Fransanın Konyak şəhərində
Məhsəti Gəncəvinin
heykəli ucaldılıb
Əsas məqsədlərindən
biri Azərbaycan mədəniyyətinin dünyada
geniş təbliği
olan Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi:
XII əsrlə XXI əsri
birləşdirən ədəbi
körpü” adlı layihəsi çərçivəsində
bir çox şəhərlərdə tədbirlər
təşkil edib. Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya
şöhrətli rübailər
ustası Məhsəti
Gəncəvinin heykəlinin
açılış mərasimi
olub.Azərbaycanın Fransadakı
səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının
ilk layihəsi olan Məhsəti
Gəncəvinin heykəlinin
şəhər mərkəzində,
meriyanın bağında
ucaldılması burada
əsl Azərbaycan mühiti yaradıb.XII əsrin Azərbaycan intibah mədəniyyətinin
zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından
biri, poetik yaradıcılığı yerli
və xarici şərqşünasların diqqət mərkəzində
olan və yüksək qiymətləndirilən
Məhsəti Gəncəvinin
ağ mərmərdən
hazırlanmış heykəlinin
açılış mərasimi
Konyak şəhərinin
meri Mişel Qurənşanın çıxışı
ilə başlayıb.Konyak
şəhərinin meri
əvvəlcə ölkəmizlə
əlaqələrdən
danışıb. O, Konyakın
minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin
iştirakını, iki
şəhər arasındakı
mədəni əlaqələrin
getdikcə daha da möhkəmləndiyini
qeyd edib. Məhsəti Gəncəvinin
abidəsinin və “Oranjeri” zalının açılışının ikitərəfli münasibətlərin
zənginləşməsinə xidmət edəcəyini bildirib. “Orenjeri”
zalının sərgilərin
təşkil olunmasına,
hər iki şəhərin sakinlərinin
bir-birinin mədəniyyətini
yaxından tanımasına
imkan yaradacağını
vurğulayıb.Sonra Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyov
çıxış edərək
ölkəmizin zəngin
tarixi, mədəniyyəti,
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında
geniş məlumat verib.Diplomat Tovuz və Konyak şəhərləri arasında
imzalanan qardaşlaşma
xartiyasına toxunaraq ikitərəfli münasibətlərin
inkişafında onun
rolunun əhəmiyyətini
qeyd edib. O, Məhsəti Gəncəvinin
hələ XII əsrdə
əsərlərində qadınların
hüquqlarını və
kişi-qadın bərabərliyini
müdafiə etdiyini diqqətə çatdırıb.
Məhsəti Gəncəvinin əsərlərinin
bu gün bir çox dillərə tərcümə
olunduğunu və sevilə-sevilə oxunduğunu
bildirib.E.Əmirbəyov Məhsəti
Gəncəvinin əsərlərinin
900 illiyinin 2013-cü ildə
UNESCO-da təntənəli
şəkildə qeyd
olunduğunu, Heydər
Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti
Gəncəvi adına
zalın fəaliyyət
göstərdiyini diqqətə
çatdırıb. O, Konyakda Azərbaycanın böyük şairəsinin
xatirəsinə göstərilən
ehtirama görə təşəkkürünü bildirib.Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Məhsəti Gəncəvinin
yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.Tədbir iştirakçıları Məhsəti Gəncəvinin
heykəlinin müəllifləri
Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları
bu ecazkar əsərə görə
təşəkkür ediblər.Açılış
mərasimindən sonra
meriyada təşkil olunan kokteyldə tarzən Rövşən
Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə
Gülay Zeynallı muğamlarımızı ifa
edib. Tədbir iştirakçıları Azərbaycan
muğamlarına valeh
olduqlarını bildiriblər.
Üç nöqtə.- 2018.- 23
oktyabr.- S.12.