İnzibati məhkəmə
icraatını həyata keçirərkən hakimlər
müstəqildirlər
Qərarın qəbul edilməsi ilə əlaqədar
hakimin birbaşa və
ya dolayı göstərişlər
gözləməsi və ya belə
göstərişləri qəbul etməsi yolverilməzdir
Hüquqi
dövlət quruculuğunda həyata keçirilən islahatlardan
biri məhkəmə-hüquq islahatları ilə
bağlıdır. Bu, ilk növbədə məhkəmələrin
müstəqilliyinin gücləndirilməsi, məhkəmələrin
fəaliyyətində şəffaflığın təmin
edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında
müəyyən edilməsi, fəaliyyətlərində
sui-istifadəyə yol vermiş hakimlər barədə intizam
məsuliyyətinin gücləndirilməsi, məhkəmə
hakimiyyətinin özünüidarə funksiyalarını həyata
keçirilməsini nəzərdə tuturdu.
İslahatlar
çərçivəsində regionların sosial-iqtisadi
inkişafı şəraitində əhalinin hüquq
institutlarına və hüquqi yardıma tələbatının
ödənilməsi üçün regionlarda yeni apelyasiya və
iqtisad məhkəmələr yaradıldı, vətəndaşların
narazılıqlarına səbəb olan sui-istifadəyə,
süründürməçilik, korrupsiya hallarının və
digər nöqsanların aradan qaldırılması, ədalət
mühakiməsinin səmərəliliyinin, məhkəmə
qərarlarının icra vəziyyətinin
yaxşılaşdırılması və vətəndaşların
məhkəmələrə inamının
artırılması, məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılması, yeni informasiya
texnologiyalarının tətbiq edilməsi, məhkəmə
aparatlarının strukturunun və işinin daha optimal şəkildə
qurulması, texniki təchizatının yüksəldilməsi,
habelə digər mühüm məsələlər öz həllini
tapdı. Ölkədə ədalət mühakiməsinin
yüksək səviyyədə həyata keçirilməsi
üçün hər cür şərait yaradıldı,
Qeyd
edək ki, Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinə əsasən, hər kəsin hüquq
və azadlıqlarının məhkəmədə müdafiəsinə
təminat verilir. Hər kəs dövlət
orqanlarının, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli
şəxslərin qərar və hərəkətlərindən
(yaxud hərəkətsizliyindən) məhkəməyə
şikayət etmək hüququ təmin edilir.
İslahatlar
çərçivəsində Azərbaycan
Respublikasının məhkəmə icraatı tarixində
yeni mərhələnin başlanğıcını qoyan Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsinin
qəbul edildi ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində
təsbit edilmiş hüquq və azadlıqların məhkəmə
vasitəsi ilə təmin edilməsinin təcəssümüdür.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
inzibati hüquq
münasibətləri ilə bağlı mübahisələrin
məhkəmə aidiyyətini, həmin mübahisələrə
məhkəmədə baxılmasının və həll
edilməsinin prosessual prinsiplərini və
qaydalarını müəyyən etdi.
Bu Məcəllə
ilə başqa qayda
müəyyən edilmədiyi və bu Məcəllə
ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd
olmadığı hallarda, inzibati
mübahisələrə dair işlər
üzrə məhkəmə icraatında (bundan
sonra - inzibati məhkəmə
icraatı) Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin
müddəaları tətbiq oluna bilər.
Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsinin
2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət
qaydası müəyyən edilməmişdirsə, inzibati
mübahisələrə dair işlər üzrə məhkəmə
icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi
kollegiyalar tərəfindən həyata keçirilir.
İnzibati Prosessual Məcəllənin 3-cü maddəsilə də inzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları tənzimlənir. Qanub hakimlərin müstəqilliyi prinsipini də tənzimləyir. Bildirilir ki. inzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. Qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir.
Respublikanın inzibati-iqtisadi məhkəmələri və apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılmış inzibati mübahisələrə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsinin nəticələri göstərir ki, məhkəmələr tərəfindən həmin kateqoriyadan olan mübahisələrə baxılarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və bununla bağlı digər qanunvericilik aktlarının müddəalarının tətbiqində səhvlərə, prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilir. Bu cür səhvlərə və prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına, ilk növbədə mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsində yol verilir.
Unudulmamalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Ona görə də “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması Bu qanunun yolverilməzdir. Bu qanunun 16-cı maddəsi hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılmasını tənzimləyir. Maddədə bildirilir ki, birinci instansiya, appelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir.
Azərbaycan Respublikasi
qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin
qərəzsizliyinə şübhə doğuran
hallar yarandıqda hakim
həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılır. 17-ci maddədə
isə qeyd olunur ki, məhkəmə tərkibi ilə məhkəmə
iştirakçıları arasında , yaxud
işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və kassasiya
instansiyası məhkəmələri arasında qanunda nəzərdətutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir.
Azərbaycan Respublikasının məhkəmələri
ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin
yüksək statusuna uyğun
olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə
imkan verən, hakimlərin öz
iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.
Ədalət
mühakiməsinin həyata keçirilməsinə dair
müddəaların pozulması isə qanunda nəzərdə
tutulmuş hüquqi nəticələrə səbəb olur.
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli
qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin
dəqiq göstərilməsinin vacibliyini
xüsusi vurğulayıb. Avropa Məhkəməsi “Bezımyannaya
Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr
2009-cu il tarixli qərarında
qeyd etmişdir ki, dövlətlərin məhkəmə
sistemlərində ayrı-ayrı məhkəmələr
arasında aidiyyət məsələlərini müəyyən
edən meyarlar ədalət mühakiməsinin
lazımi qaydada həyata keçirilməsinin
təmin edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
Üç nöqtə.- 2018.- 2
oktyabr.-S.9.