Şairin Tanrı sövdaları...

 

Azərbaycan poeziyasına Tanrı təsəvvürü ( bütün mərhəm metafizikası ilə Tanrı obrazı) uzun fasilədən sonra bir keçən əsrin 70-ci illərində gəldiAncaq qəti şəkildə demək olar ki, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadəkimi şairlərin poetik-fəlsəfi təfsirində bu yeni bir Tanrı idi. əsas da o idi ki, hər şairin öz Tanrısı, hər Tanrının da onu «yaradan» şairin idyea-estetik marağından irəli gələn öz missiyası vardı.

 

Şeir yazmağa ( şair olmağa!) vaxtdan başladığını ancaq Tanrı bilən Dəyanət Osmanlı da öz böyük sələfləri kimi dərhal ( təbii olaraq!) O Kişinin ətəyindən yapışdı

 

Mən Tanrının lal diliyəm,

hərə bildiyin anlayır.

Ağzımda sözüm quruyub,

hərə bir dildə oxuyur.

 

Səhranın kor bulağıyam,

dəvələr üfürüb içər.

Türkün vahim sorağıyam,

səsimdə yovşanlar bitir.

 

Ulu yolun sükutuyam,

izimdən fəryad boylanır.

İtmiş ruhumun quluyam,

kölgəmin köksü atlanır.

 

Ancaq bu, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadəninyox, tamamilə başqa TanrıTürk Tanrısıdır ki, onun ən azı I minilliyin ortalarından (ən çoxu isə e.ə. III minillikdən) gələn konkret etnoqrafik tarixi var bununla belə, türklərin dünyanın müxtəlif dinlərinə ( İnsanın Tanrı axtarışlarına) ehtiramının təzahürüdür ki, həm Azərbaycan dilində, həm Azərbaycan poeziyasının dilində Tanrı tək deyil, Tanrı-Təla var, Allah var, İlahi var, Haqq var, Xuda var, Pərvərdigar var, Yaradan varYaradana etiqad, yaradılana hörmət var

 

ona görə şai,r yaradılana hörmətin təzahürü olaraq Tanrısına tövsiyə verməkdən çəkinmir:

 

Yolsuz bir səyyaham,

öz kölgəmin izindəyəm

Tanrıya tövsiyəm var:

min illərin sınağında uduzan

alnımdakı mənasız cümləyə

qara bir nöqtə qoyulsun.

 

Açılsın bütün umacaqlarımız,

bitsin bu səbrin mistik əzabı.

Sən min yerə yozulan sözünün,

mən küskün canımın sahibi olum.

 

Tanrı dərəcədə hökmlüdür onu bilmək bizə düşməz, ancaq özünə ( öz aləmində) bir «Tanrı yolu» tutub «öz kölgəsinin izi» ilə gedən şairin «hökm»ü varNəsimi «Həqq mənəm, Həqq məndədir, Həqq söylərəm» demişdi. Dəyanət birbaşa elə demir, ancaq dahi sələfindən daha səmimi, daha təvazökar daha analitik danışır. Əslində isə, Tanrıya qahmar durmaqla o da «Həqq mənəm» deyir:

 

Tanrının qoca vaxtında

insanlıq üzərinə,

tale- qismətin qanına yerikləyib

alın yazısını

dəyişmək eşqinə düşənlər var.

Ölüm- dirim fərmanında

Tanrıya ortaq bir iddiada bulunmaq

əkməyini göz yaşı isladanların

bayramını kutlamaq

zalımın görəvi olmasaydı

 

İnsan Tanrı övladıdırsa, vay o kəsin halına ki, öz Yaradanına asi olur. Ancaq Dəyanət Osmanlının poetik- metafizik interpretasiyasında İnsanın öz Tanrısına asi olmağının da izahı var:

 

Məni Tanrı yaradıb deyə

heç təsəllim olmadı.

Dar macalda tərk edənlər

peşmanlıq içində

xoş günüm olmadığını sanıb,

bəlkə , ömür boyu

bir daha xatırlamadı.

