“Öz işimi çox sevirəm və heç nəyə dəyişmərəm”
Lalə Abdullayeva: “Həmişə
arzum olub ki, kiçik bir yerim olsun,
orada öz işlərimi nümayiş
etdirim”
“Uşaq yaşlarımdan
həmişə tikməyə,
modellər çəkməyə,
dizayn işlərinə
çox böyük həvəsim olub. İki il otelyedə
çalışmışam. 2007-ci ildə “İtal dizayn” şirkətində
dizayner vəzifəsində
çalışdım. Daha
sonra sənətimi biraz da genişləndirmək qərarına gəldim.
2008-ci ildə “Fruitcoutre”
şirkətində doğranmış
meyvələrin yığılması,
dizaynı vəzifəsində
çalışmışam. Belə ki, dizaynla
bağlı olan hər bir xırdalıq,
hər bir nüans məni cəlb edirdi. Hətta, kollecdə oxuya-oxuya sten qəzetlərini çap edirdim. İndiyə qədər bir-birindən maraqlı işlər görməyə, fərqlənməyə
çalışmışam”– bu sözləri bizimlə söhbətində
bir-birindən maraqlı
və yaradıcı əl işləri hazırlayan müsahibimiz Lalə xanım dedi. Lalə xanım müxtəlif cür bəzək əşyaları, suvenerlər,
toy və nişan üçün kreativ şəkildə bəzənilmiş xonçalar,
təbii güllərlə
dekoratsiya, gözoxşayan
bijuteriyalar və s. hazırlayır. Bu söhbətdən alınan
maraqlı müsahibəni
sizlərə təqdim
edirik.
“Modelyer Konstruktor” fakültəsini qırmızı
diplomla bitirmişəm”
Abdullayeva
Lalə 1985-ci ildə
Bakı şəhərində
gəmiçilər ailəsində
dünyaya göz açıb: “Ulu babalarım Hacı Vahab və Məşhədi
Bəhmən Azərbaycanın
birinci ilk kapitanlarından
olublar. Hacı Vahab babam haqqında
Tarix Muzeyində məlumat və şəkillər də var. 2003-cü ildə Səbail rayonu 189 nöməli məktəbi bitirib, Bakı İdarəetmə
və Texnologiya Kollecinə daxil olmuşam. 2007-ci ildə “Modelyer Konstruktor” fakültəsini qırmızı
diplomla bitirmişəm.
Nişan, toy mərasimlərinin təşkili,
xonçaların bəzənilməsi,
konfet buketləri, təbii güllərlə
dekoratsiya və s. bunlar hamısı mənim sənətim oldu, həyatımın bir parçasına çevrildi. Hər bir xonçanı bəzəyəndə onu
sevərək ürəkdən
edirəm. Hər dəfə “Qoy bu sevinc hər
subay qıza qismət olsun, Amin”- deyirəm”.
Qaynanamla bir-birimizə
stimul olduq”Müsahibimiz deyir ki, uzun müddətdir bu işlə məşğul imiş:
“Ailə həyatı quran zaman toy və nişan bəzəklərini, bəylik xonçalarını özüm hazırlamışam. Qaynanam hazırladığım xonçaları
görəndə çox
bəyəndi və bundan sonra onda
da həvəs yarandı. Beləcə bir-birimizə stimul verdik. Qaynanamın da çox gözəl
əl işləri var, sərgilərdə demək olar ki, əksəriyyət vaxtı bir yerdə iştirak edirik. Qaynanam Zibaxanım mənə biraz da həvəs verdi. Hətta, lazım
olanda onunla məsləhət edirik, bir-birimizin fikirlərini öyrənirik. Onun fikirləri
mənim üçün
önəmlidir. Atalarımız yaxşı deyib, gəlin ocağa çəkər. Mən də
qayananama oxşamışam.
Hər ikimizin də işi bir-birinə yaxındır. Daha sonra
Azad Azərbaycan televiziyasında
yayımlanan “5 gəlin”
verilişinə dəvət
aldım. Orada “Əl
işləri” rubrikasında
biri-birindən fərqli
işlər, bəzək
əşyaları hazırlamağı
öyrədirdim. Bundan sonra
ATV səhər verilişinə
“bunu bacararam” rubrikasına dəvət aldım, orda iştirak etdim”.
“Öz işimi,
sənətimi çox
sevirəm və heç nəyə dəyişmərəm"Lalə xanım deyir ki, hər insan
qarşısına bir
şərt, məqsəd
qoymalıdır. Və o məqsədə çatmaq
üçün var gücü ilə çalışmalıdır: “Öz işimi, sənətimi çox sevirəm və heç nəyə dəyişmərəm. Müxtəlif cür, növbənöv
əl işi nümunələrim var. Hazırda
isə əsas bijuteriyalar hazırlayıram.
