Talış yüksəkliyinin
xüsusi təyinatlı şəhidi - Tural Qurbanovun ALIN YAZISI
Tural Qurbanov 1992-ci ildə Kürdəmir
rayonunun Sığırlı kəndində doğulmuşdu.
Qurbanovlar Sığırlı kəndində ən
böyük ailələrdən biri idi. Şərqiyyə
ananın 11 övladdan 70-ə qədər nəvəsi
dünyaya gəlmişdi. Ana oğul-qızını yer-yurd
edəndən sonra ata ocağında Turalın atası
Gürşadı saxladı. Turalın anası da
könlünə ən yaxın idi. Azərbaycan ailələrində
belədir. Ata-baba ocağının qapısı evin, nəslin
bütün gedib-gələninin üzünə açıq
olar. Ocaqda oturan gəlinin darvazası gen olsun gərək. Gəlib-gedənin
dilini bilməli, səhər o başdan durub həyət-bacanı
süpürməli, qaynana-qaynatanın qulluğunda
durmalıdır.
Solmaz belə gəlinlərdən idi.
Üç övladı gəldi dünyaya. Nənənin ən sevdiyi nəvəsi
Tural idi. Tural tez-tez başını nənəsinin dizləri
üstünə qoyub ondan nağıl istəyərdi. Beləcə nənəsinin nağıllarında,
anasının laylalarında böyüdü. Məktəbə
gedəndə “Ana”, “Vətən” yazmağı öyrəndi.Vətənin sərhədlərini
tanıdı.Tural məktəbi bitirib, ali məktəbə
imtahan versədə, istədiyi balı yığa bilmədi.
2010-cu il oktyabrın 23-də 18
yaşını tamam etdi, oktaybrın 25-də isə Vətənə
xidmətə yola düşdü. Tural hərbi
geyimin çox həsrətində olmuşdu.
Qonşuluqda, qohumlarda əsgərlikdən gələn olanda
gedib oğrun-oğrun onlara o qədər baxmışdı
ki... Hələ ərki çatanlarndan xahiş
edib, onların paltarlarını da alıb geyinmişdi. İndi bu payız onu arzusuna
çatdırmışdı. Artıq
özü Vətənin müsəlləh əsgəri idi.
Bütün
ailə baba ocağına yığılıb Tural Qurbanovu əsgərliyə
yola salmışdı.Hərbi xidmətinin 6 ayı tamam
olandan sonra, atasına xəbər göndərib demişdi ki,
Xüsusi Təyinatlı Qüvvələrə yazılmaq istəyir.
Tural ucaboylu, enlikürək oğlan idi. 6 ay ərzində qulluq etdiyi hərbi hissədə də
qolunu və ya kürəyini yerə vuran olmamışdı.
Təlim-tərbiyəsi də öz yerində.
Əslində Gurşad da oğlunun hərbçi
olmaq arzusunu sevinclə qarşıladı. Çünki hər evdə belə boylu-buxunlu
oğul doğulmur. Özü
çöldə-bayırda, televiziya ekranlarında boylu-buxunlu
əsgər görəndə, içərisində bir
vüqar hissi baş qaldırardı. Turalın da
arzusu lap ürəyindən oldu.
2011-ci ildən etibarən Tural artıq gizir kimi
xidmətə başladı. 2013-cü ildə isə
Turalı evləndirdilər.
Modern.az saytı “Aprel şəhidləri” barədə
növbəti yazını təqdim edir.
...2012-ci ilin sonlarında Tural Qurbanov evə gələndə
bacısı Könülü bir tərəfə çəkib
qulağına pıçıldamışdı ki, sevdiyi bir
qız var. Sevdiyi qız da kim ola, Turalın Bakıda
yaşayan xalasının qızı Afaq. Bu xəbəri
ildırım surəti ilə Könül anasına
çatdırdı. Əvvəl ailədə çox
çaşqınlıq yaratdı. Çünki onlara görə
Turalın yaşı hələ təzəcə 20
olmuşdu. Bu yaşda evlənib, ailə saxlamaq, onun dəyərini
bilmək, qayğısına qalmaq müasir dövr gənci
üçün çox da asan deyildi. Lakin
atası Turalı bərkə-boşa çəkəndən
sonra, razılıq vermiş, Tural bacısı Könüllə
Bakıda yaşayan xalasının evinə elçiliyə
getmişdi. Ötən illər ərzində mehriban qohumluq əlaqələri
olsa da, uşaqlar bir-biri ilə az
görüşmüşdülər. Afaq xalası
oğlundan bir az möhlət istədi, günlərin bir
günü isə razılığını bildirdi. Bax həmin
gün də Tural özünü göyün yeddinci
qatında hiss etdi.
