Mən onu tanımadım...Çünki o kəşfiyyatçı idi

Öz-özü­nə fi­kir­lə­şir­di ki, de­yir­lər, za­man çox ya­ra­la­rı sa­ğal­dır, an­caq bi­zim ya­ra­mı­zı sa­ğalt­mır. San­ki o ya­ra­mı­zı gör­mür. "Tə­bib qar­şı gəl­sə, sa­ğa­lar ya­ra" - dər­di­mi­zə heç bir tə­bib dər­man ta­pa bil­mə­di.

- Şü­kür Al­la­hın məs­lə­hə­ti­nə, - de­yə Ni­cat köv­rəl­di.

Ya­zın son ayı ol­ma­sı­na bax­ma­ya­raq, hə­lə də ha­va oy­na­yır­dı. Gah gü­nəş ye­ri-gö­yü yan­dı­rır­dı, gah da tə­bi­ət­də so­yuq at oy­na­dır­dı. Qar­da­şı Ay­dın haq­qın­da dü­şü­nür­dü hə­mi­şə. Elə bir gün yox idi ki, Ni­cat Ay­dı­nı xa­tır­la­ma­sın, onun xa­ti­rə­si ilə baş-ba­şa qal­ma­sın. Ay­dın ana­dan mərd do­ğul­muş­du. Mər­di isə za­ma­nə hə­mi­şə ye­tir­mir. Bu­nu Ni­cat yax­şı bi­lir­di. Qar­da­şın­da elə xü­su­siy­yət­lər var­dı ki, onu baş­qa­sın­da gö­rə bil­mir­di.

Ay­dın uşaq­lıq­dan na­haq işi gö­tür­mür­dü, ha­ra­da haq­sız­lıq gör­səy­di, bun­dan çox na­ra­hat olur­du. Ay­dın, ta­nı­dı-ta­nı­ma­dı, bü­tün in­san­la­rı mü­da­fiə edir­di. Hət­ta şə­hər­də gö­rən­də ki, bir oğ­lan han­sı­sa bir qı­za sa­ta­şır, söz atır, dər­hal işə qa­rı­şır, ta­nı­ma­dı­ğı qı­zı mü­da­fiə edir­di. Ay­dı­nın o qə­dər be­lə da­va­la­rı ol­muş­du ki... Ay­dın hə­mi­şə de­yir­di ki, ki­şi mərd, sö­zü­bü­töv ol­ma­lı­dır. Nü­mu­nə ola bil­mə­yən ki­şi nə cə­miy­yə­tə, nə də ai­lə­si­nə gə­rək­dir. Ni­cat Ay­dı­nın mərd­lik key­fiy­yət­lə­ri­ni xa­tır­la­dıq­ca, qar­da­şı­nın ne­cə bö­yük ürək sa­hi­bi ol­du­ğun­dan qü­rur his­si ke­çi­rir­di. Ay­dın ki­çik qar­daş ol­ma­sı­na bax­ma­ya­raq, hə­mi­şə on­la­ra da­yaq olur­du. Onun dost­la­rı da ha­mı­nın dost­la­rın­dan se­çi­lir­di. O, dün­ya­sın­da əy­ri, na­dü­rüst adam­la dost­luq et­məz­di. Hey de­yir­di ki, keç­mə na­mərd kör­pü­sün­dən, qoy apar­sın sel sə­ni, yat­ma tül­kü köl­gə­sin­də, qoy ye­sin as­lan sə­ni. Mi­nil­lə­rin sı­na­ğın­dan üzü­ağ ke­çən bu ata­lar sö­zü Ay­dı­nın di­lin­dən düş­məz­di. Qar­da­şı 23 il­lik hə­ya­tı­nı ki­şi ki­mi ya­şa­dı, am­ma na­mərd gül­lə­sin­dən hə­yat­dan köç­dü.