 

Şair əmindir ki, İnsanla Tanrı arasındakı münasibətlərdə bir «əğyar» (Şeytan!) var. ona da əmindir ki, elə bu Şeytanəğyar») da İnsan üçün təsəvvür olunmayacaq qədər «əziz»dir:

 

Tanrıda insaf varsa,

könlüm- gözüm toxtayar.

Sənin qursağın dar,

sevgin yaşadar,

rəhmin

tabutumu oxşayar,

əzizim.

 

Azərbaycan poeziyasının min illik tarixində «aşiq»in, «məşuq»un mistik mənşəyi məlum deyil. Məlum olan odur ki, hər ikisi İlahi mənşəyə iddialıdır. Ancaq bütün bu iddiaların tən ortasında yenə bir Şeytan var

 

Hikkəli dualar göyün üzündə

didir bir- birini qarğa- quzğuntək

Aman vermədən öldürən ,

aman diləyən Tanrını səslər.

İmdada hər zaman fələk yetişər.

 

Dəyanət Osmanlı bütün şairlər kimi bəzən Tanrının tərəfindədir, Şeytanın (Fələyin)… Hər şeydən əvvəl ona görə ki, şair Şeytan qədər üsyankardır, Tanrı qədər təmkinli. Ancaq məsələnin mürəkkəbliyi burasındadır ki, Şairdə həm Tanrı, həm Şeytan var, həm Şairlik «diplomatiya»sı

 

Əfəndim Tanrı,

birdən anlamazsan dilimi,

sözümdə özünü tanımazsan deyə

mən son sözümü belə

unutmaq zorundayam

fani bir həyat kimi.

 

Bunu ancaq Şair deyə bilər!.. Bu qədər diplomatik nitq Tanrı dərgahında ancaq Şairə məxsusdur!.. bu «qələt»i heç Şeytan da eləyə bilməz!..

Böyük Vaqif Cəbrayılzadə demişdi axı: «Gülləliyin şairləri!..» verdiyi hökmün icrasını gözləməyə hövsələsi çatmadan özündən başlayaraq bütün şairləri son nəfəsinə qədər «güllələmişdi»… Ancaq faydası olmadı… «…Yerdən çıxar, Göydən yağar aşiq»…

Dəyanət Osmanlı qədər səmimi olsa da, yenə iddialıdır. Çünki ŞairdirSabir necə deyirdi?.. «Şairəm çünki, vəzifəm budur əşar yazım»…

 

Sevinəndə

Tanrını dost kimi əzizlədim,

acı çəkəndə

düşmən kimi darıldım adına.

Şeytankeçməz yollarda

səbirsiz var- gəl edib

hesab çəkməyə

bir suçlu görmədim.

 

Tanrı!.. Yol!.. Əslində, Yol ancaq Tanrıya məxsusdur!.. Şeytanın ( Fələyin) Yolu yoxdur, Dolanbacları var ki, onun da sonuna gedib çıxmaq mümkün deyil, onun Yoldan azmağı var.

 

Tanrı haqqı, Dəyanət Osmanlı gözəl deyir:

Mən bir yolçu ilan,

sanki həyatın rəsmi

üzümdə donmuş,

dilimdə yollar haçalanmış,

dişlərimdə ağıya dönmüş

Tanrının verdiyi ruzi.

 

Dəyanət Osmanlı Tanrı haqqında yalnız gözəl demir, həm onu gözəl təhlil edirÇünki bu ilk növbədə onun özünün Tanrısıdır

 

Bu sənmisən,

Tanrım,

verdiyin dillə əzizlənib,

can əvəzi verdiyin sözlə söyüldün

güc verdiyin qolla döyüldün

 

bu söyülən, döyülən Şairin özüdür. Çünki Dəyanət Osmanlı özünü, bir Şair ( İnsan) olaraqTanrı ilə sövdalarda dərk ( təsdiq!) edir

 

Nizami Cəfərov, akademik

Üç nöqtə.- 2018.- 2 may.- S.12.