim müəllimlərimizin çoxu belədir. Jurnalistika fakültəsi halallıq məktəbidir. Halallıq olan yerdə narazılıq olmur.

 

- Bir az da mətbuatla bağlı fikirlərinizi öyrənək. Ölkədə medianın durumunu necə dəyərləndirirsiniz?

 

- Media cəmiyyətin, zəmanənin güzgüsüdür. Cəmiyyət necədirsə, media da elədir. Cəmiyyətin təbəqələri olduğu kimi, medianın da təbəqələri var: yuxarı, orta aşağı. Bu, təbii haldır.

- Bəzən baş redaktorlar iddia edirlər ki, Jurnalistika fakültəsi tələbələrə heç öyrədə bilmir.

 

Praktikaya gələnlərin hamısı naşı olur. Sizcə, belələri dərəcədə haqlıdırlar?

 

- Haqlı deyillər. Azərbaycanda jurnalist kadrları hazırlığının 90 ilə yaxın tarixi zəngin ənənəsi var. Bu fakültənin Prezident Aparatında, ayrı-ayrı nazirliklərdə, aparıcı informasiya vasitələrində, rayon qəzetlərində başqa yerlərdə çalışan, hər yerdə üzümüzü edən yüzlərlə məzununun adını çəkə bilərəm. Tibb Universitetini bitirmiş məzuna birdən-birə cərrah bıçağı vermirlər. Peşəkarlıq prosesində, təcrübə nəticəsində yaranır.

 

- Bunu "Jurnalistika fakültəsində hər şey qaydasındadır, heç bir problem yoxduriddiası kimi qəbul edə bilərikmi?

 

- Qətiyyən! Hər bir sahə kimi, bizim fakültə problemsiz deyil. Qəbul qaydalarından tutmuş dövlət imtahanına qədər bütün mərhələlərin təkmilləşdirilməsinə ehtiyac var. İndi bunları sadalamaqla vaxt almaq istəmirəm. İnşallah, bir gün bu barədə ayrıca söhbətləşərik.

 

- İnşallah. Bildiyim qədər, siz şeir yazırsınız. Daha çox hansı mövzulara üz tutursunuz, kimə ünvanlayırsınız ürək sözlərinizi?

 

- Əsl şeir hansısa ilahi bir qüvvənin diktəsi ilə yazılır, mövzunu da, ünvanı da o qüvvə verir. Son qoşmalarımdan birini nümunə kimi vermək istəyirəm:

 

Nəfəsim təngiyib tükənən yerdə

Havasız dünyama hava sən oldun!

Mən dözə bilməzdim o boyda dərdə,

Dözülməz dərdimə dəva sən oldun!

Yaxşı ki, zər qismət oldu zərgərə,

Qoymadın Məcnuntək düşəm düzlərə.

Qələmimdən çıxan bütün sözlərə

Yaraşıq sən oldun, məna sən oldun!

Talenin hökmünnən düşmüşdüm taxtdan,

Bir ömür yaşayıb ölmüşdüm çoxdan.

Tək sənin eşqinlə var oldum yoxdan,

İkinci ömrümə ana sən oldun!

 

- Qayıdaq yubileyinizə. Ən çox sizi təəssüfləndirir, ömrünüzün hansısa mərhələsindən giley-güzarınız varmı ki, kaş o günləri yaşamamış olardım?

 

- Yox. Tanrının yazdığı qismət müzakirə olunmur. Taleyimdən çox razıyam.

 

- 75 illik yubileyinizi kimlərlə, necə keçirtdiniz?

 

- İyulun 1-i şənbə günü idi. Tovuzdan Qazaxdan olan dostlarım zəng elədilər ki, filan yerdəyik, dur gəl buraya. Getdim. Sazlı-sözlü gözəl bir məclis oldu. Aşıq dostlarım - Azər Xanlaroğlu, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı - bizi feyziyab etdilər. Ertəsi gün yenə həmin yerdə ailə üzvlərimlə yenə həmin aşıqlarla bir yerdə olduq. Ayın 3-də fakültəmizin kollektivi möhtəşəm bir məclislə məni sevindirdi. Tədbirlər davam edir. Universitetdən, Mətbuat Şurasından gözləntilərim var.

 

- Günlərin, həftələrin, ayların illərin biri-birini əvəzləyib yaş üstünə yaş gətirməsi ya qocalıq sizi bədbin notlara kökləmir ki?

 

- Mən son dərəcə nikbin insanam. Həyatın inkişaf dialektikasını bildiyim üçün hər şeyi təbii qəbul edirəm.

 

- Tərəzinin gözünə qoysaq, 75 ildə əldə etdikləriniz ağır gələr, yoxsa reallaşmayan arzularınız?

 

- Tanrı insanı yaradarkən ona müəyyən missiya tapşırır, həmin missiyanı yerinə yetirəcək qədər ömür enerji verir. Ona görə tərəziyə ehtiyac qalmır.

 

- Təşəkkür edirəm, Nəsir müəllim. Bir daha da ad gününüzü təbrik edir, "Şərqqəzeti adından sizə can sağlığı uğurlar arzulayırıq!

 

- Mən fürsətdən bəhrələnərək məni təbrik edən müəyyən səbəblərdən edə bilməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun!

 

Könül Əhmədov

Üç nöqtə.- 2018.- 13 iyul.- S.10