İnşallah qızım böyüyəndə
özü istəsə,
marağı olsa ona da bu sənəti
öyrədəcəyəm. Çünki insan bu sənətdən zövq
alır, yeni-yeni işlər hazırladıqca
insanın abu-havası
dəyişilir, ancaq işləmək, qurub-yaratmaq
istəyirsən. Elə əsas
olan da öz işini sevmək, ona sevgi ilə
yanaşmaqdır. Bu günə kimi mənə dəstək verən hər kəsə - qaynanama, anama və xüsusilə
də verilişə çıxmağıma icazə
verən həyat yoldaşıma daima minnətdaram (gülür).
Əgər atam rəhmətə
getməsəydi, əminəm
ki, mənim yerimə çox sevinərdi. Bu sənəti seçdiyim və sevdiyim üçü çox xoşbəxtəm. Mən hər
günümə görə
şükür edirəm”.
“Hazırladığım həmin
abadoklardan birini həmin qızcığazın
saçına taxdım…”
Müsahibimiz bildirdi ki, çox sevdiyi işinin həm maraqlı, həm də çətin tərəfləri var:
“Allah hər zaman insanları çətin sınaqlarla sınayır.
Həyatda heç nə
asan şəkildə
başa gəlmir.
Mən hər bir müştərinin
sifarişini yerinə
yetirərkən onun zövqünü oxşamağa
çalışıram ki,
sifarişdən narazı
qalmasın. Hər bir
insanın zövqünü
oxşamaq isə çox çətin bir məsələdir.
Bu yaxınlarda maraqlı
bir hadisə baş verdi.
Uşaqlar üçün saç abadokları hazırlayıb satışa
aparırdım. Mağazaya yaxınlaşanda
balaca bir qız uşağının
mənə tərəf
baxdığını gördüm.
Əlimdəki işlərə çox böyük maraqla baxırdı.
Anladım ki, uşağın
çox xoşuna gəlib. Amma bildim ki, almağa imkanları yoxdur. Mən həmin abadoklardan
birini həmin qızcığazın saçına
taxdım. Bu zaman onun anasının
necə sevindiyini gördüm. Sizi inandırım
ki, bir uşağın
üzündəki gülüş,
gözündəki sevinc
dünyanın bütün
nemətlərindən üstündür.
Balaca bir uşağı sevindirmək çox böyük bir savabdır”.
“Ev şəraitində işləmək əslində
çox çətindir”
Lalə
xanım hazırda əl işlərini ev şəraitində
hazırladığını dedi: “Uşaqlarım kiçik yaşlı olduqları üçün
hələ ki, işə çıxa bilmirəm. Həmişə arzum olub ki, kiçik bir yerim olsun,
orada öz işlərimi nümayiş
etdirim. İnşallah bu arzum da yerinə yetər. Ev şəraitində işləmək
əslində çox
çətindir. Çünki uşaqlar körpədilər
deyə maneə olurlar. Nə qədər onların
başını qatmağa
çalışsam da, alınmır,
narahatlıqlar olur.
Ona görə də onları yatızdırdaqdan
sonra vaxt ayırıb işlərimi
görürəm”.
“Həmişə müəllimə
işləmək, öyrətmək
arzum olub”
Müsahibimiz deyir ki, ən
çox uşaqlar üçün oyuncaqları
hazırlamağı sevir:
“ Atv səhər
verilişində sevərək
bu oyuncaqların hazırlanma qaydalarını
başa salmışam.
Tələbələrim olsa onlara hər xırdalıqları
sevə-sevə öyrədərəm.
Sözün düzü tələbə
olaraq yazılmaq istəyən xanımlar çox olub. Ancaq sonradan nədənsə xəbərləri gəlməyib. Amma nə zaman öyrənmək istəyən
olsa məmnuniyyətlə
öyrədərəm. Həmişə müəllimə işləmək, öyrətmək
arzum olub. Ancaq təəssüf ki, diplomum bu sahəyə
uyğun gəlmir.
Bu yaxınlarda oxuduğum 189 saylı məktəbdə ikinci sinif şagirdlərinə
Master Klas keçəcəyəm”.
“Kaprizni müştərilər
həddindən artıq
çox olur”
Lalə
xanımın sözlərinə
görə, müştəriləri
razı salmaq isə çox asan deyil, əksinə
çox çətindir:
“Çünki kaprizni
müştərilər həddindən
artıq çox olur. Onların zövqünü anlamağa, nə istədiklərini başa
düşməyə çalışıram.
Hələ indiyədək
işlərimdən narazı
qalan müştərim
olmayıb, sifarişlərdən
çox razı qalırlar. Əl işlərinin hazırlanmasına
isə xeyli vaxt sərf edirəm. Ümumiyyətlə, bir işi görəndə gərək
ora ürəyini, canını qoyasan, dünya içində dünya qurasan. Müştərilərimin
sevinci mənim də sevincimdir”.
Könül
Əhmədova
Üç
nöqtə.- 2018.- 6 mart.- S.7.