"Əvvəldən necə
yaşamışamsa o cur də
yaşayıram
“Bu
gün 85 yaşım tamam olur. Srağagündən təbrik zəngləri
gəlir. Hamı
deyir “doğum günün mübarək!”. Mən də ki, təmtəraqlı doğum
günü istəmirəm.
Ancaq sakitlik istəyirəm”.
Bunu
Modern.az-a açıqlamasında
xalq artisti, tanınmış bəstəkar
Arif Məlikov bu doğum günündən
danışarkən deyib.
Arif Məlikov sağlığında
onun üçün qoyulan heykəldən də söz açıb:
“Gəncədəki Filarmoniyanın
qarşısında bir
neçə il bundan qabaq heykəlimi
qoyublar. Heç öz heykəlimi
görməmişəm. Bir onu bilirəm
ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yanında mənim də heykəlim var. Sağlığında heykəl
qoyulan nadir insanlardanam.
Amma xasiyyətim elədir ki, ancaq öz
işimlə məşğul
olan adamam. Bu, əvvəldən belə olub. İndi elə zəmanədir ki, kimsə bir mahnı yazır və 5-6 il ondan
danışır. Amma mən
belə şeyləri
sevmirəm. Çox
ciddi adam olduğumu hamı bilir.
Qeyri-ciddi işlər mənlik
deyil. İllərdir ki, bir missiyam var. Xalqım, dövlətim üçün
bəstəkarlar yetişdirmək”.
Bəstəkar heç
bir arzusunun olmadığını bildirib:“İndi 85 yaşındayam.
Heç
qocalıqdan da qorxmuram.
Əvvəldən necə yaşamışamsa,
o cür də yaşayıram. Hər zaman
başım dik olub. Heç kəsdən heç
nə istəməmişəm.
Elə böyük arzum da yoxdur. Bu dəqiqə öz
canımın qeydinə
qalıram. Həkimlər
səhhətimlə məşğul
olur”.Bəstəkar və rəssam, Azərbaycan Respublikasının
əməkdar incəsənət
xadimi, xalq artisti, Dövlət mükafatı laureatı,
professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində
anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasını Qara
Qarayevin bəstəkarlıq
sinfi üzrə bitirib. Həmin ildən orada
dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının
müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq
istedad və özünəməxsuluq ilə
səciyyələnir. O, öz əsərlərində
milli musiqi ənənələrini XX əsr
musiqisinin nailiyyətləri
ilə birləşdirərək
mütərəqqi təfəkkürə
malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına
yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk
şairi Nazim Hikmətin librettosu əsasında yazdığı
ilk böyük əsəri
- "Məhəbbət əfsanəsi"
baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.Bəstəkarın
sonrakı yaradıcılıq
uğurlarından biri
özbək yazıçısı
Ş.Rəşidovun "İki
qəlbin kitabı"
əsəri əsasında
yaratdığı "İki
qəlbin poeması"
baleti olub. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını
əks etdirməklə
müəllifin yaradıcılığının
genişmiqyaslı olduğunu
və rəngarəngliyini
nümayiş etdirir.Arif
Məlikovun əsərləri
dünyanın bir çox ölkələrində
- Rusiya, ABŞ, Böyük
Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna
və Gürcüstanda
ifa olunub.
Üç
nöqtə.- 2018.- 14 sentyabr.- S.12.