- Kaş Ay­dın na­mərd gül­lə­si­nin vur­du­ğu ya­ra­dan öl­mə­yəy­di. O, na­mərd­lər dün­ya­sı­na qar­şı hə­mi­şə mü­ba­ri­zə apa­rır­dı. Ay­dın əsl igid idi. Ata­lar yax­şı de­yib ki, igid ölər, adı qa­lar, mü­xən­nə­tin nə­yi qa­lar?

Ni­cat da­nış­dıq­ca, hə­yat yol­da­şı Səl­mi və uşaq­la­rı ona qu­laq asır, su­al ver­mə­yə ürək et­mir­di­lər. Çün­ki Ni­cat öz alə­min­də Ay­dın­la baş-ba­şa idi.

Hə­mi­şə ba­ba­la­rı Bəh­ram ki­şi de­yir­miş ki, oğul, igi­din ya­ra­şı­ğı sı­naq­dır, in­san sı­naq­dan çı­xan­dan son­ra igid adı­nı qa­za­na bi­lər. Rəh­mət­lik Bəh­ram ba­ba igid­li­yi ilə bü­tün Şab­ran elin­də, ət­raf böl­gə­lər­də ad-san qa­zan­mış­dı. Kök­lü bir ağa­cın bu­daq­la­rı idi Ni­cat, Ca­vad və Ay­dın.

İgid odur at­dan dü­şə at­la­na,

 

İgid odur hər cə­fa­ya qat­la­na.

 

Bu sı­nan­mış kə­la­mı da Bəh­ram ba­ba tez-tez iş­lə­dər­miş.

 

Ni­ca­tın Ay­dı­na bağ­lı­lı­ğı an­caq bir ge­ne­tik bağ­lı­lıq de­yil­di, on­la­rın mə­nə­vi-ru­hi bağ­lı­lıq­la­rı da var­dı. O, Ay­dı­nın uşaq­lı­ğı­nı tez-tez xa­tır­la­yır­dı. Ay­dın uşaq­lıq­dan öt­kəm, çıl­ğın, ər­kö­yün, söz­gö­tür­məz idi. Bö­yük­lə­rin sö­zü­nə ba­xar­dı, ki­çik­lə­rə sev­gi bəs­lə­yər­di, am­ma haq­sız­lı­ğı gö­tü­rə bil­mir­di heç vaxt. Bə­zən Ni­ca­ta elə gə­lir­di ki Ay­dın elə uşaq qa­lıb, heç bö­yü­mə­yib. Evin bö­yük uşa­ğı idi Ni­cat. Ona gö­rə də Ay­dın­la ara­la­rın­da xey­li yaş fər­qi var­dı.

 

İl­lər bir göz qır­pı­mın­da keç­miş­di. Ki­çik qar­da­şı bö­yü­yüb ər­sə­yə çat­mış­dı, əs­gər­li­yə ge­dib gəl­miş­di, son­ra da kö­nül­lü ola­raq kəş­fiy­yat­çı­lıq kur­su­na da­xil olub ora­nı bi­tir­dik­dən son­ra Tər­tər­də Və­tə­nin tə­əs­sü­bü­nü çək­di, son­da isə şə­hid ol­du. Ni­cat qar­da­şı haq­qın­da dü­şün­dük­cə, ürə­yi pa­ra­la­nır­dı. Ay­dın hə­yat­dan doy­ma­dı get­di.

 

Hə­yat, sən nə şi­rin­sən,

 

Kim sən­dən doy­du get­di?

 

Ni­cat fi­kir­ləş­di ki, qar­da­şı 23 il­lik öm­rü­nü o qə­dər dol­ğun, mə­na­lı ke­çi­rib ki, o əbə­di ya­şa­ya­caq. Özü­nə qə­ri­bə bir tə­səl­li ver­di:

 

- Ay­dın heç vaxt qo­cal­ma­ya­caq, hə­mi­şə gənc qa­la­caq, lap ya­şıd­la­rı qo­ca ba­ba olan­da da qar­da­şım ca­van ola­caq.

