Yarım əsrlik yaradıcılığı
ilə kinomuzun inkişafına töhfələr
verən böyük sənətkar
Bu gün Xalq artisti Muxtar
Dadaşovun anadan olmasından 105 il
ötür
Kino tariximizdə layiqli iz qoyan, dərin
məzmunlu yaradıcılığı
ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan
biri də tanınmış rejissor,
Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib.
Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir.
NUHÇIXAN
xəbər verir ki, bu gün
Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 105-ci
ildönümü tamam
olur
O,
1913-cü il sentyabrın 11-də Bakıda
anadan olub. Hələ erkən yaşlarından
tale onun yolunu böyük sənət məbədindən salır.
Belə ki, Akademik Milli
Dram Teatrının səhnəsində
görkəmli dramaturq
Cəfər Cabbarlının
“Sevil” tamaşasında
Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət
ustaları ilə bir yerdə çalışmaq arzuları
baş qaldırır.
1929-cu ildə Gənc Tamaşaçılar
Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır.
Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə
düzəlir. Bir sıra
sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin
çəklişində iştirak
edir. Təhsilini başa vurduqdan
sonra böyük ümidlərlə vətənə
dönür, kinostudiyada
operator işinə qayıdır.
1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında)
quruluşçu operatoru
olur.Dövrün mühüm
ictimai-siyasi hadisələri
onun lentə aldığı sənədli
filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz
təbiəti, tarixi şəxsiyyətləri kino
dili ilə tərənnüm olunub.O,
kino haqqında danışanda deyərmiş:
“Kino həyatın aynasıdır.
Sabir demişkən, “düzü-düz,
əyrini-əyri” əks
etdirməyə qadir olan möcüzədir.
O, mənən saf, canını sənətə
fəda edən istedadlı və
professional şəxslərin əlində olmalıdır”.
Doğrudan da, o, kinoya qəlbən
bağlı olub.
Ekran əsərlərində fərdilik
qabarıq şəkildə
görsənib. 1953-cü ildə lentə aldığı “Arazın
o tayında” filmində
qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb.Muxtar Dadaşov
1945-ci ildə çəkilən
“Arşın mal alan” filmində
operator köməkçisi olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəklişlərindən
söz düşəndə
Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi.
“Kəndlilər”, “Yeni
horizont”, “Vətən
oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.Quruluşçu
rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman
Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran
əsərində bir
çox görkəmli
sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov…
Muxtar Dadaşovun
“Bakıda küləklər
əsir” filmi müharibə mövzusunda
çəkilən dəyərli
ekran əsərlərindəndir. O, müharibə
mövzusunda hələ
1943-cü ildə “Bakı
döyüşür” adlı
sənədli film çəkmişdi. Maraqlıdır
ki, o, müharibənin
gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini,
kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən
G.Əliyevi, A.Nematullanı,
R.Rüstəmovu və
başqalarını bu
filmə çəkir.
Sonra bu filmi genişləndirərək
“Bakı-42” adı ilə
lentə alır. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır.
Nəhayət, 1974-cü ildə
“Bakıda küləklər
əsir” bədii filmini çəkərək
istədiyinə nail olur. Filmdə xalqımızın müharibə illərində
arxa və ön cəbhədə göstərdiyi hünəri,
casusların ifşa edilməsində qəhrəman
kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları
nəticəsində Bakının
neft mədənlərinin
partladılmasının
qarşısının alınmasını
ustalıqla əks etdirir.
O həm də
araşdırıcı rejissor
olub. Çəkdiyi tarixi filmlər üçün zəngin
material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966)
çəkilişi zamanı
da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
Muxtar Dadaşovun
yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində
göstərilib. Onun
“Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl
medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb. Sənətkarın gərgin
və yaradıcı əməyi dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. O, Əməkdar
incəsənət xadimi,
Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət
mükafatı laureatı
olub.
1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də
sənətsevərlər tərəfindən
hörmət və məhəbbətlə yad
edilir. Çəkdiyi
ekran əsərləri
xalqımızın milli-mənəvi
dəyəri kimi qorunub saxlanılır.
Üç
nöqtə.- 2018.- 12 sentyabr.- S.12.