Tbilisinin, o dövrkü Sovet
İttifaqının caz
şəhərinin cemseyşeni
Vaqif Mustafazadə
Böyük Azərbaycan musiqiçisi,
pianoçusu və bəstəkar, Azərbaycan
caz musiqisinin banisi və yeni caz üslubunun
yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə
1940-cı il martın
16-da Bakı şəhərində
anadan olmuşdur. Atası erkən vəfat etdiyindən onun təlim-tərbiyəsi
ilə ixtisasca pianoçu, musiqi müəllimi olan anası məşğul olmuşdur. V. Mustafazadə
uşaqlıq vaxtlarından
klassik fortepiano, milli musiqi və
cazla məşğul
olur ki, bu da sonralar
onun musiqi maraqları sahəsini müəyyən
edir.
Vaqif Mustafazadə
öncə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alır,
1963-cü ildə oranı
bitirəndən sonra Bakı Musiqi Akademiyasına daxil olur. İlk məşhurluq da elə bu zaman
gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış
edir. O, əsasən
klassik caza, bluza və oynaq
mahnılara üstünlük
verir. İntensiv piano təcrübəsi keçir
və nəhayət, 25 yaşında
təkcə doğma Bakıda deyil, eləcə də Tbilisidə çıxış
edir. 1965-ci
ildə o, həmin vaxtlar populyar olan “Orera” ansamblında
fəaliyyət göstərmişdir. Sonra Gürcüstan Dövlət
Filarmoniyasında “Qafqaz”
caz üçlüyünü
yaradaraq konstrabasçı
Geno Nadiraşvili və dəfçi Feliks Şabsi ilə birlikdə çıxış etmişdir.
1971-ci ildə “Leyli”
vokal kvartetini yaradan V. Mustafazadə
1971-ci ildən 1977-ci ilədək
“Sevil” vokal-instrumental qrupuna başçılıq
edir.
“Qafqaz” triosunun tərkibində “Tallin-66” caz
festivalında onun uğurlu debütü olmuşdur və onun buradakı çıxışı bakılı
Rafiq Babayevin diqqətini cəlb etmişdir. Onlar birgə yaradıcılıq
sayəsində şərq
üslubunda cazın yaradılmasını qərara
alırlar.
Bakıda
keçirilən “Caz-69” festivalında
o, özünün “76” kompozisiyasını
ifa etmiş və əsərin kulminasiya nöqtəsində
“Bayatı-Şiraz”ı səsləndirmişdir.
Çıxışdan sonra
ürək çatışmazlığından əziyyət
çəkən Vaqifi
təcili olaraq onun çoxsaylı qohum və dostlarının
toplaşdığı evə
aparırlar. Haldan düşməsinə baxmayaraq
Vaqif anasından onun üçün “Bayatı-Şiraz”ı
ifa etməyi xahiş edir və həmin gün yeni musiqi
janrı olan “Caz muğamı” yaranır. O, Azərbaycan musiqisinin klassik amerikan caz musiqisi ilə
sintezini yaradaraq, Azərbaycan muğam-caz hərəkatının memarı
olur.
1976-cı
ildə Vaqifin “Caz kompozisiyaları” adlı valı buraxılır.
Bu, o dövrkü Sovetlər
İttifaqında ilk val-qiqant
idi. Burada caz pianoçusu ansambl
olmadan solo ifa edirdi.
Sonra
“Tbilisi-78” Ümumittifaq festifalı keçirilmişdir ki, burada da Vaqifin “Muğam”həmin ansambl eyni tərkibdə Riqanın “Yay ritmləri” festivalında çıxış
edir və Vaqif tərəfindən ifa olunan kompozisiyaların
ən yaxşılarından
ikiqat albom yazırlar.
Vaqif Mustafazadə
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq
Caz Festivalında “Əzizəni gözləyirəm”
musiqi əsərinə
görə birincilik qazanmışdır.
O, 1979-cu ildə Azərbaycanın Əməkdar incəsənət
xadimi adına
layiq görülmüşdür.
1982-ci ildə isə, artıq ölümündən sonra
Azərbaycanın Dövlət
mükafatına layiq göülmüşdür. O, fortepiano konsertlərinin, muğam simfoniyasının və digər fortepiano incilərinin
müəllifidir.
Onlar arasında
Vaxtanq Kikabidze, Nani Breqvadze, El Di Miola, Danil Kramer, İqor Bril..., neçə-neçə başqaları
var.
Tbilisinin, o dövrkü Sovet İttifaqının caz şəhərinin cemseyşeni
Vaqif Mustafazadə Gerşvinin “Mənim sevdiyim insan” pyesini ifa etmişdir. Məşhur
amerikan gitaraçısı
Bib Kinq demişdir: “Vaqif, siz musiqini
elə ifa edirsiniz ki, biz onu elə ifa
edə bilmirik”.
Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da təkrar ürək çatışmazlığından dünyasını dəyişhmişdir.
Ölümündən illər ötməsinə
baxmayaraq, dünyanın
böyük musiqiçiləri
bu günə kimi Vaqif Mustafazadənin
sənəti barədə
heyranlıqla danışırlar.
Mirzə Məmmədoğlu
Üç
nöqtə.- 2018.- 30 mart.- S.12.