2013-cü ildə əvvəlcə Bakıda,
sonra isə Sığırlı kəndində toy etdilər.2014-cü
ildə Turalın qızı Zəhranur, 2015-ci ildə isə
Zeleyha dünyaya gəlmişdi. Özünü iki qız
atası olaraqdünyanın ən xoşbəxt atası hiss
edirdi.
Turalın
həyat yoldaşı Afaq Qurbanova:
“Sizə desəm ki, Turaldan əvvəlki həyatımı
xatırlamıram, mənə inanın. Həyatıma gəldiyi
gündən xoşbəxt oldum.Bu gün nə qədər
ağır olsa da,Turalın
acısını çəksəm də, bir də
qayıtsa, yenə onunla ailə həyatı qurardım. Əslində biz bu gün cismən ayrıyıq.
Ruhən yenə bir-birimizin yanındayıq.
Evimiz hərbi hissəyə yaxın
olduğundan, Tural bizdən çox da ayrı olmurdu. Günortaları demək olar ki, hər zaman evə gələrdi.
Əslində mən də dönüb sanki onun
kimi hərbçi olmuşdum. Birlikdə hərbi
filmlərə baxar, qəhrəmanları mülahizə edərdik.
Həmişə ona deyirdim ki, nə olar bir dəfə
mənimlə gəzməyə çıxanda hərbi geyimdə
ol. Bircə dəfə çıxdıq,
10-15 dəqiqədən sonra qayıtdı. Dedi ki, bu
paltarların xüsusi nişanı var. İnsanlar çox
olan yerdə geyilməz. Hərbi paltar onun
hündür boyuna çox yaraşırdı. Bəzən olurdu ki, Tural bir neçə
günlük evə gəlmirdi, tapşırığa və
ya təlimə gedirdi. Həmən ürəyimə
şübhələr dolurdu, onu itirmək qorxusu var idi
içimdə. Tural dönüncə min dəfə
ölüb-dirilirdim. Mən narahat olanda deyirdi ki, ilin
axırına qulluq müddəti bitir, çıxıb
başqa işlə məşğul olacaq. Ancaq mən bilirdim
ki, o bu işi atan deyil, öz peçəsini çox sevirdi.
O hər dəfə evə gələndə, ilk dəfə
görürmüş kimi həyəcanlanırdım... O həyəcan
könlümdən keçmədi.
Namazlarında hər gün Allah-təaladan
torpaqlarımızın azad olunması, qələbə
çalmağımız üçün dualar edirdi. Vətən
deyib, uzun müddət səcdəyə gedirdi.
Lakin hərbçi dostlarından kimsə
yaralananda, kimsə şəhid olandahaldan-hala
düşürdü. Doğmaları itirmək onu çox
üzürdü.
2016-cı ilin mart ayı onlar üçün
çox ağrılı keçdi. Düşmənlə
üzbəüz səngərlərdə erməni təxribatı
nəticəsində itkilərimiz olmuşdu. Hərbi hissədəki
evimizin həyətində hərbçi
xanımlarının söhbətlərindən
eşitmişdim ki, yenə də erməni təxribatı
gözlənilir.Martın son günlərində, bayramdan sonra
isə Turalın könlü heç açılmadı.
Mart ayın 27-si evə gəlib dedi ki, bizi
rayona atasıgilə aparır.
Özü isə təlimə gedəsidir. Hazırlaşaq
axşam yola düşəcəyik. Mən də bütün
hazırlqılarımızı gördüm. O,
şirniyyatı çox sevirdi. Halva bişirib qoydum, dovğa
bişirdim ki, biz evdə olmayanda işdən gəlib ac
qalmasın. Təlimə gedərkən apardığı yol
çantasını hazırladım. Gecə ilə gəlib
atasıgilə yetişdik. Bir gecə orada qaldıq. Sonra səhər
tezdən, o başdan Gürşad əmi ilə birlikdə onu
yola saldıq. Ayrılanda dedi ki, 10 günə ya da bir aya
qayıdacaq. Çox həyəcanlandım...
Heç vaxt evədn çıxanda “Əlvida”
deməzdi, bu dəfə “Əlvida” dedi, mən zarafatca əlimi
uzadıb, ağzını qapadım ki, küfr
danışma. Arxasınca su atıb, Allah əmanət
etdim...”.
Gürşad Qurbanov, şəhidin atası:
“Martın 27-də axşam evdə
oturmuşduq. Həyətə səsə çıxdım,
gördüm ki, Turaldır. Uşaqları ilə gəlib.Dedi
ki, uşaqlar tək darıxmasın deyə, bura gətirib.