 

Ni­cat bir qə­dər az­da­nı­şan idi. Odur ki, çox vaxt mü­sa­hib ki­mi diq­qə­ti çək­mir­di. Əs­lin­də isə, bü­tün sa­kit tə­bi­ət­li in­san­lar ki­mi, Ni­ca­tın da da­nış­ma­ğa sö­zü çox idi, iç ürə­yi söz­lə, xa­ti­rə ilə aşıb da­şır­dı. Ay­dın elə bir qar­daş idi ki,  onun hər sö­zü-söh­bə­ti bir das­tan idi, bir ro­man idi. Ni­cat dü­şü­nür­dü ki, qar­da­şı­nın kəş­fiy­yat­çı ol­ma­sı onun bit­kin xa­siy­yə­ti­nin gös­tə­ri­ci­si­dir. Ay­dın uşaq­lıq­dan sirr sax­la­yan idi. Uşaq vax­tı çöl­də-ba­yır­da uşaq­lar­la da­laş­sa da, döy­sə də, dö­yül­sə də, heç vaxt bu­nu bö­yük qar­daş­la­rı­na de­məz­di, haqq-he­sa­bı özü çü­rü­dər­di. Uşaq­lıq­dan onun xa­siy­yə­ti bü­töv for­ma­laş­mış­dı. Sirr ver­mə­yi qə­tiy­yən sev­mir­di Ay­dın. Qar­daş­la­rı­na, ata-ana­sı­na sirr ver­mə­yən adam düş­mə­nə sirr ve­rər­di­mi heç?! Ni­cat qar­da­şı haq­qın­da dü­şü­nən­də ya­dı­na o qə­dər ma­raq­lı ha­di­sə­lər dü­şür­dü ki, bil­mir­di han­sı­nı da­nış­sın. Uşaq­la­rı­na Ay­dın haq­qın­da çox da­nı­şır­dı Ni­cat, on­lar elə bi­lir­di­lər ki, əmi­lə­ri nə vaxt­sa gə­lib bu əh­va­lat­la­rı on­la­ra özü da­nı­şa­caq.

 

- Ata, əmim nə vaxt gə­lə­cək? - de­yə Ni­ca­tın bö­yük uşa­ğı so­ruş­du.

 

Uşa­ğın qə­fil ver­di­yi su­al Ni­ca­tı xey­li sus­ma­ğa məc­bur et­di. Ona nə ca­vab ve­rə­cə­yi­ni gö­tür-qoy elə­di. Han­dan-ha­na dil­lən­di:

 

- O uzaq­da­dır, bi­zim ya­şa­dı­ğı­mız yer­də ya­şa­mır, sən bö­yü­yən­də əmi­nin ha­ra­da ol­du­ğu­nu bi­lə­cək­sən.

 

Ni­cat üç uşaq ata­sı idi. Qız­la­rı Ley­li, Meh­ri, 2 yaş­lı oğ­lu Ni­hat ata­nın şad­lı­ğı, se­vin­ci ol­sa da, onun fik­ri hə­mi­şə Ay­dı­nın ya­nın­da idi. Çün­ki Ay­dı­nın vaxt­sız və­fa­tı ha­mı ki­mi onu da yan­dı­rıb-ya­xır­dı.

 

Bö­yük qı­zı Ley­li qə­fil ata­sı­na su­al ver­di:

 

- Ata, Ay­dın əmi­min adı çə­ki­lən­də nə­nəm nə üçün çox ağ­la­yır?

 

Ni­ca­tı fi­kir gö­tür­dü. O ne­cə izah et­sin ki, Ley­li­ni an­la­da bil­sin.

 

- Qı­zım, sə­nin əmin qəh­rə­man olub. O, tor­paq­la­rı­mız uğ­run­da şə­hid olub. Nə­nən əmi­nin şə­hid ol­ma­sı­na dö­zə bil­mir. Va­li­deyn­lər is­tə­yir ki, öv­lad­la­rı sağ-sa­la­mat ol­sun.

