Akademik Milli Dram
Teatrında “Bir, iki – bizimki!” tamaşasının premyerası
keçirilib
Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!”
tamaşasının premyerası
olub Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın
“Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan
tamaşanın premyerası
olub.APA-nın məlumatına
görə, Abbas Mirzə
Şərifzadə adına səhnədə
nümayiş olunan tamaşadan əvvəl çıxış edən
teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında danışıb. Teatr
rəhbəri bildirib ki, “Bir, iki
– bizimki!” Azərbaycanın
böyük teatr xadimi Abbas Mirzə
Şərifzadənin adını
daşıyan səhnədə
nümayiş olunan ilk tamaşadır: “Yeni yaradılan səhnəmizin qapılarını
tamaşaçıların üzünə açmağımızdan
kollektiv olaraq çox məmnunuq. Bu səhnədə yeni tamaşalarla teatrsevərlərin görüşünə
gələcəyik. Martın
29-da “Qəribə əhvalat”
adlı premyeramız olacaq”.Daha sonra tamaşa nümayiş olunub.
Səhnə əsərinin
quruluşçu rejissoru
Əlif Cahangirli, rəssamı əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, işıq rəssamı
Rafael Həsənov, səs
rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsərinin
bədii rəhbəri
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad
Məmmədov, aktyorlar
İlahə Həsənova,
Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış
edir.
Üç nöqtə.- 2018.- 29 mart.- S.12.