Sabah təlimə gedirik. Onların hər ay təlimləri
oluduğundan, həmişəki kimi çox rahatca oturub
sözümüzdən-söbətimizdən etdik. Səhər
saat 5-də onu yola salmaq üçün oyandım.
Səhər tezdən yola çıxdıq, hərbçilərin
maşınları gəlib çatdı. Tural maşına
minəndə mənə tərəf dönüb bir qəribə
tərzdə baxdı.
Baxışları ürəyimi sıxdı. Fikirləşdim
ki, bu necə baxış idi? Evə
qayıtdım, yoldaşım yuxudan ayılandan sonra ona da dedim
...
Sonra isə 29, 30, 31 mart günlərində
telefonla aradabir əlqaqə saxladıq. Aprelin 2-si günortaya
qədər ailəsi ilə,
bacısı ilə telefon əlaqəsi olmuşdu. Telefonda
onlara deyib ki, haqqınızı halal edin.
Aprelin 2-dən sonra artıq mən narahat
olmağa başladım. Hardansa
Murad Mirzəyevin, Turalın
şəkillərini göndərdilər mənə. Fikirləşdim ki, yalan
olar. Belə bir deyim var: “Ümid sonda ölür...”.
Qohum-əqraba da tökülüşüb gəlirdi evə. Kimsəyə
bir söz demədim. Hər kəsə
deyirdim ki, oğlum sağdır. Əməliyyatdadır.
Aprelin 3-də oğlumun telefonundan mənə zəng gəldi. Tələsik
telefonu açanda, mənimlə naməlum bir kəs
danışdı. Əvvəlcə azərbaycanca “salam”
dedi. Sonra soruşdu ki,“rusca bilirsən?”.
Şübhələndim. Dedim ki, bəli... 30 saniyə ərzində bu adam sonra ermənicə nəsə
danışdı. Sayıqlığımıitirmədən
Kürdəmir Rayon Hərbi Komisarlığına gedib telefonzəngi
barədə məlumat verdim.Dedilər ki, oğlumdan heç
bir xəbər bilmirlər.
Ayın 4-ü getdim DTx-nın Tərtər
rayon şöbəsinə. Rəis mənə dedi ki, onlar da
dəqiq bilmirlər nə var nə yox, hələ Turalın
ölümü haqda fikirləşməyək.Onlar məlumatı
nəzarətə götürdülər. Və mənə
ürək-dirək verib dedilər ki, Turalın və ya
başqalraınınölümü haqqında
danışmaq tezdir. Bir xəbər olan kimi, məni məlumatlandıracaqlarını
bildirdilər. Əlim çatan
rayonlara gedib oğlum haqqında xəbər öyrənmək
istəyirdim...
Həmin döyüşdə Murad Mirzəyev
komandir, Tural istehkamçı olub, qabaqda gediblər. Teymur Qasımov, Mühit Orucov, Babək
Abidov da onlarla birlikdə olublar. İri çaplı silahlarla
son nəfəsə qədər ermənilərlə
döyüşüblər.
Muradgilin qrupu ermənilərin xeyli canlı
qüvvəsini məhv edib.Düşmən onları susdurmaq
üçün ərazini top atəşinə tutub. Hərbçilərimizin
şəhid olduğuna arxayınlaşandan sonra gəlib cəsədlərini
götürüb getmişdilər.
Oğlumla eyni döyüşdə iştirak
etmiş hərbçilər deyirdilər ki, Tural əsl qəhrəmanlıq
göstərib. Murad Mirzəyev komandir kimi onlara əmr edib ki,
geri qayıtsınlar, özü irəli tək gedəcək.
Ancaq yanındakı 5 nəfər
deyib ki, komandir hara, biz də ora. Əslində başqa cürə
olad dabilməzdi. Turalın 2 metr boyu var idi. Mən onu əvvəldən
qorxmaz bir igid kimi böyütmüşdüm. Fikirləşirdim
ki, hər zaman bu Vətənin müzəffər əsgəri
olacaq, onu qoruyacaq. Bu qədər tez şəhid
olacağını düşünməmişdim. Fikirləşirəm
ki, kaş ki, yaralı qayıdaydı, ancaq canı sağ
olaydı. Yanımda olaydı.
Mən 20 yanvarda həmişə ehsan verərdim.
Bizim ailədə hər zaman vətənpərvərlik ruhu
yüksək olub. Axırda öz oğlum da onların
sırasına yazıldı”.
