Böyük xalq yazıçısının
ömür yoluna kiçik səyahət
İnsan dünyaya
gələrkən onun
alın yazısıda
özü ilə gəlir. Bir ömür boyu üzərinə düşəcək
missiya da sanki elə o alın yazısında əks olunur. İnsanların xarakteri, danışığı, davranışı,
dünyagörüşü müxtəlif olduğu kimi, seçdikləri peşə və tutduğu mövqe də müxtəlifdir. Fikrimcə o kəslər xoşbəxtdir ki, möhkəm iradəsi, əqidəsi, cəmiyyətdə
yeri və öz mövqeyi vardır. Bu xoşbəxtliyi daha da artıran səbəblərdən biridə
insanın sağlığında
çəkdiyi əziyyət
və yaxşı əməlləri onu dünyasın dəyişəndən
sonra da yaşatması,
insanların və tarixin yaddaşında saxlamasıdır. Belə unudulmaz
insanlardan biri də 12 iyun 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində
Mustafa müəllimin
və Xədicə xanımın ailəsində
doğulan Hüseyinov
İsa Mustafa oğludur. (İsa Muğanna) XX əsrin 20,
30, 40-cı illərində bir kəndin, bir rayonun tanıdığı
İsa Hüseyinovu daha sonra bütün
Azərbaycan, hətta
ölkə sərhədlərindən
kənarda da tanıdılır.
İsa Muğannanın
ədəbiyyata gəlişinin
də təsadüfü
olmadığını deyərdim.
Sanki ədibimizin alın yazısında ədəbiyyatımızın
böyük nümayəndəsi
olacağı əvvəlcədən
yazılmışdır. İsa
Muğanna 1945-ci ildə
Tibb İnstitutuna daxil olsa da
öz istəyi ilə institutda təhsilini yarımçıq dayandırmış,
1946-cı ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) filologiya
fakültəsinə daxil
olub, 1950-ci ilə qədər təhsil almış, daha sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat institutunda davam etdirmiş, ədəbiyyat üzrə
ixtisasa yiyələnmişdir.
İsa Muğannanın
çoxşaxəli və
sanballı yaradıcılığı
deməyə əsas verir ki, ədibimiz
ixtisasca ədəbiyyatçı olsa
da o, tarixi, fəlsəfəni, sosiologiyanı
da dərindən bilmişdir. Muğanna həyatda müxtəlif missiyaların aparıcı
qüvvəsi olmuşdur.
Övlad, qardaş, həyat yoldaşı, ata, baba, yazıçı,
müəllim. Bütün
bunların fövqündə
yaxşı insan. Düzdür,
mənim böyük yazıçımız İsa
Muğanna ilə şəxsən əyani görüşüm təəssüf
ki, olmayıb, amma müəllimlərimdən,
yazıçımızı tanıyan insanlardan eşitdiklərim və ədibimizin yazdığı
əsərlər İsa
Muğannanı mənə
tanıtdırdı, özümə
inamlı şəkildə
yaxşı insan ifadəsini işlətməyə tam
imkan verdi. Muğannanın üzərinə düşən missiyaları
sayarkən müəllim
ifadəsini əbəs
yerə işlətmədim.
Ədibimiz pedaqoji fəaliyyətlə məşğul
olmasada, ancaq onun yazdığı əsərlər oxucunu heyrətləndirmək, düşündürmək
və ümüdləndirməklə
bərabər həm də yol göstərir,
öyrədir, elə bu öyrətməklədə
bir müəllimlik missiyasını yerinə
yetirir. Muğanna yaradıcılığa kiçik hekayə ilə başlasa da daha sonra
“Tütək səsi”,
“Quru budaq”, “Saz”, “Qırx kisə qızıl” povestləri “İdeal”, “Məhşər”, “Qəbiristan”,
“Türfə” kimi romanları bundan başqa “Gur Ün”, “İlan dərəsi”, “Kollukoxa”, “İsahaq-Musahaq” kimi əsərləri onu Azərbaycan ədəbiyyatının böyük
nümayəndəsinə çevirdi.
