Kinomuzun Dədə Qorqudu...
O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski
və başqa neçə-neçə unudulmaz
obrazlar yaradıb. “Böyük dayaq”
filmində çəkildiyi
ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi
özünün böyük
potensialı olduğunu
sübut edib. Yaratdığı rolların
xarakterik xüsusiyyətləri
həm də həmin obrazların qəhrəmanlardan ibarət
olması idi...AZƏRTAC
xəbər verir ki, bu gün
kino sənətimizin inkişafında böyük
xidmətləri olan, Dövlət mükafatları
laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il
ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı
Sərəncamla ölkəmizdə
ölməz sənətkarın
yubileyi silsilə tədbirlərlə qeyd edilir.Sərəncamda deyilir:
“Həsən Məmmədov
Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz
ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı
surətlərlə ölkənin
mədəniyyət xəzinəsini
zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük
yaradıcılıq potensialını
təcəssüm etdirən
rəngarəng obrazlar
qalereyası kinematoqrafiyamızın
və teatr salnaməmizin mühüm
nailiyyətlərindən olub
yüksək əxlaqi
keyfiyyətlər aşılayır
və gənc nəslin milli-mənəvi
irsə ehtiram ruhunda tərbiyəsində
əhəmiyyətli rol
oynayır”.Görkəmli
aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də
Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta
məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə
daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların
yardım heyətində
aktyorluq edib.
1958-ci ildə Mirzağa
Əliyev adına
Azərbaycan Dövlət
Teatr İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə
daxil olub. Tələbəlik illərində müəyyən
fasilələrlə Dövlət
radiosunda diktor işləyib, 1962-ci ildə
məşhur səhnə
xadimi Mehdi Məmmədovun
kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Həmin ildən başlayaraq on il
ərzində kino çəkilişlər ilə
əlaqədar fasilələrlə
burada çalışıb.
Kino aktyoru kimi ildən-ilə
məşhurlaşan Həsən
Məmmədov 1972-ci il fevralın 2-də
“Azərbaycanfilm” kinostudiyasına
işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” dramının tamaşasında
İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci
ildən ömrünün
sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş
Azərbaycan və əcnəbi dramaturqlarının
əsərlərinin tamaşalarındakı
səhnə obrazları
var.
Kinoda çəkildiyi
çoxsaylı rollar
Həsən Məmmədovun
yaradıcılığında xüsusi yer tutur. O, “Böyük
dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman),
“Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım”
(Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar),
“Bir cənub şəhərində” (Murad),
“Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir”
(General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala),
“İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən
əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.
Həsən Məmmədov teatr
və kino sənətində göstərdiyi
xidmətlərə görə
1971-ci ildə Əməkdar
artist, 1982-ci ildə isə Xalq artisti
fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət,
"Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının
Dövlət mükafatları
ilə təltif edilib.
Görkəmli aktyor 2003-cü ildə vəfat edib.
Üç nöqtə.- 2018.- 23
noyabr.- S.12.