Şəhidin anası Solmaz xanım:
“Tural mənim gözümün nuru idi.Bundan
sonra elə oğulu tək-tək analar doğa bilər. 23 il
6 ay yaşadı. Vətən, həyat yoldaşı, ata, ana,
dost, övlad borcunu, haqqını verdi getdi. Bir oğul itirmişəm boyu
çinar boyda idi. Bir oğul itirmişəm, bir elin,
obanın yaraşığı idi. Bir oğul itirmişəm,
bir ordunun vuran qolu idi. Nə yaşamışdı ki, nə
gün görsün. İstəyirdi ki, həmişə
yanında olum. Hər kəsin könlün alırdı,
sevindirirdi. Nə qədər yorğun gəlsə də, bunu
evdə büruzə vermirdi. Hər gəlişi evdə bayram
olurdu. Hər görüşəndə 3 dəfə
öpürdü məni. Gedəndə də deyirdi ki, “ana
haqqını halal elə”. Bayramlarda evin gəlinlərinin
hamısının payını verib təbrik edirdi. İlk maaşı ilə mənə
paltaryuyan maşın alıb gətirdi. Hər kəsin dəyərini
bilirdi Tural...
Biz çox mehriban ailə olmuşuq. Hansı xatirəsini
danışım... Heç birini unutmuram.
Bizi Azərbaycanın rayonlarına aparıb gəzdirməyindənmi
deyim, ağzımızın dadını dəyişməyindənmi...
Görmədiyim yerləri gəzdirdi. Gözəl günlərim onunla getdi. Dadlı-ləzzətli nə bişirsəm istəyirdim
ki, balama yedirim.
İl ərzində ona 2 dəfə məzuniyyət
verilirdi. Bir qoca görəndə yükünü
qaldırırdı, hal-əhval tuturdu. Az
yaşı ilə çox böyük idi. Dostları
deyir ki, döyüşə gedəndə də
zarafatından qalmayıb”.
Afaq
Qurbanova, Turalın həyat yoldaşı:
“Aprelin 1-də də aldatma günü səhər tezdən
bizə yazdı ki, gəlirik. Sən demə zarafat
edir.
O vaxta qədər
mənə elə yazırdı ki, hər şey normaldır.
Telefonla xəbərləşdikcə, fikirləşirdim
ki, deməli hər şey normaldır. Ancaq
baxırdım ki, baldızım Könülün
könlü heç açılmır. Üzündə
dünyanın-qəmi kədəri yığılıb.
Bulud kimi dolub dayanıb. Bir dəfə də elə həmin
günü yazıdm ki, mənim ürəyim səndə, sənin
ürəyin məndədir. O da yazdı ki, ikimizin də
ürəyi səndədir.
Aprelin 2-si səhərə qədər gözlədim,
heç nəyazmadı. Səhər yazdı ki,
haqqınızı halal edin, burda vəziyyət
pisdir.Yazdım ki, axı başqa hərbçi
xanımları heç nə demir...
Sonra nə yazdımsa, çatmadı. Əllərim
göydə, dizlərim yerdə qaldı. Telefonuna zəng getsə
də, cavab verən olmadı... sən demə Tural şəhidlik
məqamında imiş. Sən demə bütün el-oba,
qaynatam da bilir, bircə bizim xəbərimiz yoxdur.
Aprelin 2-də günortayayaxın qızımın dili
qatlandı. Nə idisə birdən-birə uşaq
özünü pis his elədi. Nə baş verdi, nə oldu bilmədik. İndi
fikirləşirəm ki, bəlkə də atası
canını tapşıranda uşağa əyan olub, ona
görə, qızım elə haldan-hala düşdü.
Aprelin 11-də səhər saat 4-də mənim
başıma qara şal örtüb, dedilər ki, Turalın
tabutunu gətirəcəklər. Heç nə
anlamırdım. Bu sözdən
sonra elə bil ki, evə bir səssizlik çökdü, elə
bil ki, tufan birdən-birə yatdı. Qaynanam da dedi ki,
başımıza daş düşdü, Turalı gətirirlər.
Mənə indiyə qədər çatmır ki, qaynanam bu
sözü necə deyə bildi? Kimsə mənə dedi ki,
qara-qışqırıq salma, Turalın xoşuna gəlməz.
Özünü el içində ağır apar. Və bundan
sonra anlamağa başaldım ki, tabutda gətirilən
Turalımdır, nakam Turalım. Və bundan sonra anladım ki,
Tural 10 gündür mənə buna görə cavab
vermirmiş... Hətta gözaydınlığı verənlər
də oldu. Deyirdilər ki, sevinin ki, qaytarıblar, erməni itləri
onları qaytarmaya da bilərdilər...”.