 

- Ata, bir az əmim­dən da­nış bi­zə.

 

- Ay­dın uşaq­lıq­dan çox ağıl­lı idi. Hə­mi­şə ya­şıd­la­rın­dan fərq­lə­nir­di. Həm çox çe­vik idi, həm cid­di, həm də zə­ka­lı. O heç vaxt təd­bir­siz iş gör­mür­dü. Bir iş gö­rən­də müt­ləq dü­şü­nüb-da­şı­nır, son­ra qə­rar ve­rir­di. Ağ­zın­dan çiy söz çı­xar­maz­dı. Ata-ana­mı­zın son­be­şi­yi ol­ma­sı­na bax­ma­ya­raq, ha­mı onun sö­zü­nə hör­mət­lə ya­na­şır­dı. Bi­zi mə­həl­lə ca­van­la­rı da­ha çox Ay­dı­na gö­rə ta­nı­yır, ona gö­rə hör­mət bəs­lə­yir­di. Ay­dın əmin ol­duq­ca meh­ri­ban, qay­ğı­keş idi. Va­li­deyn­lə­ri­mi­zə çox bağ­lı idi və ça­lı­şır­dı ki, on­la­ra da­ha çox diq­qət ye­tir­sin. Ça­lı­şır­dı ki, ev­də heç bir na­ra­hat­lıq ol­ma­sın. Hət­ta 14-15 ya­şı olan­da dərs­dən son­ra iş­lə­yib evə qa­zanc gə­ti­rir­di ki, ai­lə­nin yü­kü yün­gül­ləş­sin. Ev­də heç kə­sin qəl­bi­nə dəy­məz­di, ha­mı ilə xoş dav­ra­nır­dı. Mey­xa­na­nı çox se­vir­di. Ən çox sev­di­yi mey­xa­na­çı Rə­şad Dağ­lı idi. R.Dağ­lı­nın bü­tün mey­xa­na­la­rı­na qu­laq asır­dı. Te­le­vi­zi­ya­lar­da mey­xa­na ya­rış­la­rı­na çox ma­raq­la azar­keş­lik edir­di. O düz da­nış­ma­ğı se­vir­di, ver­di­yi sö­zün üs­tün­də du­rur­du, ha­mı­dan da onu tə­ləb edir­di. Si­zin ana­nı­za əsl qar­daş mü­na­si­bə­ti bəs­lə­yir­di. Gə­lin ba­cı­la­rı­na hə­mi­şə nə­va­ziş­lə, qar­daş qay­ğı­sı ilə ya­na­şır­dı. Siz­dən öt­rü də ca­nın­dan keç­mə­yə ha­zır idi. Si­zi o qə­dər is­tə­yir­di ki, söz­lə de­yə bil­mi­rəm. Mə­həl­lə­də bö­yük­dən tut­muş, ki­çi­yə qə­dər ha­mı Ay­dı­nın xət­ri­ni çox is­tə­yir­di. Çün­ki ba­car­dı­ğı hər iş­də qon­şu­la­rın əlin­dən tu­tur­du. Si­zin əmi­niz be­lə oğ­lan idi. Heyf ki, tez get­di. Am­ma tə­səl­li­miz o ol­ma­lı­dır ki, Ay­dın yad­daş­lar­da qəh­rə­man ki­mi qal­dı. O şə­hid ol­du, si­nə­mi­zə dağ çək­di, am­ma o da­ğın zir­və­si­nə öz adı­nı işıq­lı söz­lər­lə yaz­dı. Və­tən sağ ol­sun, qı­zım, Ay­dın Və­tə­nin ba­la­sı­dır. O tək­cə sə­nin əmin de­yil, bü­tün uşaq­la­rın əmi­si­dir.