Tam inamla və birmənalı şəkildə deyə bilərik ki, İsa Muğanna XX əsr Azərbaycan Fəlsəfi ədəbi
nəsrinin sütunu və böyük nümayəndəsidir. Müəllif “İdeal” romanını 1985-ci ildə
qələmə almağa
başlayıbsada, əsər
XX əsrin 40-50-ci illərindən
bəzən də bir az əvvəllərdən
bəhs edir. Keçən əsrdə yazılan
bu əsər XXI əsrin ilk rübündə də öz aktuallığını
və əhəmiyyətliliyini
qoruyub saxlamışdır.Şairin
və ya yazıçının məharəti
ondadır ki, həyatda baş verən hadisələri bədii ədəbiyyata gətirib obrazların dili ilə oxucuya
təqdim edə bilsin. İsa Muğannanın
özünə məxsusluğu
elə bundadır ki, ədibimizin yaradıcılığında avtobioqrafik obrazlar daha çox yer alır, digər xüsusi diqqət çəkən
məqam isə yazıçı tarixi şəxsiyyətlərin avtobioqrafik
obrazlarını böyük
ustalıqla yaratmaqla bərabər, eyni zamanda özünün tanıyıb bildiyi, haqqında
eşitdiyi insanların
avtobioqrafik obrazlarını
da bədii ədəbiyyatda böyük
məharətlə nümayiş
etdirmişdir. Dövrün
tələblərinə uyğun
İsa Muğannanın
qələmi müəyyən
məqamlarda sıxılsada,
lakin yazıçı
qələminin mürəkkəbi
bir anda olsun qurumayaraq, cəsarət, qətiyyət
və iradəni nümayiş etdirməyi bacarıb. Bu baxımdan da
ədibin çoxşaxəli
yaradıcılığı elmi tədqiqat obyekti olaraq son dərəcə əhəmiyyətlidir. İsa
Muğannanın yaradıcılığı
60-70, 80-ci illərdə oxunaqlı
olmağı ilə bahəm ədəbi tənqid baxımından da diqqət mərkəzində olmuşdur.
Ədibin yaradıcılığı
ilə bağlı son dövrlər elə bu günün özündə də elmi məqalələr, dissertasiya işləri və monoqrafiyalar yazılır və yazılmaqdadır.
Ədibin yaradıcılığı
ilə bağlı əməkdar elm xadimi, böyük ziyalı, akademik Nizami Cəfərov, professorlar Cəlal Abdullayev, Akif Hüseynov, ədəbiyyatşünas
alimlər Sevinc Muğanna və Şəmil Sadiq sanballı, elmi baza rolunu oynayan
elmi əsərlər
yazmışdırlar. Muğanna
yaradıcılığı yalnız ədəbi əsərlərlə məhdudlaşmır,
eyni zamanda xalq yazıçısı
neçə-neçə filmin
ssenari müəllifi olmuşdur. Buna misal olaraq “Tütək səsi”, “Nəsimi” və sairə filmləri göstərə bilərik.İsa
Muğannanın yaradıcılığına
və şəxsiyyətinə
dövlətimiz də
daima önəm vermişdir. Ədibin Əməkdar incəsənət
xadimi, Xalq yazıçısı fəxri
adları ilə yanaşı “İstiqlal” ordeninə layiq görülməsi və 31 may
2018-ci il prezident cənab İlham Əliyevin İsa Muğannanın 90 illik yubleyinin Dövlət səviyyəsində keçirilməsi
haqqında imzaladığı
sərəncam İsa
Muğannaya və onun yaradıcılığına,
ümumən ədəbiyyatımıza
verilən dəyərdir.
Ülvi Aydın
Bakı Dövlət
Universitetinin
Filologiya fakültəsinin
doktorantı, prezident təqaüdçüsü, AYB-nin üzvü
Uç nöqtə.- 2018.- 13 iyun.- S.14.