Könül Qurbanova, şəhidin
bacısı:
“İki qardaşımın hərəsinin
öz yeri var qəlbimdə. Tural çox istəkli qardaşım idi. Turalla çox
gözəl
günlərimiz oldu. Zəhranur
doğulanda o qədər sevinirdik ki... gecə yarısı
idi. Gedib şarlar aldı, uşaq bəzəkləri
alıb evi bəzədi ki, sabah Zəhranur
gələcək. Mənə tort bişirtdirdi. Bizi xəstəxanaya
aparanda yadına düşdü ki, gül almayıb, o
qaça-qaçda gedib bir dəstə gül
bağlatdırıb gətirdi. O evə gələndə içimiz də,
üzümüz də gülürdü. Zarafatları indi də
yadıma düşür. Bizim bu ev çox
külfətli olub. Baba ocağıdır. Gəlimli-gedimli ev
olub. Bu qapı qıfıl görməyib. Anamın heç
kimdə işi olmayıb, gələn-gedəni gülə-gülə
yola salıb.
İndi gəlinimizi tək qoymuruq. Qardaşım şəhid olmazdan 1
ay qabaq dəhşətli yuxu gördüm. Yuxularım həmişə
çin çıxır. Həmin yuxum isə belə idi:
görürəm ki, anamla darvazamızın ağzında
dayanmışıq. Birdən hər yer nurlanır. Həmin işıq
selinin içərisindən bir ağ paltarlı adam əlində
Turalın şəkli gəlir yaxına və deyir ki, Tural
Gürşad oğlu şəhiddir. Anamla bir-birimizə
baxırıq. Sonra bir də deyir. Şok oluruq. Yuxudan
oyandım. Ağladım. Dua etdim ki, ay Allah bu yuxu çin
çıxmasın. Yatdım yuxunun davamını
gördüm. Gördüm ki, hamı toplaşıb,
Turalı yola salırıq. Amma özümə təsəlli
verirdim ki, bu ola bilməz.
Aprel ayının 11-də Tural evə gətiriləndə həmin səhnəni
gördüm. Və əlimlə başımı tutub xalama
dedim ki, mən bu yuxunu görmüşdüm. 1 ay idi ki, bu
yuxu məni içərimdən yeyirdi. Amma o günü indi də
yuxu kimi xatırlayıram. Qorxulu bir yuxu kimi.
Afaqgil gələndə elə bilirəm ki,
indi Tural da gələcək. Gözlərimiz qapıdadır.
Deyirəm ki, bəlkə gəldi... Onin şəhidliyindən
sonra hansı məqamda olduğunu da gördüm. Özü
gəlmişdi yuxuma. Tural özü Peyğəmbərimizin məqamından
danışdı mənə, dedi ki, “bacı, mən
yaxşıyam. Nurmuhammed səllalahu və Səlamın
yanındayam”. Bir dəfə də
qızı Zəhranura meyvəyedirdiyini gördüm.
Soruşdum o nə meyvəsidir? Dedi ki, cənnət meyvələridir.
Onu daim yanımda hiss edirəm.
Bildiyiniz kimi, dövlətimiz şəhidlərin
ailələrini evlə təmin etdi. Mənzil alan şəhid
ailələrindən biri də qardaşımın ailəsidir.
Özlüyümdə fikirləşirdim ki, Tural yuxuma niyə
gəlmir?! Bir gün Tural yuxuma gəldi. Mənə dedi ki, bizə
gedəndə təzə evimizə 1 dəstə
qızılgül alarsan. Bir də11 nömrəli avtobusla gedərsən
, evimizin yanında düşərsən. Sonra Afaqdan
soruşdum ki, sizə hansı
marşrutla gəlmək olar? Afaq dedi ki, şəhərin
hər yerindən 11 nömrəli marşrut gəlir. Bütün bunlara görə deyirəm
ki, Tural daim mənim yanımdadır”.
Beləcə, şəhadətə
yüksələn əziz oğullarımız Tanrının
yanındakı ən gözəl məqamlarda həm
balalarının, həm doğmalarının, həm də
analarının rahat yaşaması üçün təvəqqe
edərlər. Tural da Tanrı dərgahında səcdəyə
əyilərkən Vətən torpaqlarının azad
olunması üçün hər gün dualar etmişdi. Onun
duaları məqamına yetişmişdi. İndi yəqin ki,
orada da Qalibiyyət məqamını gözləyir şəhidimiz
və şahidimiz Tural Qurbanov...
Aida Eyvazlı
Üç
nöqtə.- 2018.- 11 yanvar.- S.7.