“Mingəçevir
işıqları” qəzetinin
70 illik yubleyi keçirilib
Fevralın 28-də “Mingəçevir işıqları”
qəzetinin 70 illik yubleyi qeyd edilib.
Mingəçevirin idarə və müəssisə
rəhbərlərinin, çoxsaylı
ziyalıların
və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar
öncə qəzetin
keçdiyi uzun yoldan bəhs edən videoçarxı
izləyiblər.Modern.az-ın məlumatına görə,
qəzetin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev çıxışında
mərasim iştirakçılarına
təşəkkürünü bildirərək yubilyar nəşrin keçdiyi yola bir qədər
də geniş aydınlıq gətirib. O bildirib ki,
1948-ci ilin fevralında
“Mingəçevir inşaatçısı”
adı ilə işıq üzü görən qəzet 6 il sonra “Mingəçevir işçisi”nə, 1965-ci ildə
“Mingəçevir işıqları”na çevrilib,
1991-ci ildə isə
bağlanıb.1999-cu ildə təsisçi hüququ ilə nəşrin yenidən qeydiyyata alındığını
diqqətə çatdıran F.Nəbiyev
“Mingəçevir işıqları”nın
fəaliyyətindəki spesifik
məqamlardan, kollektivin
üzvlərinin yerli və beynəlxalq təşkilatların müsabiqələrində
dəfələrlə qalib
olduğunu, həm ölkə daxilində, həm də xaricdə təlimlərə
qatıldıqlarını bildirib. Hazırda qəzetin öz
mətbəəsinin mövcudluğunu
deyən baş redaktor 10 ildən artıqdır redaksiyanın
balansında olan media mərkəzində yerli və beynəlxalq
təşkilatlarla birgə
davamlı tədbirlərin,
seminar və konfransların, sərgilərin
və film festivallarının təşkil
edildiyini vurğulayıb.Mingəçevir Şəhər
İcra Hakimiyyətinin
başçı Niyazi
Bayramov yubilyar nəşri öz dəst-xətti olan peşəkar mətbuat orqanı olaraq xarakterizə edib: “Mən 6 ildir ki, bu şəhərdə
icra başçısıyam.
Şəhərə gələndən
Fərman müəllimlə,
onun qəzeti ilə tanışam, o zamandan bu qəzeti
izləyirəm, buradan
bir çox məlumatları əldə
edirəm. Bu gün də gördüm ki, şəhərin sel-su məsələlərini
qəzetdə qabardıblar.
Biz də öz növbəmizdə
çalışırıq ki, qəzetin tənqidlərinə cavab
olaraq, çatışmazlıqları
aradan qaldıraq. Mən çox məmnunam ki, Mingəçevir şəhərində
belə bir demokratik ruhlu, doğruları qələmə
alan qəzet fəaliyyət göstərir.
Buna görə də “Mingəçevir işıqları”nın kollektivinə və baş redaktoruna minnətdaram”, - deyən N. Bayramov qəzetin kollektivininə
70 illik yubley münasibəti ilə təbriklərini çatdırıb.
N.Bayramov
həmçinin qəzetin
səmərəli fəaliyyətinə
və yaranmasının
70 illik yubileyi münasibətilə kollektivi Mingəçevir
Şəhər İcra
Hakimiyyətinin Fəxri
Fərmanı ilə təltif edib.Yubley mərasimində çıxış
edən Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun
Amaşov diqqətə
çatdırıb ki,
Mingəçevirə bu
gəlişi zamanı
çoxlu yeniliklərin
şahidi olub: “Dünən prezident İlham Əliyevin və ölkənin birinci xanımının iştirakilə bu şəhərdə Sənaye
Parkının, “Asan Xidmət” mərkəzinin
və digər obyektlərin açılışı
oldu. Bütün bunlar şəhərin inkişafının göstəricilərdir.
Mingəçevirin inkişafında
yubileyinə toplaşdığımız
bu qəzetin əvəzsiz rolu var. Mənim diqqətimi belə bir yazı cəlb
etmişdi: “Bəlkə
bu qəzet olmasaydı, heç bu şəhər də olası deyildi...” Bu, kifayət qədər ciddi fikirdir. Nəyisə yaratmaq olar, nəyisə qurmaq olar, ancaq
onun salnaməsi olmasa, bütün bunlar tarixin yaddaşına həkk olunmayacaq. Mingəçevir şəhəri qurulandan “Mingəçevir
işıqları” onun
salnaməsini yaradır”,
- deyən Ə.Amaşov
əlavə edib ki, “Mingəçevir işıqları”nın xəbər,
reklam və elanlar şöbələrinin,
poliqrafiya sexinin və media mərkəzinin
mövcudluğu onu müasir tipli müstəqil qəzet kimi xarakterizə etməyə imkan verir. Ə.Amaşov bölgə mətbuatının
inkişafındakı xidmətlərinə
görə və 70 illlik yubileyi münasibətilə “Mingəçevir
işıqları” qəzetini
Azərbaycan Mətbuat
Şurasının diplomu
ilə mükafatlandırıb.
Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki,
“Mingəçevir işıqları”
region mətbuatı içərisində məxsus
yeri olan qəzetdir. Elektron medianın tüğyan etdiyi şəraitdə çap mətbuatını
qorumaq peşəkarlıq
və qətiyyət tələb edir və “Mingəçevir işıqları” buna nail oluib.
Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxışında
“Mingəçevir işıqları”nı
Mingəçeevirin çırağı
adlandırıb: “Hər
səhifədə danışan
bir problem var, bizi maraqlandıran
məsələlər var.
Bu qəzet Mingəçevirin tanıdılmasında
əvəzsiz rol oynayır”Jurnalist Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, bu gün
“Mingəçevir işıqaları”
beynəlxalq təşkilatları
regiona cəlb etməyi bacarıb: “Beynəlxalq Jurnalistlər
Fedarasiyasının ilk
üz tutduğu məkanlardan biri Mingəçevir şəhəridir.Bu
qəzetin iki əməkdaşı- Fərman
bəy və Yeganə xanım isə beynəlxalq jurnalist kartını alan ilk regional
jurnalistlərdir”.Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, yubilyar
nəşr qəzetçiliklə
yanaşı ölkədə
multikultural dəyərlərin
yayılmasında da mühüm rol oynayır.Daha sonra uzun illər qəzetlə fəal əmakdaşlıq edən
bir qrup şəhər sakininə
“Mingəçevir işıqları”qəzetinin diplomları
təqdim olunub.
Üç
nöqtə.- 2018.- 2 mart.- S.8.