“Turetski xoru” Heydər Əliyev Mərkəzində
çıxış edib
Ötən
gün Rusiyanın məşhur “Turetski xoru” qrupu Heydər
Əliyev Mərkəzinin
səhnəsində çıxış
edib.
ATV.az xəbər verir ki, konserti
izləyənlər arasında
Birinci vitse-prezident Mehriban Əliyeva da olub. Art
qrup konsert proqramında repertuarında
olan ən məşhur kompozisiyaları
təqdim edib. Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına sahib qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail
Turetskidir. Qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək,
cazdan xalq mahnılarınadək müxtəlif
janrlarda ifa edir. Kollektiv Rusiyanın müxtəlif
şəhərlərində mütəmadi konsertlər
verməklə yanaşı,
tez-tez Baltikyanı ölkələrdə, Almaniya,
Amerika Birləşmiş
Ştatları, Kanada,
İsrail və Belarusda çıxış
edib. Fərqli dillərdə hitlər səsləndirən “Turetski
xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi
də olub. Qrup Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını
ifa edib. Konsertdən sonra birinci vitse-prezident Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşüb, onlarla
xatirə şəkli
çəkdirib
Üç nöqtə.- 2018.- 12 oktyabr.- S.12.