 

Ley­li ata­sı­nı din­lə­dik­cə, üzü rəng­dən-rən­gə dü­şür, gah se­vi­nir, gah kə­dər­lə­nir, gah da qü­rur­la­nır­dı.

 

- Ata, mü­əl­li­məm bi­zə şə­hid­lər­dən in­şa yaz­ma­ğı tap­şı­rıb. On­da mən sə­nin söz­lə­ri­ni dəf­tə­ri­mə kö­çü­rüb mü­əl­li­mə­mə ve­rə­rəm ki, öz əmi­min qəh­rə­man­lı­ğın­dan yaz­mı­şam.

 

- Lap yax­şı, qı­zım, on­da ba­ba­nı da da­nış­dır, onun da əmin­lə bağ­lı de­yə­cə­yi söz­lər var.

 

- Ata, fəxr edi­rəm ki, qəh­rə­man Ay­dın Ab­dul­la­yev mə­nim əmim­dir.

 

Ni­cat Ay­dın­dan 8 yaş bö­yük idi. Su­ra­xa­nı ra­yo­nu 287 say­lı mək­təb­də oxu­muş­du. On­dan son­ra qar­daş­la­rı Ca­vad və Ay­dın da hə­min mək­tə­bin mə­zun­la­rı ol­muş­du. Ni­cat İn­şa­at və Me­mar­lıq Uni­ver­si­te­ti­nin Su və qaz təc­hi­za­tı fa­kül­tə­si­ni bi­tir­miş­di, ix­ti­sas­ca mü­hən­dis idi. Əmir­sol­tan ki­şi və Se­vil ana müm­kün qə­dər ba­la­la­rı­na ali təh­sil ver­mək üçün ça­lış­mış­dı.

 

Ni­cat Ay­dı­nın uşaq­lıq­da və ye­ni­yet­mə­lik­də gəz­di­yi hər bir kü­çə­ni, ye­ri qa­rış-qa­rış gə­zir və hər yer­də qar­da­şı­nın izi­ni ax­ta­rır­dı. Gün­lə­rin bi­rin­də yo­lu Ay­dı­nın il­lər əv­vəl məşq et­di­yi və də­fə­lər­lə fərq­lən­di­yi id­man klu­bu­na düş­dü.

 

Ay­dın müx­tə­lif id­man növ­lə­ri ilə məş­ğul ol­muş­du. Son il­lər sər­bəst gü­lə­şə də ma­raq gös­tə­rir­di. Bu sa­hə­də təc­rü­bə­si­ni tək­mil­ləş­dir­mək üçün El­dar Məm­mə­do­vun klu­bu­na ge­dir­di.

 

Ni­cat klu­ba da­xil olan­da qə­ri­bə hiss­lər ke­çir­di. Bir vaxt­lar qar­da­şı bu pil­lə­kən­lə­ri qalx­mış­dı, məşq za­lın­da Ay­dı­nın nə­fə­si, ru­hu do­la­şır­dı.

 

Ni­cat za­la da­xil olan­da qız­ğın məşq ge­dir­di. Mü­əl­lim Ni­ca­tı gö­rüb uşaq­la­rı da­yan­dır­dı.

 

- Bu­yu­run, eşi­di­rəm, qar­daş.

 

- Sa­lam. Mən Ay­dın Ab­dul­la­ye­vin qar­da­şı­yam, adım Ni­cat­dır. Bur­dan ke­çir­dim, aya­ğım mə­ni bu­ra gə­tir­di.

