Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib

Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilənNəsimi - poeziya, incəsənət mənəviyyat festivalıçərçivəsində baş tutub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib: “Biz bu gün böyük şair, filosof mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə yaşayır aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər - poeziya, musiqi rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.

Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, “Qala”, “Atəşgah məbədiqoruqlarında əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün çox aktualdır. Çünki bizim vəzifələrimizdən arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini xeyirxahlığını görmək lazımdır.

HamınızaÇox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm”.

Sonra Leyla Əliyeva öz şeirini oxuyub.

MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirib ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir. O deyib: “Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan ərəb dillərində poeziyaya bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb”.

Anatoli Torkunov çıxışının sonunda deyib: “Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - bu çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bununla razılaşmaya bilməz. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə, ilk növbədə, insanın böyüklüyünü, bəşəri sevgini şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin xalqın mənəviyyatından qaynaqlanan parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu müxtəlifliyi ilə əks etdirib. Ustadın yaradıcılığı Azərbaycan xalqının bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib göstərməkdədir”.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya Anatoli Torkunova minnətdarlığını bildirərək deyib: Bu iki parlaq çıxışdan sonra mənə burada böyük Azərbaycan şairi, mütəfəkkiri filosofunun büstünü açmaq üçün yaradılan gözəl fürsətə görə, ilk növbədə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorluğuna təşəkkürümü ifadə etmək qalır. Anatoli Vasilyeviç çox doğru dedi ki, bu büst burada oxuyan tələbələrə həmişə xatırladacaq ki, onlar çox savadlı insanlar olmalıdırlar. Nəsimi fəlsəfəsinin dərinliyini başa düşmək onlar üçün çox faydalı olacaq”.

Büstün yaradılmasına görə Heydər Əliyev Fonduna heykəltəraşa təşəkkürünü bildirən səfir qeyd edib ki, Fondun təşkilatçılığı köməyi olmadan bunu həyata keçirmək çox çətin olardı. Göstərdiyi dəstəyə tez-tez Moskvaya səfər etdiyinə görə Leyla Əliyevaya təşəkkür edən Polad Bülbüloğlu deyib: “O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-a başçılıq edir, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Budur, bu gün biz bu universiteti bitirən hörmətli Prezidentimizin alma-materinə toplaşmışıq. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün bu universitet çox dəyərlidir, çünki Ümummilli liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Buna görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bizim üçün kənar ev deyil. Biz həmişə burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk”.

Bugünkü tədbirin Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə, müəllim professor heyətinə uğurlar arzulayıb, tələbələrə müraciətlə deyib: “Yaxşı oxuyacaqsınız, bizim Prezidentimiz kimi, öz ölkənizdə prezident olacaqsınız. Sizə uğurlar diləyirəm”.

* * *

Açılış mərasimində Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən Qorxmaz Axundovun müşayiəti ilə Nəsiminin şeirlərini oxuyub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. MoskvadaNəsimi - poeziya, incəsənət mənəviyyat festivalıdahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının bir hissəsidir. Festivalın məqsədi Şərqin ən böyük şair mütəfəkkirlərindən birinin yaradıcılığını təbliğ etmək, habelə Azərbaycan Rusiya arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfəNəsimi - poeziya, incəsənət mənəviyyat festivalıkeçirilib. Festival çərçivəsində şairin anadan olduğu Şamaxı şəhərində Bakıda müxtəlif incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, habelə mühazirə, simpozium seminarlar təşkil edilib.

Üç  nöqtə.- 2018.- 21 noyabr.- S.7.