 

- Çox sağ olun ki, bi­zi ya­da sal­mı­sı­nız. Al­lah Ay­dı­na rəh­mət elə­sin. Mən onu uşaq­lıq­dan ta­nı­yır­dım, id­ma­na bö­yük ma­raq gös­tə­rir­di. Uşaq­la­ra tez-tez Ay­dın­dan da­nı­şı­ram. De­yi­rəm ki, Ay­dı­na bən­zə­mə­yə ça­lı­şın, çün­ki Ay­dın tək­cə id­man­çı ol­ma­yıb, o həm də qəh­rə­man idi. Ay­dın hə­lə uşaq­lıq­dan öz ya­şıd­la­rın­dan fərq­lə­nir­di. Dö­yüş ruh­lu gənc idi, hə­mi­şə ya­rış­lar­da fərq­lə­nir­di. Hə­mi­şə bay­raq­da­rı­mız Ay­dın olur­du. O, bay­ra­ğı­mı­zı qü­rur­la qal­dı­rır­dı. Bə­zən məşq za­ma­nı mə­nə də kö­mək edir­di, id­ma­na ye­ni gə­lən uşaq­la­ra yol gös­tə­rir­di. Uşaq­la­rın ha­mı­sı ona qu­laq asır­dı. Ay­dın çox ni­zam-in­ti­zam­lı, dü­rüst oğ­lan idi. Məş­qə hə­vəs­lə gə­lir­di hə­mi­şə, bir də­fə də ol­sun onu hə­vəs­siz gör­mə­dim. Ay­dın heç vaxt məğ­lub ol­ma­ğı sev­mir­di, hə­mi­şə qa­lib olur­du. Li­der­lik Ay­dı­na çox ya­ra­şır­dı. Ay­dın inad­kar­lıq­la, əzm­lə qa­lə­bə­dən-qə­lə­bə­yə doğ­ru ge­dir­di. Onun gö­zəl xü­su­siy­yət­lə­rin­dən bi­ri də o idi ki, qə­tiy­yən rə­qib­dən qorx­maz­dı, qır­ğı ki­mi rə­qi­bin üs­tü­nü alır­dı. Ay­dın ya­rış­la­ra hə­vəs­lə qa­tı­lır­dı. O çox və­tən­pər­vər, ai­lə­si­nə bağ­lı bir gənc idi. Ay­dın hə­mi­şə de­yir­di ki, bey­nəl­xalq id­man ya­rış­la­rı­na qa­tı­lıb Azər­bay­ca­nın üç­rəng­li bay­ra­ğı­nı göy­lə­rə qal­dı­ra­caq. Mən Ay­dı­nın him­ni­mi­zi ne­cə qü­rur­la oxu­du­ğu­nun şa­hi­di ol­mu­şam. O, döv­lət rəmz­lə­ri­mi­zi Və­tən tor­pa­ğı qə­dər çox se­vir­di. O bu sev­gi na­mi­nə də şə­hid ol­du. Onun şə­hid ol­du­ğu­nu eşi­dən­də çox pis ol­dum. Am­ma tə­səl­lim o ol­du ki, Ay­dın şə­hid­lik mə­qa­mı­na ye­tiş­di. Ay­dı­nın sı­ra­mız­da ol­ma­ma­sı mə­nə də, id­man­çı dost­la­rı­na da çox pis tə­sir edir. Bi­zim hə­dəf­lə­ri­miz bö­yük idi. Biz hər il Ay­dı­nın do­ğum gü­nün­də onun xa­ti­rə­si­nə sər­bəst gü­ləş ya­rı­şı təş­kil edi­rik. Qa­lib­lə­ri Ay­dın Ab­dul­la­ye­vin adı­na tə­sis et­di­yi­miz mü­ka­fat­la təl­tif edi­rik. Al­lah Ay­dı­na rəh­mət elə­sin!

Ni­cat qar­da­şı haq­qın­da eşit­di­yi is­ti, sə­mi­mi söz­lər­dən tə­sir­lən­di, ürə­yi köv­rəl­di.

 

Ni­cat bir az məş­qə bax­dıq­dan son­ra evə qa­yıt­dı. O xey­li yün­gül­ləş­miş­di:

 

- Adı­na qur­ban, qar­daş, adın hər yer­də hör­mət­lə çə­ki­lir, -de­yə pı­çıl­da­dı.

 

Eyvazlı, Aida.

Üç nöqtə.- 2019.- 14 iyun.- S.6